
30 yaşından kiçik ən varlı məşhurlar
- 17 İyul, 2012
- 3 391 Baxış
Forbes jurnalnın siyahısında, bir il ərzindədə əldə etdiyi 57 milyon dollarlıq gəlirlə, Amerikalı məşhur müğənni və söz yazıçısı, 22 yaşındakı Taylor Swift birinci oldu.
Swiftdən sonra ikinci yerdə 55 milyon dollar ilə 18 yaşındakı Justin Bieber və üçüncü yerdə isə 53 milyon dollar ilə 24 yaşındakı Rihanna yer aldı. May 2011 və May 2012 aralığında 57 milyon dollarlıq sərvət qazanan Taylor Swift, bu il ki turnerinin hər konsertindən 1 milyon dollardan çox pul qazandı. Məşhur müğənninin 2010cu ildə satışa çıxardığı və 5 milyon ədəd satılan 'Danış İndi' (Speak Now) adlı albomu, rol aldığı reklamlar və qapaq qızı olduğu jurnallar, 'Mean' adlı mahnısının özünə iki Grammy Mükafatı qazandırmasından əldə etdiyi gəlirlər də sərvətinə sərvət qatdı.
ƏN GƏNC ƏN VARLI İKİNCİ: JUSTİN BİEBER
Siyahıda ikinci sırada gənc qızların sevgilisi Kanada əslli müğənni Justin Bieber yer aldı. Son günlərdə paparazzilərlə yaşadığı problemlərlə də çox danışılan Justin Bieber, ən böyük gəlirini 2009dan bu yana 12 milyon satan albomlarından əldə etdi. Bir ildə sərvət qazanan 'gənc, gözəl, məşhur və zənginlərin iştirak etdiyi siyahıda üçüncü sırada Barbados əslli Amerikalı müğənni Rihanna yer aldı. Rihanna, mahnıları, kosmetik reklamları və Reb'l Fleur ətirindən bir il ərzində 53 milyon dollar pul qazandı.
Forbesin siyahısı:
4-Lady Gaga: 52 milyon dollar
5-Kate Perry: 45 milyon dollar
6-Adele: 35 milyon dollar
7-Kristen Stewart: 34,5 milyon dollar
8-Lil Wayne: 27 milyon dollar
9-Taylor Lautner: 26,5 milyon dollar
10: Robert Pattinson: 26,5 milyon dollar