Loading...
Faiq Ağayev bıçaqlanıb

Faiq Ağayev bıçaqlanıb

Loading...
Faiq Ağayev bıçaqlandı

Azərbaycanın xalq artisti Faiq Ağayev bıçaqlanıb. Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, müğənni bu gün saat 7 radələrində 6 bıçaq yarası ilə xəstəxanaya gətirilib. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 bıçaq zərbəsi alıb. Müğənni artıq əməliyyat olunub və hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti orta-ağırdır.

Xəstəxanadan həmçinin bildirildi ki, müğənni ilə yanaşı onun iki mühafizəçisi - Ramin Bayramov və Azər Musayev də bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.

*****

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə,
hadisə baş verəndən sonra Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını sürərək Kliniki Tibbi Mərkəzə gəlib. Maşının salonu qan içində olub.

İlkin məlumata görə, hadisə bu gün səhər saatlarında Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə baş verib.

Hadisənin nə səbəbdən və kimlər tərəfindən törədilməsi hələlik bilinmir.

******


Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, Faiq Ağayevin cangüdənləri 33 yaşlı Ramin Bayramov 1, 35 yaşlı Azər Musayev isə 2 bıçaq yarası alıb. Hər iki cangüdənə qarın nahiyələrindən bıçaq xəsarəti yetirilib.

Hal-hazırda hər üç yaralı reanimasiya şöbəsindədir. Onlar hələ narkozun təsirindən ayılmayıblar.

******

Nəsimi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı AR Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar rayon polisi və Prokurorluq tərəfindən aparılır.

*****

Müğənninin yaxınlarının ANS TV-yə verdiyi məlumata görə, hadisə Nəsimi rayonunun "Kubinka" adlanan ərazisində F. Ağayevin özünə məxsus maşını idarə edərkən yolda digər sürücü ilə aralarında yaranmış mübahisə zəminində baş verib.

*****

ANS PRESS-in Kliniki Tibbi Mərkəzdə olan əməkdaşının verdiyi məlumata görə, F. Ağayevin anası Səfiyyə Ağayeva saat 11.30 radələrində xəstəxanaya gəlib. Ona ancaq baş həkimin otağındakı monitordan oğlunu izləməyə icazə verilib.

Hazırda xalq artistinin qardaşı da xəstəxanadadır.

Müğənninin həmkarı Ədalət Şükürov və teleaparıcı Murad Dadaşov da xəstəxanaya F. Ağayevi görməyə gəlsələr də, hələlik onun yanına heç kim buraxılmayıb.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

31 May 2014 17:47

olseydi yaxsi olardi zehlem gedir faiqden offff olse canimiz qurtarardi.. bj
--------------------
Getdim Sagolun

Night Wolf

17 İyul 2013 23:19

ona bicaq yarasi azdir gerek avtomatla vuraydilar
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Sweety

29 Sentyabr 2010 01:10

Faiq Ağayev səhhəti diyilənlərə görə yaxşılaşıb.Allah köməyi olsun.

Maryam09

28 Sentyabr 2010 12:52

Allah şəfa versin , bu fani dünyada hər kəsi ALLAH bir cür sınağa çəkir

Kedicik_19

28 Sentyabr 2010 10:22

Allah $efa versin

gozel207

28 Sentyabr 2010 00:55

bu kiməsə maraqlıdı görəsən, ..
heç nə, heç nədən baş vermir..((

WUgirl

28 Sentyabr 2010 00:02

Dəhşət sevinirəm:))) Artıq ayılıb CANIM Ağayev hətta lətifə danışır deyilənə görə:)) Salam göndərib və düşmənlərim sevinməsin deyib :))) Şükürlər olsun girl_ten dance1
--------------------
ayrı düşdüm joyumdan joyazımdan :))))

Baliq

27 Sentyabr 2010 23:04

nə deyim Allah şəfa versin bəzən dalınca danışırıq pis yaxşı amma o da insandı onun da yaxınları var Allah onu ailəsinə bağışlasın yenə də yaxşıdır 6 bıçaq zərbəsindən sonra maşını xəstəxanaya sürə bilib

LARACROFT

27 Sentyabr 2010 22:22

Eşitdim bu gün.Əvvəl inanmadım.Elə bildim həmişə kimi şaiədi.TV-də görəndən sonra inandım.
Dinlədiyim müğənnilərdəndi.ALLAH ona kömək olsun.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Fedor Emelianenko

27 Sentyabr 2010 21:46

He xeberlerde vermisdiler.....

kudesnik

27 Sentyabr 2010 21:42

Allah komeyi olsun!inshallah tezlikle sagalar!

b_a_l_a_c_a

27 Sentyabr 2010 20:52

ALLAH SEFA VERSIN

MASTER-SAN

27 Sentyabr 2010 20:41

Indi Faiq Agayev xestexanada oxuyur ..herden bir qeder werab seni evez elemir . recourse
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

MR.QARRI

27 Sentyabr 2010 20:07

cinəyətkarlar tapılar tezliklə.............

10-suz

27 Sentyabr 2010 19:19

allah bilir kimin ayagin tapdalayib?

bakiliqaqas

27 Sentyabr 2010 17:42

Special ,
ozunuzu cox bilen kimi aparirsiniz amma yadinizda saxlayinki bu movcuddur.!!!! prakraturaninda qatisdigi is rejklam olmaz

l2a1000

27 Sentyabr 2010 17:35

Allah şəfa versin

Babydoll

27 Sentyabr 2010 16:58

bicaqlanasi asam idi lol

pardon bicaqlanasi adam idi
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

LEROY

27 Sentyabr 2010 16:50

DEYECEKLER ARVADI NAYEMNIK TUTUB ELETDIRIB,BU GUNDEN FAIQIN LEGEBI OLDU ASHSUZEN FAIQ

Senseless_life

27 Sentyabr 2010 16:00

Sitat: Britney Spears
WUgirl,Esiden kimi sen yadima dusdun..caaan..Allah sefa versin..


Aha mənimdə ağlıma birinci Wugirl gəldi. Nə deyim Allah şəfa versin.
Sitat: WUgirl
ALLAH mənim ömrümü ona versin.

wassat angry

Lektra

27 Sentyabr 2010 15:58

Sitat: denizim
Düzü mənə qram da olsun təsir etmədi.

AMMA HER NEDI OZUMUZUNKIDI

Special

27 Sentyabr 2010 15:32

men bunu esidende inanmadim mence reklam

Britney Spears

27 Sentyabr 2010 15:27

WUgirl,

Esiden kimi sen yadima dusdun..caaan..Allah sefa versin..

UKA

27 Sentyabr 2010 14:55

Allah wefa versin...

arka_siradakilar

27 Sentyabr 2010 14:52

allah komeyi olsun.

STaRLiFe

27 Sentyabr 2010 14:45

Daha o cangudenleri neynir qoruya bilmeyenden sonra.

Ayka Ronaldo

27 Sentyabr 2010 14:39

Xeberim var idi.Cangudenler de hecne eliye bilmiyibler.Faiqin dozumu var imis ha 6 picag deyenden sonra ayilib narkozdan.Ne deyirem Allah sefa versin

ayshan_

27 Sentyabr 2010 14:39

Sitat: denizim
azdan düzələcək, çox güman.

duzeldi smile

Sitat: WUgirl
ALLAH mənim ömrümü ona versin.

Allah elemesin,bele deme..olmaz sad

User of Joyaz

27 Sentyabr 2010 14:37

bəzi ifalarını bəyənirəm özünü bəynəməsəmdə sırğa taxdıqına görə qaşlarını aldığına görə amma savadı və danışıqı çox gözəldi..bu xəbəri oxuyub shoka dushdum pis tesir eledi..ALLAH Komeyi olsun..amma basha dushmedim qardaşı niye xestexanadadi?Bes niye cangudenler hecne ede bilmeyibler onlarda yaralanib?

WUgirl

27 Sentyabr 2010 14:30

Yalan xəbərdir demək istərdim amma çox təəssüf:( Ayılıb artıq narkozdan. inşaALLAH bu gün olmasa sabah gedəcəm yanına. Bu gün prokuratura var sabah gəlin deyiblər hələ ki.. Qurban olaram ona özü sürüb maşını aparıb Azərgili də özünü də girl_cray ALLAH bağışladı onu yaxınlarına şükür. ALLAH mənim ömrümü ona versin. Eşidəndən ağlayıram əllərim əsir girl_cray

ALLAH lənət eləsin o 3 nəfərə qaçıblar hələ angry
--------------------
ayrı düşdüm joyumdan joyazımdan :))))