Loading...
Rəqsanənin qızı danışdı

Rəqsanənin qızı danışdı

Loading...
Namazova Aysun Yaşar qızı – 13 yaşı var. Əsl adı Ayşədir. Amma xalası onu «Aysun» çağırdığından adı eləcə də qalıb. Məktəbdə hamının "Ayşə" deyə çağırdığı Aysun şəxsiyyət vəsiqəsi alan kimi xalasının arzusunu rəsmiləşdirmək fikrindədir. Gələcəkdə həkim olmaq istəyən Aysun özünü qısaca xarakterizə edir: ürəyiaçıq, xoşxasiyyətli, tərbiyəli, böyük-kiçik yeri bilən insanam. Özünü daxilən 18 yaşlı qız kimi hiss edən Aysun Rəqsanənin qızı olması ilə fəxr edir. "Amma bu o demək deyil ki, mən fərqliyəm. Özümü həmişə adi, sıravi bir adam kimi hiss etmişəm" deyir.
Aysunun dedikləri

Mənim Aysun kimi böyüməyimdə anamın rolu əvəzsizdir. O, çox mülayim, eyni zamanda da zəhmli və tələbkar anadır.Anam mənim rəfiqəmdir, hər sözümü ona deyirəm. Anam mənə istədiyim qədər vaxt ayırmır. Bu da məni əsəbiləşdirir. İllərdən bəri birinci dəfə idi ki, bu Yeni ili anam mənimlə keçirtdi. Sənəti onu məndən alıb. Hərdən mən də anama məsləhət verirəm. Xahiş edirəm ki, açıq-saçıq geyinməsin. Yəqin siz də fikir vermisiz, axır vaxtlar anam mənim xahişimə əməl edir. Mən özüm də açıq geyinməyi sevmirəm. Çünki kənardan baxan o qədər də yaxşı qarşılamır. Amma hərdən fikirləşirəm ki, insanın açıq deyinməyi ilə deyil ki, əsas odur ki, insan Allahla olsun. Mənə anamın açıq-saçıq şəkillərini göstərəndə dedim ki, nə olsun ki? O bir səhv idi və bunu hər bir müğənni edə bilər. Əsas odur ki, anam özü də o şəkilləri səhv kimi qiymətləndirdi. Hərdən fikirləşirəm ki, kaş anam müğənni olmayaydı. Onda bu qədər diqqət çəkməzdi. Ailəmizin başına gələn işlərdən hamının xəbəri var. O çətin ərəfədə dərslərə getmədim. Sonra məktəbə gedən kimi yuxarı sinfin oğlanları mənə atmacalar atmağa, lazımsız sözlər deməyə başladılar. Başa düşmürdüm: mənim nə günahım vardı? O məktəbdən çıxdım. İndi 83 saylı məktəbdə oxuyuram. Orada xətrimi çox istəyirlər. Mən tay-tuşlarımdan çox fərqliyəm. Qızlar var ki, saatlarla telefonla danışır, kiməsə sms yazır, mənsə bunu sevmirəm. Mənim heç mobil telefonum da yoxdur. Anam almır. Deyir, pis zəmanədir, telefon insanı dəyişir.

Həmişə fikirləşmişəm ki, uşaqlar valideynlərinin günahını çəkməli deyillər. Amma mən çəkmişəm.

Bilirsiz nəyin peşmançılığını çəkirəm? Həmişə ona təəssüflənirəm ki, kaş mənim atam başqa cür olaydı. Arada atalı uşaqları görürdüm, mənim də ürəyim atamı istəyirdi. Böyüdükcə onu görmək arzusu mənə elə güc gəlirdi ki… Axı mən onu heç xatırlamıram. Valideynlərim ayrılanda 3 yaşım vardı. Atamın siması yadımda da deyil. Bu yaxınların söhbətidir. Onu o qədər arzuladım ki, nömrəsini tapıb zəng etdim. Səsimi eşidən kimi dedi ki, niyə zəng vurmusan? Mənim ailəmi dağıtmaq istəyirsən? Daha başa düşmədi ki, mən artıq böyümüşəm, ona indi daha çox ehtiyacım var. Dəstəyi qoydum, o qədər ağladım ki… Mən həyatımda ilk və son dəfə ağladım. Çünki anam qadınlığı ilə heç vaxt qoymamışdı ki, mən göz yaşı axıdım. Mənə elə gəlir ki, mən anamın qızı yox, əkiz bacısıyam. Çünki anam əməliyyat olunanda mən də özümdə o ağrıları hiss edirəm. Anamı hirsləndirmək istəyirsizsə, bircə söz deyin: bəsdir, əməliyyat etdirdin. Anam məni heç vaxt vurmayıb. Sadəcə, başa salıb. Bizim evdə çox adam yaşayır. Arada mənim də hirsləndiyim məqamlar olur. Bir dəfə nənəmin üstünə qışqırdım, sonra elə peşman oldum ki, gedib üzr istədim. Nənəm çox gözəl yeməklər bişirir, yaman qoçaqdır. Bəzən elə olur ki, bir gündə 30 nəfərin xörəyini hazırlayır. Mən çox xoşbəxtəm ki, bacım var. Baxmayaraq ki, UZİ-də anama oğlan olacağını demişdilər. Anama zarafatla deyirdim ki, oğlan olsa, onu yastıqla boğacam. Amma hərdən düşünürəm ki, kaş mən özüm oğlan olaydım. Çox istəyirəm ki, anam istədiyi insanla ailə qursun. Onu istəyənlər çox olub, nəsə anam razılıq verməyib. Heç mən də razı deyildim. Bu yaxınlarda da Əkbər söhbəti çıxdı. Çox mərifətli, tərbiyəli insandır. Əkbərin xətrini bir qardaş kimi çox istəyirəm. Bax, onun atam olmağını istərdim.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_SUS_

15 İyul 2012 21:38

BANA NE YAAA...

Mr_RoCCo

30 Yanvar 2011 20:38

nə gündədi bu qız mocking
--------------------
FaceBook
Instagram - ageelvevo

TARKANKA_210

30 Yanvar 2011 19:43

Hmmm )) Maraqlı deyil )


Sitat: MASTER-SAN
Men bu qizi gorend ehemiwe TOK VURMUW EWWEK yadima duwurde

Vasif oik vurmuş eşşək necə olur ki? lol

MoNuElLa

30 Yanvar 2011 18:57

Ewiiii danissinda mene lazimdi angry
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

BakıLıLaR

27 Dekabr 2010 00:13

ewi neise !

Heartless_

21 Dekabr 2010 09:32

Sitat: NellY
hec kesin heyatini myuzakire elemye hec kesin haggi bele yoxdur!Inwallah gelecek heyatin senin ugurlu olar..

INWALLAH..

feyfurtruc89

16 Dekabr 2010 18:31

Reklam eliyir ozunu.

vuska23

16 Dekabr 2010 03:29

Əkbərin xətrini bir qardaş kimi çox istəyirəm. Bax, onun atam olmağını istərdim

hehe..` :)

arzu.ps

16 Dekabr 2010 00:06

Ne bilimeeeee.Belke o cemiyyete laiqli insan olacaq? unknown
--------------------
Her shey sensiz de Choooxxx gozeldi))))))))))

SenSiZ SeninLeyeM

15 Dekabr 2010 23:15

ANASI NESE EDIBSE BU O DEMEK DEYIL QIZIDA HELEDI.YUXARIDA ALLAH VAR BBU QIZINDA 13YASI VAR ANASINDAN XOSUNUZ GELMEYE BILER AMA QIZININ NE GUNAHI VAR.VALIDEYNLERIN GUNAHINI HEC VAXT USAQLAR CEKMEMELIDIR.O OZ TALEYINI YAZA BILMEZKI

BLaCKSTaRIN

15 Dekabr 2010 21:36

bağışda oxumadım......

MaTriX

15 Dekabr 2010 21:35

Oxumadim maragli deyil=)

l2a1000

15 Dekabr 2010 21:29

Anası nədiki balasıda nə olsun...Anası bicdi balası gicdi Eysənəm=))

ChocoLatte

15 Dekabr 2010 20:41

joy_lu,
Layiqli ovlad olmasin=)? smile

FLOR

15 Dekabr 2010 19:59

o usaqdi hele muzakire etmek duzgun deyil... her kes oz heyatini istediyi kimi qurmaga haqqi var

Nahid-19

15 Dekabr 2010 19:40

Danışdı danışdıdaa mənə lazım dögül..Təşəkkürlər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

NINIKO

15 Dekabr 2010 19:20

GELECEK HEYATINDA UQURLAR.

MASTER-SAN

15 Dekabr 2010 19:13

lol Men bu qizi gorend ehemiwe TOK VURMUW EWWEK yadima duwurde lol
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Chekic

15 Dekabr 2010 18:24

O Anaya halal olsun kı ıstenılen mubahıse ıstenılen ezıyyete gore oz aılesın daqıtmır ushaqı Atalı boyuyur .B

joy_lu

15 Dekabr 2010 17:37

Sitat: Eka
Anasina layiqli ovlad olar INSALLAH...

Allah elemesin =),anasinnan ferqli,xeyirli ovlad olsun InwAllah

Arzu

15 Dekabr 2010 17:24

Tesekkurler

ChocoLatte

15 Dekabr 2010 16:38

Özümü həmişə adi, sıravi bir adam kimi hiss etmişəm" deyir.

Bu setirler gulmeli geldi...

Anasina layiqli ovlad olar INSALLAH...

Baliq

15 Dekabr 2010 16:38

danisdi ne yaxsi gozu aydin ay Rekiw amma men bilmirdim ki o lal idi

Britney Spears

15 Dekabr 2010 16:16

Allah gələcək taleyində ona uğurlar və xoşbəxtlik bəxş etsin..Xeyirli övlad olsun..

___DiMaggio

15 Dekabr 2010 16:12

Adama gerek özüne göre qiymet veresen, anasi ad chixarib öz ishidi.
Onsuzda zehlem gedir anasinnan, ama belke özü böyüyende vetene, millete xeyiri övlad oldu, bilmey olmaz. Ama hele ki, ama hele ki, hech kime xeyri deymiyib, bosh bosh danishir.. bura xeyir ola xeber kimi qoymusuz? Kimdi ki bu? Her yoldan kechenin, pencereden baxanin shekilini bura yapishdirib, dediyini yazmagnan xeber olur?

MR.QARRI

15 Dekabr 2010 15:48

yaxşı danışıb.............

Elmas_el

15 Dekabr 2010 15:39

Men heyatda Reqsaneni ne de qizini gormemishem. Amma onu bilirem ki bu qiz hele ushaqdir . Onun qelbini qirmaqa, hayata ve insanlara qarshi onda nifret yaratmaqa hec kesin ixtiyari yoxdur. Biz , ushaqlardan intiqamci yaratmamaliyiq. Axi biz müsülmaniq. Merdi qova-qova namerd etmek, ayaqindan cekmek bizimkilerin peshesidir. eseb

NellY

15 Dekabr 2010 15:22

hec kesin heyatini myuzakire elemye hec kesin haggi bele yoxdur!Inwallah gelecek heyatin senin ugurlu olar...

Dandoline

15 Dekabr 2010 15:20

Təəccüblü də olsa, nə yazacağımı bilmədim... smile

Elmas_el

15 Dekabr 2010 15:17

Bir dene de sualim var. Niyə userlər bu qədər qəddarsınız? Heç nəyi, heç kimi bəyənmirsiniz.
Mənə maraqlıdır. Görəsən hamınız süddən çıxmış qaşıqsınız? Ar olsun.