Loading...
Lionel Messi

Lionel Messi

Loading...
Lionel Messi

Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində dünyaya göz açmışdır.

Anası Celia və atası Jorge Messi-dir. Rodrigo və Matias adlı iki böyük qardaşı, Maria Sol adlı özündən kiçik bir bacısı var. Messi İspaniyaya gedəndə atası və qardaşı Rodriqo onunla qaldı. Anası və bacısı Maria Sol vətənə, Argentinaya döndü.
Karyerası
Argentina milli komandasının və "FC Barcelona" klubunun şərəfini qoruyur. 2006-ci ildə dünyanın ən yaxşı gənc oyunçusu mükafatını, həmin il İspaniya çempionatında oynayan ən yaxşı əcnəbi oyunçu mükafatını və 2008-ci Pekin Olimpiya Oyunlarında Argentina milli komandası ilə çempion adını qazanıb. Onu Maradona ilə müqayisə edirlər və Maradonada onu özünün davamçısı adlandırıb.
Klub karyerası
Lionel Messi 5 yaşında atasının məşqçilik etdiyi "Qrandoli" klubunda futbol oynamağa başlayıb. 1995-ci ildə, 11 yaşında Messi "Newell's Old Boys" klubuna keçir. Klubun həkimləri isə ona "İnkişafdan qalma" diaqnozu qoyurlar. Bu ərəfədə Argentinanın məşhur "River Plate" klubu onu almaq istəyir. Lakin onun müalicəsi üçün aya 500 dollar vermək lazım idi ki, klubda bununla razılaşmaq istəmirdi. Hər şeyin müəmmalı qaldığı bir vəziyyətdə "Barselona"nın idman direktoru Carles Rexach Messi-nin oyununu görür və onunla müqavilə bağlayır. Bundan sonra "Barselona" bütün müalicə xərclərini öz üzərinə götürür və Messi ailəsi ilə birlikdə avropaya köçür. Burda yeni həyata qədəm qoyan Messi klubun gənclər komandasında çıxış etməyə başlayır.

Messi klubda ilk debüt oyununu 16 oktyabr 2004-cü ildə Espanyol komandasına qarşı keçirir. Bu zaman o klubun heyətində çıxış edən ən gənc oyunçu kimi tarixə düşür. Albacete klubu ilə oyunda ilk qolunu vuran zaman onun cəmi 17 yaşı var idi və Messi "Barcelona" klubunun tarixinə ən gənc qol vuran oyunçu kimi düşdü.

16 sentyabr 2005-ci ildə klub Messi ilə 2014-cü ilə qədər müqavilə bağladı. Həmin mövsüm sentyabrın 27-də o ilk dəfə Çempionlar Liqasında çıxış etdi. Bu zaman gözəl ötürmələri və meydanda Ronaldinyo ilə gözəl anlaşması 70 minlik Nou Camp stadionunun ayağa duraraq onu alqışlaması ilə nəticələndi. Həmin ilin dekabrında İtaliyanın "Tuttosport" jurnalı ona "Golden Boy 2005" mükafatını verdi.

18 aprel 2007-ci ildə "Getafe" klubu ilə qarşılaşmada o 2 qol vurdu. Qollardan biri Maradonanın 1986-cı ildə İngiltərəyə vurduğu məşhur qolun təkrarı idi. O təxminən eyni məsafəni qaçdı (62 m), eyni sayda oyunçuları keçdi (6 oyunçu) və qolu eyni vəziyyətdən vurdu. Sonda isə bayrağ tərəfə qaçaraq, Maradona 21 il əvvəl etdiyi kimi qolu bayram etdi. Bu zaman dünya mətbuatında Messi və Maradona müqayisəsi qızışmağa başladı. İspaniya jurnalistləri ona "Messidona" ləqəbini verdilər. Sonralar "Espanyol" klubu ilə oyunda əl ilə vurduğu qol Maradonanın ayrı bir məşhur qolunun: "Tanrının əli" qolunun bir daha təkrarı oldu.

2008-ci ildə İspaniyanın "Marca" jurnalı 77 faiz səslə onu ilin ən yaxşı oyunçusu seçdi. 2009-cu ildə dünyaca məşhur futbolçular Ronaldinyo, Samuel Eto'o, Frank Raaykard, Víktor Fernandez, Bernd Şuster, Guti, Raul, Canluka Zambrotta, Françesko Totti, Antonio Kassano, Diego Maradona və Pele onu ilin ən yaxşı oyunçusu mükafatına ən real namizədlərdən biri hesab edirdilər. Bu məsələdə onlar yanılmamışdılar. Belə ki, Lionel Messi UEFA tərəfindən 2009-cu ilin ən yaxşı klub futbolçusu elan edilib. O, "Barselona" klubunun Çempionlar Liqasının son qalibi olmağında böyük rol oynayıb. Təltifetmə Monakoda keçirilib. Bundan savayı, Messi ilin ən yaxşı hücumçusu adını da qazanıb. Ən yaxşı yarımmüdafiəçi adı isə onun həmklubçusu Xavi Ernandesə, ən yaxşı qapıçı daı «Mançester Yunayted»dən Edvin van der Sara, ən yaxşı müdafiəçi adı isə «Çelsi»nin kapitanı Con Terriyə verilib. Qeyd edək ki, Messi keçən mövsüm Çempionlar Liqasında 9 qol vurub. Ən vacibi isə finalda «Mançester Yunayted»in qapısına vurduğu qoldur. Ümumiyyətlə, 22-yaşlı Messi keçən mövsüm «Barselna»nın heyətində 38 qolun müəllifidir. Lionel Messi UEFA-nın baş mükafatını qazanan sayca 2-ci argentinalıdır. Ondan əvvəl bu ada 2000-ci ildə «Real Madrid»də oynayan Fernando Redondo layiq görülüb.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Qreqor Zamza

3 İyul 2010 16:24

Əla oyunçudur)Bu gün Messi almanları sökəcək))
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

T. Durden

3 İyul 2010 14:35

Messi ilə maraqlanmıram...Əminəm ki, Messi`ni topla təmin edən olmasa Messi tək sıfır olar...Sadəcə oynadığı komandalarda paslaşma oyunu gedir...

Dior Cherie

3 İyul 2010 14:28

yoo

Vanessa

3 İyul 2010 12:43

Uydaa Messi...Ən çox xoşladığım bəyəndiyim bir futbolçu...Demək olarki çox əla futbolçudur...Oyunlarını həmişə izləmişəm

kewell17

3 İyul 2010 12:06

onun haqda en yaxşı bildiyim şey qol vurduqdan sonra pinqvin kimi qaçmasıdır.Birdə onunda Maradona kimi bir dəfə qolu əli ilə vurmuşdu.Qoldan sonrada ele sevinirdi ki gəl görəsən

vüqar15

3 İyul 2010 11:27

Messi yekdir.

Sweety

3 İyul 2010 02:05

Bu futbolçunun oyunu çoox bəyənirəm bir sözlə sözün əsl mənasinda superdi

Aidan

3 İyul 2010 01:09



Ne Futbolnan Nede Futbolçularnan Maraxlanmıram=)
yoo




--------------------
Dream it.
Wish it.
Do it.

UltrAslan

3 İyul 2010 00:56

Haqqında Geniş Məlumatım Varıydı ... Təşəkkürlər...

HellsAngeL

3 İyul 2010 00:32

nea

Dima Bilan

2 İyul 2010 23:52

he4 bilmeyde istemirem.. 4unki zehlem gedir.. ama xber u4un tewekkur

vuqar177

2 İyul 2010 23:10

Messi super futbolcudur ..amma heyifki menim argentina milllisinnnen zehlem gedir ..Messi 1 nomredir

Babaeva

2 İyul 2010 23:07

87ci ildendir? shok hech oxshamiree boyuk gorunur. neyse chox sagol

MASTER-SAN

2 İyul 2010 22:16

Sitat: XəTaI
Mənim üçün o qədər də maraqlı deyil Messi

--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

İrmak

2 İyul 2010 21:50

fabregas105,
wiwirderlerde ronaldoya tay axdarirlar
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

ChocoLatte

2 İyul 2010 20:44

Sitat: LARACROFT
Çox sağ ol.Messi haqqında oxumuşdum.Xəbərə bir neçə şəkil əlavə etsəydin daha yaxşı olardı.

LARACROFT

2 İyul 2010 20:39

Çox sağ ol.Messi haqqında oxumuşdum.Xəbərə bir neçə şəkil əlavə etsəydin daha yaxşı olardı.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

fabregas105

2 İyul 2010 20:00

Sitat: HUGO-BOSS
burda etiraf etmelik ne var xavi iniestanin wotuna di da argentinadada 1 oyna 4 top 3 top vursunda gorum nece vurur

good messinin 1 kopukluk oyunu yoxdu ama cox sisirdirler onun oyununu

İrmak

2 İyul 2010 19:50

Estela,
wekiller deyende? )
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Estela

2 İyul 2010 19:32

Menim Messim)))Argentinamin ve Barcamin ulduzu
ama biografiya xeberi uchun baximsiz alinib)shekiller azdir.

Miss_Zaqadka

2 İyul 2010 18:40

Sitat: XəTaI
Mənim üçün o qədər də maraqlı deyil Messi

menim ucun de beledi..lakin emim qizi onu cox beyenir ve o oxudu faydalandi...tesekkurler winked

İrmak

2 İyul 2010 18:38

Naomi_Kempbel,
burda etiraf etmelik ne var xavi iniestanin wotuna di da argentinadada 1 oyna 4 top 3 top vursunda gorum nece vurur
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

XeTaI

2 İyul 2010 18:23

Mənim üçün o qədər də maraqlı deyil Messi

CrİsTiAnO RoNaLd

2 İyul 2010 17:44

Ronaldo Ronaldo Ronaldo .... yekdiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii bomb

Nagil

2 İyul 2010 17:39

bee xosum gelmirde bundan ele onunda menden feel

Teymur

2 İyul 2010 17:19

Messi Həmşəkikimi 1 Nömrədi

Gitarist

2 İyul 2010 17:13

Messi den cox elede xosum gelmir no

Naomi_Kempbel

2 İyul 2010 17:11

Etiraf edirəmki hələki güclü oyunçudur Messi............

fabregas105

2 İyul 2010 17:07

ne tepikleyerdim bunu..

İrmak

2 İyul 2010 17:03

lap bele etim tokuldu ))

ged oz hereketlerini ele maradona kimdi ki sen onun kimi oynayirsan?

xatirladaq ki maradona o biri yagini iwletmirdi buda onun texnika sahesinden zeif oldugunu gosderir
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.