Loading...
Bakıda "Qıpçaq Rəqsləri"

Bakıda "Qıpçaq Rəqsləri"

Loading...
Bakıda "Qıpçaq Rəqsləri"

(adsbyskyline = window.adsbyskyline || []).push({});
(adsbyskyline = window.adsbyskyline || []).push({});

Fevralın 18-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası  keçiriləcək. 

Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumatı teatrın mətbuat xidməti yayıb.

"Qıpçaq rəqsləri"nin musiqi materialı bəstəkarın "Knyaz İqor" operasının tərkib hissəsidir. A.Borodin bütünlükdə bu operanı 18 il ərzində yazmış və tam olaraq bitirə bilməmişdir. Qıpçaq rəqsləri  hissəsini  isə bəstəkar 1875-ci ilin yay fəslində Moskvada istirahət edərkən qələmə almışdır. Borodinin məktublarında qeyd olunurdu ki, həmin ilin payızında musiqi dərnəyində səhnəyə qoyulan tamaşa dostları arasında böyük uğur qazanıb. 

Borodinin ölümündən sonra "Knyaz İqor" operasını onun musiqi materialları əsasında rus bəstəkarları Qlazunov tamamlamış, N.Rimski-Korsakov isə  klavirin böyük hissəsini orkestr üçün işləmişdi. 1890-cı il oktyabrın 23-də Peterburqun Mariinski Teatrında "Knyaz İqor" operasının premyerası keçirilmişdi. "Qıpçaq rəqsləri"nə L.İvanov tərəfindən quruluş verilmiş və bu rəqslər tamaşaçılarda dərin təəssürat yaratmışdı. 

Sonralar "Qıpçaq rəsləri" müstəqil balet tamaşası kimi dünyanın müxtəlif teatrlarında səhnəyə qoyulmuşdu. 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" baleti Sankt-Peterburqun Mixaylovski Opera və Balet teatrının xoreoqrafı, Rusiyanın Əməkdar artisti Sergey Moxnaçovun quruluşunda səhnəyə  qoyulmuşdur. Tamaşanın quruluşçu rəssamı Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov, dirijoru isə Xalq artisti, professor Yalçın Adıgözəlovdur. 

Kütləvi səhnələrlə zəngin olan tamaşada balet truppasının bütün artistləri iştirak edəcəklər.

Qaynarinfo.Az

(adsbyskyline = window.adsbyskyline || []).push({});(adsbyskyline = window.adsbyskyline || []).push({});
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR