Loading...
Nigar Camal: “Ailəm çoxlu qadağalar qoyub”

Nigar Camal: “Ailəm çoxlu qadağalar qoyub”

Loading...
Nigar Camal: “Ailəm çoxlu qadağalar qoyub”

Eurovision mahnı müsabiqəsinin qalibi Nigar Camal övladlarına qadağ qoymağı sevmədiyini söyləyib. 

Qaynarinfo.az xəbər verir ki, onların fikirlərinə hörmətlə yanaşdığını və dəyərləndirməyi bacaran Nigar yeri gələndə sərt valideyn obrazında da çıxış edə bilir. Lakin görünür Nigarın valideynləri illər öncə onun qədər anlayışlı olmayıb. Çünki ifaçının dediyinə görə onun anası ilə atası daha sərt və ciddi olub: 

“Uşaqlıqda anam və atam çox sərt idi. Hətta dərsdən 4 alanda qorxurdum ki, evdə məni nələr gözləyir. Geyimim haqda da həmişə onlarla məsləhətləşirdim. Yəni çoxlu qadağalar qoyulub.Amma mən övladlarıma qarşı elə deyiləm. Düzdü illər keçdi, ailə qurdum anamla dost kimiyik. Onlar hər fikrimə dəyər verir. Eurovisionda da ilk dəstəkçilərim ailəm idi”.

Qaynarinfo.az 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR