
Cristiano Ronaldo
- 08 May, 2012
- 5 288 Baxış
Ailəsi və uşaqlığı
Cristiano Ronaldo 5 Fevral 1985-ci ildə Funchal, Madeirada doğulmuşdur. Maria Dolores DOS Santos Aveiro və Jose Dinis Aveironun son uşaqlarıdır. İkinci adı olan Ronaldonu atası Ronald Reagan pərəstişkarı olduğu üçün qoydu. Hugo adında bir böyük qardaşı, Alma və Liliana Catia adlarında iki bacısı vardır.
Klub karierası.
Professional olmadan əvvəl Andorinha, CD Nacional və son olaraq Sporting Lizbon gənc komandada oynayan Ronaldo, 17 yaş altı Portuqaliya milli komanda da diqqət çəkmişdi. Professional karierası yenə Sporting Lizbonda başlayan gənc oyunçu, 2003-cü ildən 2009-cu ilə qədər Manchester Uniteddə oynadı. 2008-2009 mövsümün sonunda Real Madrid klubuna transfer oldu.
Andorinha.
Ronaldonun uşaqlığında tutduğu komanda Benfica idi. 8 yaşındaykən, atasının vəsaitçi olaraq çalışdığı həvəskar komanda olan Andorinha klubunda oynayırdı. Daha sonra Ronaldo 1995-ci ildə C. D. Nacional klubuyla razılaşdı və bir ünvan yarışmasında müvəffəqiyyətli olduqdan sonra 3 günlük yoxlamalardan sonra Sporting Lizbona getdi. Sporting klubu özünü transfer ödənişini açıqlamadığı bir razılaşma ilə onu öz heyyətinə qatdı.
Sporting CP.
Ronaldo, Sportingin gənc oyunçularının təhsil aldığı Alcochete futbol məktəbinə qatıldı. 1 mövsüm içində Sporting U-16, U-17, U-18, B-komanda, və A komandalarında oynayan ilk və tək oyunçu oldu.İlk çıxdığı oyunda Moreirense komandasına 2 qol vurdu. Eyni zamanda Avropa 17 Yaş Altı Futbol Çempiyonatında oynayırdı.
Ronaldo 15 yaşındaykən özünə futbolu buraxdırmağa məcbur qoya biləcək bir ürək vurma diaqnozu qoyuldu. Sporting klubu çalışanları bu vəziyyətdən xəbərdar edildi və anası, Ronaldonun xəstəxanada yatması üçün razılıq verdi. Xəstəxanadaykən, ürəyindəki problemə səbəb olan bölgə, bir lazer əməliyyatıyla yandırıldı. Əməliyyat səhər başladı və Ronaldo, günortadan sonra evə göndərildi. Yalnız bir neçə gün sonra məşqlərə davam etdi.
16 yaşındaykən o zamanki Liverpul texniki direktoru Gerard Houllier tərəfindən kəşf edildi, amma Liverpul, Ronaldonun hələ çox gənc olduğunu və qabiliyyətlərini inkişaf etdirməsinə qərar verdi və rədd etdi.. 2003-cü ilin yazında Lizbonda Estadio Jose Alvalade stadının açılış oyununda, Sporting Lizbonun Manchester Unitedi 3-1 məğlub etdiyi oyunda Manchester United texniki direktoru Alex Fergusonun diqqətini çəkdi. Ronaldonun performansı Manchester Unitedli futbolçulara da təsir etdi və Alex Fergusona Ronaldonu transfer etməsi üçün təklif göndərdilər.
Manchester United
Tam üç dəfə Ballon d'Or mükafatını qazanan Johan Cruyff 2 Aprel 2008də bir reportajında: "Ronaldo, Manchester United tarixindəki iki möcüzə futbolçu Corc Best və Denis Lawdan daha yaxşı bir futbolçudur." demişdir.
2003–2005
Ronaldo, Manchester Unitedin ilk portuqaliyalı oyunçusu oldu. FA Premier liqa 2002–2003 mövsümündən sonra 12.24 milyon sterlinqə transfer edildi.Daha əvvəl Corc Best, Bryan Robson, Eric Cantona, David Beckham kimi futbolçuların geydiyi 7 nömrəli formadan gözlənənləri yarada biləcəyi təzyiqləri istəmədiyi üçün 28 nömrəli formanı seçdi (Sportingdə geydiyi forma nömrəsi 28 idi.) :"Manchester United'ə gəldiyimdə texniki direktor hansı nömrəli formanı geyməmi istədiyimi soruşdu. 28 nömrə dedim. Amma Ferguson "Xeyr, 7 nömrəni geyəcəksən,"dedi.
Ronaldo komanda ilə ilk oyununa Bolton Wanderers'i 4-0 məğlub etdikləri oyuna 60. dəqiqədə daxil oldu. Manchester Uniteddəki ilk qolunu 1 Noyabr 2003də Portsmouth'u 3-0 məğlub etdikləri oyunda cərimə zərbəsindən atdı. Unitedin Premier Liqadakı 1000. qolunu 29 Oktyabr 2005də Middlesbrough'a 4-1 məğlub olduqları oyunda atdı. Bütün müsabiqələrdə 10 qol vurdu və tərəfdarların səs verməsiylə Ronaldo, ilk mükafatı olan FIFPro Special Young Player of the Year qazandı.
2006-2007.
Ronaldo, 2006-cı ilin Noyabr və dekabr ayında Ayın Futbolçusu şərəfinə çatdı. Dennis Bergkamp və Robbie Fowlerdən sonra Premier Liqa tarixində bu şərəfə çatan 3. futbolçu oldu.Karierasındaki 50. qolunu Manchester Cityə atdı. İl sonunda ""FIFPro Special Young Player of the Yeyər"" mükafatını təkrar qazandı.
Mart 2007də ortaya çıxan, Real Madridin Ronaldo üçün bu günə qədər görülməmiş 80 milyon avroluq transfer təklifi dedi-qodularına baxmayaraq,13 Apreldə özünü Manchester United tarixində ən çox ödənən futbolçu edən həftəlik 120000 sterlinqlik qiymətində 5 illik razılaşma imzaladı.
Dekabr 2006da Middlesbrougha qarşı oynanan oyunda texniki direktor Gareth Southgate tərəfindən,özünü yerə atdığı iddiasıyla tənqid olundu. 4 Fevral 2007də, Tottenham Hotspur oyununda qazandığı penaltıda Tottenham qanad oyunçusu Steed Malbranque tərəfindən kiçik bir təmasa olmasına baxmayaraq özünü yerə atdığı iddiasıyla təkrar günahlandırıldı.Bütün müzakirələrə baxmayaraq Ronaldo çox sayda fərdi mükafat qazandı. İngiltərədə" İlin Futbolçusu Mükafatı" və İngiltərədə "İlin Gənc Futbolçusu Mükafatı" mükafatlarını qazandı. Andy Gray ilə birlikdə bu şərəfə çatan tək futbolçu oldu.Aprel ayında "İngiltərədə Tərəfdarların Oyunçusu" mükafatını da qazanaraq bir il ərzində qazandığı mükafatları üçə çatdırmış oldu.Eyni zamanda Ronaldo 2006-2007 mövsümündə Premier Liqa İlin Komandasında iştirak edən 7 Manchester United futbolçusundan biriydi.
Real Madrid.
İspaniyanın Real Madrid komandasında oynamaqdadır və 94 milyon € ilə bu anda dünyanın ən bahalı futbolçusudur.
26 İyun tarixində Real Madrid, Ronaldonun 1 İyuldan etibarən komandada olacağını və müqaviləsinin 6 illik olduğunu açıqladı. Real Madridin saytından yazılanlara görə; 6 İyul 2009 Bazar ertəsi günü Cristiano Ronaldonun Santiago Bernabeu Stadionunda tərəfdarın qarşısına çıxarılacağı və Portuqaliyalı oyunçunun illik 13 milyon Avro alacağı ifadə olundu. Santiago Bernabeu'da keçirilən mərasimlə, Ronaldo mətbuat və tərəfdarlara tanıdıldı və mətbuat qarşısında ən böyük xəyalinin reallaşdığını və bunun inanılmaz olduğunu söylədi. Mərasimdə klub tarixində bir ilk yaşandı və 80,000dən çox tərəfdar stada axın etdi. Beləcə 1984-cü ildə Maradonanın Napolidəki transfer mərasimi üçün stada gələn 75,000 rekord tərəfdar sayı da qırılmış olmuş oldu.9 nömrəli forması, əfsanə Real Madridli köhnə futbolçu Alfredo de Stefano tərəfindən verildi. Ronaldo, Real Madrid formasıyla ilk oyununa 21 İyulda Shamrock Rovers komandasına qarşı çıxdı. İlk qolunu Liqaya da Quito komandasına bir hazırlıq qarşılaşmasında penaltıdan atdı. La Liqayada oynadığı ilk oyun Deportivo La Coruna'ya qarşı idi. Real Madridin 3-2 üstünlüyüylə bitən bu qarşılaşmada Ronaldo komandanın 2. qolunu penaltıdan atdı. 15 Sentyabr 2009da Çempionlar liqasına yaxşı bir başlanğıc etdi. FC Zürichi deplasmanda 5-2 məğlub etdikləri oyunda sərbəst vuruşlardan 2 qol atdı.Hal-hazırda da Real Madrid klubunda oynamaqdadır.
Şəxsi həyatı.
Cristiano Ronaldo'nun bir oğlu var və Rusyalı model İrina Shayk ilə nişanlıdır.