Fon yüklənir...
Загрузка...

Məşhur prodüser Sibel Canı Bakıya gətirir

Загрузка...
Azərbaycan qadınlarına Sibel Can`dan sürpriz...

Türkiyənin məşhur və sevilən müğənnisi Sibel Canın 8 mart Beynəlxalq Qadınlar günündə Bakıda solo konserti keçiriləcək. Konsertin Bakı Əyləncə Mərkəzində keçirilməsi nəzərdə tutulub.
Konsertin təşkilatçısı tanınmış prodüser Tarix Əliyevdir (Tolik).

Məşhur prodüser Sibel Canı Bakıya gətirir

Konsert barədə məlumat verən Tolikin sözlərinə görə, Sibel Can Bakı konsertində canlı ifa səsləndirəcək: "Çox sevdiyim müğənni Sibel Canı məhz qadınlar günündə Bakıya gətirəcəm. Onun canlı ifasını müşayiət etmək üçün Türkiyədən bütün deyil, yarım ansambl gələcək. İki saatlıq şou-proqram hazırlayıram”.

Məşhur prodüser Sibel Canı Bakıya gətirir

Təşkilatçı həmçinin biletlərin qiymətindən söz açdı:” Biletin qiyməti 100-150 manat qoymaq istəyirik. Buraya yemək də daxildir”.

Məşhur prodüser Sibel Canı Bakıya gətirir

Tolik yerli müğənnilərin iştirakından da danışdı: “Ola bilsin ki, müğənnilər qonaq qismində iştirak etsinlər. Amma Sibel Canla bir səhnəni paylaşan olmayacaq. Bu, tək onun konsertidir. Mənə elə gəlir ki, orada bizim müğənnilər olmayacaq. Çünki, onların öz işləri olacaq”.

Qeyd edək ki, solo konsertin sonunda diskoteka təşkil olunacaq.
Загрузка...

ŞƏRHLƏR

Mamedovich

26 Yanvar 2011 21:11

Xoş gəlir

FLOR

26 Yanvar 2011 20:38

gelsin qapilar aciqdi

Onsuz_Hayat

26 Yanvar 2011 20:14

Sitat: AnGeL_LoVe
AYdaaa nə gözəlll özdə martın 8 lap yerinə düşdü! Anam çox sevinəcək...)) ən sevdiyi ifaçıdı.

girl_ten mənim mamamda bəyənir onu))

AnGeL_LoVe

26 Yanvar 2011 19:34

AYdaaa nə gözəlll özdə martın 8 lap yerinə düşdü! Anam çox sevinəcək...)) ən sevdiyi ifaçıdı.

arzu.ps

26 Yanvar 2011 17:28

Gəlsin də.Fanatlari biganə qalmaz yəqin ki,gedərlər görüşünə
--------------------
Her shey sensiz de Choooxxx gozeldi))))))))))

LEROY

26 Yanvar 2011 15:49

Mence bu qadinlardan cox kishiler ucun bir zyurpriz olacaq

Balım

26 Yanvar 2011 14:28

Qadınlara hədiyyə etmək istəyən bəylər üçün yaxşı ideya olacaq məncə.

Elif_87

26 Yanvar 2011 10:51

Uşaq kimi sifəti var, gözləri də qəşhəngdir, mahnılarını da bəyənirəm... İstərdim orada olum...

Girbinne

26 Yanvar 2011 00:58

eee mən də dedim nə sürprizdi sad

MR.QARRI

25 Yanvar 2011 23:55

ehhh..........gözümüz aydın............

Ayka Ronaldo

25 Yanvar 2011 22:44

Sitat: BaKiNeCH
Kasıblıyanlar hamısı Bakıya gəlir)

Yaxşı dedin. Kimin pulu qurtaran kimi gəlir Bakıya

DReaM

25 Yanvar 2011 21:21

xos gelir...

Emil

25 Yanvar 2011 21:11

Kasıblıyanlar hamısı Bakıya gəlir)
--------------------

To get away clean, you have play dirty.

Mr_RoCCo

25 Yanvar 2011 21:11

yaxşı oxuyur)
--------------------
FaceBook
Instagram - ageelvevo

Nilay

25 Yanvar 2011 21:09

Bu qadina boyuk sinpatiyam var)cox sevindim,gelsingirl_ten

ChocoLatte

25 Yanvar 2011 21:04

Qeseng qadindi.Xosum gelir.Qapimiz,penceremiz uzune aciqdi gelsin=)
loading...
Загрузка...