
Tanınmış azərbaycanlı teleaparıcı inkar etdi: "Hamilə deyiləm!" - FOTO
- 09 Yanvar, 2012
- 9 523 Baxış
"Toy olsun"nun simalarından biri Ulvira Qarayeva bütün söhbətləri şayiə adlandırdı.
Ötən il oktyabrın 29-da meyxanaçı Tərlan Dağlı ilə ailə həyatı quran teleaparıcı Ulvira Qarayeva hamilə olması ilə bağlı deyilən xəbərləri təkzib etdi.
Müğənni Günel Ələkbərovanın "Üzümə baxma" klipinin təqdimatında iştirak etdikləri zaman birlikdə yaxalanan evlilər xoşbəxt olduqlarını söyləsələr də, israrla valideyn olmağa namizəd olmadıqlarına inandırmağa çalışdılar.
"Vallah, hamilə deyiləm. Əgər ikinci dəfə Allah-Təala mənə ana olmaq sevincini yaşatsa, buna ancaq sevinə bilərəm. Nə səbəbdən məqsədli şəkildə yalan xəbərlər yayılır? Hər şeyin öz vaxtı, məqamı var. Gələcəkdə olanları tələsik reallaşdırmağı düşünmürük", - aparıcı bu fikirdədir.
Həyat yoldaşının hamilə olub-olmaması bağlı sualımızı Tərlan cavablandırmaq istəmədi.
Şahin Cavadsoy
Milli.Az