Loading...

Lincoln Niyə Yüksək Səslə Oxuyardı?
Magazin
- 07 Oktyabr, 2010
- 1 902 Baxış
Loading...

Lincoln Niyə Yüksək Səslə Oxuyardı?
Lincoln, gəncliyində döşəməsi çatlaq ağac kötüklərindən tikilmiş bir məktəbə getmişdi.
Yalniz bir qeyd dəftəri vardı.
Müəllim burada yazılanları yüksək səslə oxuyur, şagirdlər də bir ağızdan və yüksək səslə onun söylədiklərini təkrar edərdilər.
Buna görə qonşular bu məktəbə "Boşboğazlıq məktəbi" adını vermişdilər.
Lincoln bütün ömür boyu bu adəti buraxmadı.
Bu adəti "Boşboğazlıq məktəbi"ndə əldə etmiş, bundan sonrakı həyatında da xatırlamaq istədiyi hər şeyi yüksək səslə oxumaqda davam etmişdir.
Springfielddə vəkillik edərkən hər səhər yazıxanasına gələr, kresloda əyləşər və hər kəsin eşidəcəyi bir səslə qəzetini oxuyardı.
Iş yoldaşı "məni hirsdən dəli edərdi demişdir".
Bir dəfə ondan niyə bu cür oxuduğunu soruşdum.
Dedi:
Yüksək səslə oxuyanda iki duyğu birdən fikirimi örtür.
Biri, nə oxuduğumu görürəm, ikincisi isə, oxuduğumu eşidirəm.
Belə olanda, bunları daha yaxşı xatırlayıram.
Yaddaşı fövqəladə bir gücə sahib idi.
Beyinim bir polad parçasına bənzəyir və çoxsərtdir, üstündə heç bir şey cızılmaz.
Lakin bir şey oraya bir dəfə cızılsa, artıq onu oradan silib atmaq qeyri-mümkündür.
Bir şeyi unutmamaq icin ən ideal olan tək yol tək görmək və eşitmək, deyil.
Görmə xüsusiyyəti də olan bir beyinimiz var.
Bir insanı bir dəfə də görsək əksərən üzünü xatırlayarıq, lakin adı heç cür xatirimizə gəlməz.
Gözlərdən beyinə gedən sinirlər, qulaqlardan beyinə gedən sinirlərdən 25 dəfə daha qüvvətlidir.
Atalar sözünü eşitmisiniz: Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
Adları, telefon nömrələrini yazın, xatırlamaq istədiyiniz danışığı qaralama halında yazın.
Bunları oxuyun.
Sonra gözlərinizi bağlayın.
Bu hərf və rəqəmləri xəyal gözünüzlə oddan yazılmış kimi görməyə çalışın.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...