Loading...
Türkiyəli aktrisa: “Xahiş edirəm, əllərimi qandallamayın” - VİDEO

Türkiyəli aktrisa: “Xahiş edirəm, əllərimi qandallamayın” - VİDEO

Loading...

Türkiyəli aktrisa Ayşegül Çınar hakim qarşısına çıxıb.


Çınar sevgilisi Furkan Çalıkoğlu ilə Karaköydə yerləşən otellərdən birində nahar edərkən gərginlik yaşanıb.

Belə ki, naharda yüksək səslə danışan Furkana işçi heyəti xəbərdarlıq edib. Daha sonra restorandakılarla Furkan arasında dava olub. Hadisə yerinə polis gəlib.


Çalıkoğlu onlara da qarşı çıxaraq müqavimət göstərib. Bundan sonra Furkanla sevgilisi Ayşegül Çınar polislər tərəfindən əlləri qandallanaraq bölməyə aparılıblar.

Həmin an aktrisa polislərdən onun əllərini bağlamamalarını istəyib: “Çöldə jurnalistlər var. Xahiş edirəm, əllərimi qandallamayın. Mən aktrisayam”.

Hakim qarşısına çıxan cütlük özlərini müdafiə etməyə çalışıblar. Furkan Çalıkoğlunun polislərə və restoran işçilərinə təhqir edib, söyüş söydüyü və müqavimət göstərdiyi üçün 1 il 10 aydan 6 ilə qədər həbsi tələb edilib.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR