Loading...
Aysel nişanlanmağı ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirdi

Aysel nişanlanmağı ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirdi

Loading...

Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə gündəmə gəlib. 


"Səhər mərkəzi" verilişinə dəvət olunan sənətçi karyerası və şəxsi həyatı ilə bağlı sulları cavablandırıb. 

O, "Yandırdı qəlbimi" mahnısından sonra sənətdən uzaqlaşmaq istədiyini deyib:


"Bu mahnını oxuyandan sonra hamını işdən uzaqlaşdırdım və oxumağa son vermək istədim. Həmin müddətdə bir verilişdə "Yandırdın qəlbimi" oxudum. Dedim, bitdi, başqa bir işim var, onunla məşğul olacam. Sənət hamıda kənarda qalmışdı. Televizoru açırdın... Hər zaman deyirdim, məktəbdə uşaqlara musiqi dərsi çox keçilsin.


Hara gedirik bu musiqi ilə? Bayağı mahnıları görüb, kənara çəkilmək istədim. Bütün efirlərdən, məclisdən imtina etdim. Birdən-birə başladı bu mahnını məşhurluğu. Hamı hər yerdən məni işarələyirdi. Dedim bu yəqin bir şansdır, qayıtdım".

Bir müddət əvvəl mətbuatda Əlizadənin nişanlanaraq instaqram səhifəsini bağlaması ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı danışan Aysel məlumatın yanlış olduğunu deyib:


"Kaş olsun, Allah bütün xanımlara nəsib etsin. Varsa, bunu niyə gizlin tutasan? Mənim şəxsi qərarım idi ki, instaqramdan gedim. Psixoloji durumla bağlı olur, sakitləşib, özünü tanımaq istəyirsən. Sosial şəbəkə insanı özünü tanımaqdan uzaqlaşdırır".

Aysel hazırda həyatında sevgilisi olmadığını da açıqlayıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR