Loading...
Azərbaycan repçisinin ölümü ilə bağlı şok xəbər

Azərbaycan repçisinin ölümü ilə bağlı şok xəbər

Loading...
Azərbaycanın "Klan-A-Plan" qrupunun üzvü, 26 yaşlı reper Rüfət Əfəndiyevin ölümü ilə bağlı təfərrüatlar ortaya çıxıb. Reperin ailə üzvləri və yaxınları onun ölümündə həkimləri günahkar hesab edirlər.

Qrupun üzvü Ramil Akifoğlu açıqlamasında bildirdi ki, Rüfət həkim səhlənkarlığının qurbanı olub.

Azərbaycan repçisinin ölümü ilə bağlı şok xəbər

Onun sözlərinə görə, 2010-cu il oktyabrın 16-da saat 02:00 radələrində özünəməxsus səsyazma studiyasına gedən reper birdən-birə özünü pis hiss edib: "Bu səbəbdən xəstəxanaya müraciət edib. Xəstəxanada növbədə olan növbətçi həkimlər onu müayinə edib. Həmin vaxt Rüfətin nəbzi 220 dəfə vururmuş. Sonra ürəyin kardioqramasının çıxarılması üçün pul istənilib. Rüfət buna etiraz edib və xəstəxanada qalaraq müalicə olunmaq təklifi ilə razılaşmayıb. Xəstəxanada yatmaqdansa, dəniz kənarında gəzməyi üstün tutub. Dostu Sahib Cumayevdən onu Milli Parkda gəzməyə aparmasını xahiş edib. Onlar birlikdə dəniz kənarına gediblər. “Hökümət Evi”nin qarşısndakı fontanın yanında Rüfətin vəziyyəti daha da pisləşib. Sahib onu evə aparmaq üçün maşına oturdub. Yolda Rüfətdən halını soruşarkən ondan cavab gəlməyib. Həmin vaxt artıq Rüfət həyatla vidalaşmışdı...".

Həkimlər onu buraxmamalıydı!

Azərbaycan repçisinin ölümü ilə bağlı şok xəbər

R.Akifoğlu da həkimlərin Rüfətə qarşı laqeyd münasibətindən şikayətləndi. Deyir ki, nə olur-olsun, həkim ona xəstəxanadan çıxmasına icazə verməməli idi.

Rüfətin həkim ailəsində dünyaya göz açdığını, siqaretdən, spitli içkilərdən uzaq bir adam olduğunu deyən R.Akifoğlu dostunun ölümü ilə bağlı gəzən şayiələri isə inkar etdi: "Bəzi şayiələr gəzirdi ki, Rüfət reperdirsə, yəqin narkoman olub. Ancaq bu, ağ yalandır. Bizdə belə şeylər yoxdur. Rüfət təmiz oğlan idi. Özünə də fikir verirdi. Ürəyindən heç vaxt şikayət etməmişdi. Özü də qrupumuzun ən istedalı üzvü idi. Rüfət həm mahnının sözlərini yazır, həm musiqisini bəstələyir, həm də ifa edirdi" - deyə, qrupun digər üzvü mərhum dostu barəsində danışdı.

"Rüfətə elə dioqnoz yazılıb ki, sanki ölməliymiş"

Azərbaycan repçisinin ölümü ilə bağlı şok xəbər

Reperin atası Məcid Əfəndiyev də iddia edir ki, övladı həkimlərin səhlənkarlığı və laqeydliyi üzündən cavan yaşında dünyasını dəyişdi: "Rüfət özü vəziyyətinin ağır olduğunu başa düşməyib, Klinik Tibbi Mərkəzin həkimləri - elmlər namizədi, kardioloq Faiq Əliyev və Könül Abidova ona başa salmayıblar ki, sən ölürsən! Ürək nəbzi 220 vurumuş. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilməli idi. Onu qəti buraxmamaq olmazdı. İşi Nəsmi rayon Prokurorluğu da araşdırılıb. Rüfətə elə dioqnoz yazılıb ki, sanki elə ölməliymiş. Ancaq Rüfətin ürəyi xəstə olmayıb. Onda ürək döyünməsi başlayıb. Bu hamıda, hətta idmaçılarda da olur. Bu döyüntünün qarşısını almayanda ürək dayanır. Həkimlər bu döyüntünü saxlamayıblar. Hava çatışmalığı başlayıb. Bu, ürəyin dayanması üçün ələmətlərdir. Hava almaq üşün bulvara gediblər. Heç bulvara çatmayıblar. Rüfət yolda gedərkən ölüb" - deyə, mərhumun atası açıqlamasında fikirlərini bölüşdü.

Dioqnoz nə olub?

Azərbaycan repçisinin ölümü ilə bağlı şok xəbər

M.Əfəndiyev deyir ki, insanın ürəyi dayanandan sonra istənilən dioqnozu qoymaq olar. "Ekpertiza rəy verib ki, qan laxtalanması, xroniki işemiya, kardio-skreloz xəstəlikləri olub. Ancaq bu, düzgün deyil. Rüfət səhnədə bütün günü oynayırdı, heç ürəyinin yerini də bilmirdi. Taksikardiyası olub, bu da çox adamda olur, ancaq onu bu vəziyyətdən xilas etmək lazım idi".

İstintaqın nəticəsi

M.Əfəndiyev bildirdi ki, prokurorluqda da iş xəstənin müaliciəsinin təlimatı əsasında aparılmayıb. Deyir, elə rəy verilib ki, sanki həkimlər hər şeyi düz ediblər, Rüfət xəstəxanadan qaçdığına görə ölüb: "Ancaq 1 saat yarım xəstəxanada çabalayıb, lakin ona lazımı kömək gözstərilməyib" - deyə, ata şikayətlənir.

Həkimlər cəzalandımı?

Mərhumun atası məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdiyini bildirdi. Ona Nazirlikdən deyilib ki, həmin həkimlər bir neçə aylığa işdən kənarlaşdırılıb və onlara töhmət verilib: "Həkimlərin səhiyyə sistemindən uzaqlaşdırılmasını tələb etsəm də, bildirildi ki, buna səlahiyyət çatmır. Çünki bu, yalnız prokroluq cinayət işi baladığı halda mümkün ola bilər".
M.Əgfəndiyev məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edəcəyini dedi.

Cinayət işi açıldı

Azərbaycan repçisinin ölümü ilə bağlı şok xəbər

Sonda Nəsimi rayon Prokurorluğundan məlumat əldə etdik ki, faktla bağlı cinayət işi başlanıb. Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadə bildiribki ki, işi araşdıran müstəntiq Ramil Məmmədovun hadisədə cinayət işinin olmaması ilə bağlı rədd qərarı ləğv edilib və faktla bağlı Cinayət Məcəlləsinin 142.3-cü (xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan tibbi yardım göstərməməsi nəticəsində zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Materiallar araşdırılması üçün Nəsimi rayion Polis İdarəsinə göndərilib.

Həkimlər vəzifələrindən kənarlaşdırıldı

Qeyd edək ki, Rüfətin ölümündə cinayət əməli olduğu sübuta yetirilərsə, həkimləri üç il ərzində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, hər iki həkim 6 ay müddətinə həkimlik fəaliyyətidən uzaqlaşdırılıb və onlara töhmət verilib.

ALLAH RƏHMƏT ELƏSİN !
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Girbinne

3 Mart 2011 03:04

nə pis haldı ye,nə qədər acı hal olsa da bizim fərli həkimimiz yoxdu.hər gün 1i deyir ki filankəsə səhv diaqnoz qoyuldu,səhv iynə vuruldu və.s belə səbəblərdən öldü.olacağı budu da.bir həkimlər ki pulnan o yerdədilər,daha nə olasıdı ki..

ChocoLatte

1 Mart 2011 20:42

Sitat: BaKiNeCH
Allah şəfa versin.

Saol amma rehmete gedib...=(
recourse

_sleep_

1 Mart 2011 13:06

tibbde mecburiyyet yoxdur. hekimler yeqsirkar deyil

Lineage

1 Mart 2011 00:31

Hekimlerde he4bir taxsir yoxdur biraz panyatkalari olsun adani bawa duwsunler ozu 4ixib gedib wuvenlik qaldiribki gedirem yeqin narkotik qebul edib gunahdi e bow yere hekimleri gunahlandirmasinlar hekim ne etsin ayaqindan zencirlesinki qal burda ))) ALLAH REHMET ELESIN

MoNuElLa

28 Fevral 2011 22:45

[center]Ay hekimlere ne deyim eee?bir dene qiza o qeder agir antibotik vurublar ki,qiz lal olub recourse
[/center]
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

FLOR

28 Fevral 2011 20:09

guyam subut ede bilecekler? ehh vay olenin halina

Emil

28 Fevral 2011 19:04

Sitat: Lovable_Girl
Hemiklerin sehvi coox olur ee...Menim emim qizi 2 yasi olacaqdi oldu.Hekimlerin sehvi oldu dermani sehv vermisdiler usaga .Helede deqiqlesdirirler

Allah şəfa versin.

Ölənnən sonra nə fayda recourse
--------------------

To get away clean, you have play dirty.

Lektra

28 Fevral 2011 18:49

ALLAH RƏHMƏT ELƏSİN !

KaRoLeVa

28 Fevral 2011 18:40

Allah rəhmət eləsin. DEmək olarki həkimlərimiz o qədərdə savadlı deyil.
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Mr_RoCCo

28 Fevral 2011 18:05

Rüfətin ölümündə cinayət əməli olduğu sübuta yetirilərsə

mən inanmıram ki,burda cinayətlik nəsə olsun.sadəcə səhlənkarlqı və xəstənin tərsliyi ucbatından ola bilər.
--------------------
FaceBook
Instagram - ageelvevo

MR.QARRI

28 Fevral 2011 18:03

gör eeeeeee nələr varrr......təəccüb qaldım

Elif_87

28 Fevral 2011 17:42

Sitat: Dandoline
Hələ həmin yazığın arvadına səhv diaqnoz qoyub səhv müalicə edib xərçəng xəstəliyini daha da inkişaf etdirib o dünyaya yola saldılar..

Həə mənimdə qardaşım qızının 2 yaşı vardı, qızdırma və boğaz ağrısından uşağa o qədər antibotik vurdularki (13 yaşından aşağı uşaqlara antibiotik olmaz) artıq qırmızı qan qalmamışdı və iki ay vaxt verdilər dedilər xərçəngdir... Qol kağızı verin...
Apardılar irana indi uşağın 5 yaşı var çox şükür Allaha yaxşıdır...
Vəə bu xəstəlik uşaqda olmadığı və dərmanlar tərəfindən yaradıldığı üçün sağaldı amma hər il müayinə üçün getməlidir xəstəxanayaki, xəstəlik qayıtmasın!!!
Buda bizim həkimlərimiz...

Heartless_

28 Fevral 2011 17:35

ALLAH Rəhmət Eləsin... sad

Dandoline

28 Fevral 2011 17:01

Həkimlərimizin elə 80%-i vəzifəsindən uzaqlaşdırılmalıdı..Çoxunun qandığı qrafa yoxdu..Qonşumuzun halı pisləşmişdi, ambulans çağırmışdılar..Mama orda olmasaydı, gələn həkimciklər səhv dərman vurmaqla kişini o dünyaya göndərəsiydilər..Hələ həmin yazığın arvadına səhv diaqnoz qoyub səhv müalicə edib xərçəng xəstəliyini daha da inkişaf etdirib o dünyaya yola saldılar..Bir deyil, iki deyil..hara gedirik bu bisavadlıqla, bilmirəm..Deyiləsi dərd deyil ee...

ChocoLatte

28 Fevral 2011 16:49

Hemiklerin sehvi coox olur ee...Menim emim qizi 2 yasi olacaqdi oldu.Hekimlerin sehvi oldu dermani sehv vermisdiler usaga .Helede deqiqlesdirirler girl_cray

Elif_87

28 Fevral 2011 16:43

Allah rəhmət eyləsin...
Hər kəs bir səbəblə, ömrünün bitiş nöqtəsinə gələcək...

Nə deyək haqq yerini tapıbsa, lap yaxşı...