
Jacksonun Qızı Sənətini Seçdi
- 13 Dekabr, 2011
- 6 388 Baxış
2009-cu ildə həyatını itirən popun kralı Michael Jacksonun 13 yaşlı qızı Paris Jackson da şou dünyasına girir.
Amerikanın People Jurnalına görə, atası kimi müğənni olmaq istəməyən Paris Jacksonun ən böyük məqsədi məşhur bir aktrisa olmaqdır.
Paris Jackson, fantastik film "Lundon's Bridge and the Three Keys"dəki roluyla aktrisalığa başlayacaq.
Filmdə köhnə bir sehrin delfini insana, bir oğlunu yusufçuğa, bir dənizanasını da nənəyə çevirməsi və yaşanan hadisələrin zəncirvari olduğu mövzudur.
Paris Jackson, 5 hissə olacağı gözlənilən filmdə Lundon O'Malley adındakı qızı canlandıracaq. Filmin ilk hissəsinin çəkilişlərinə isə Yanvar ayında başlanacaq.
1 MİLYARD DOLLARLIQ MİRAS
Michael Jacksonun ölümündən sonra bütün mal varlıqları, kasetlərindən etdiyi satış ilə təxminən 1 milyard dollarlıq bir sərvət, vəsiyyətinə görə anası Katherine Jacksona qalmışdı. Michael Jackson atasını vəsiyyətin xaricində tutmuşdu.
Michael Jacksonun sərvətinin anasının ölümündən sonra uşaqları Prince Michael 1, Paris və Prince Michael-a qalması gözlənilir.
25 İyun 2009-cu ildə ölən Jacksona, keçən ay görülən iddiada, həkimi Conrad Murrayın güclü bir anesteziya dərmanı olan "propofol"dan həddindən artıq dozada verərək ölümünə gətirib çıxardığına hökm edilmişdi.