Loading...
Vasif Məhərrəmli “Stefano Riççi” dən danışdı

Vasif Məhərrəmli “Stefano Riççi” dən danışdı

Loading...
Vasif Məhərrəmli “Stefano Riççi” dən danışdı

Son zamanlar sosial şəbəkələrin gündəmindən düşməyən ifaçı Vasif Məhərrəmli qalmaqala səbəb olan ifadələrindən danışdı. 

Qaynarinfo.az xəbər verir ki,  Vasifin taxdığı kəməri bəyənməyən sosial şəbəkə izləyicilərindən birini təhqir edən müğənninin “Ay çuşka, bu Stefanno Riççidir, hardan biləsən?” ifadəsi qısa zamanda əksəriyyət tərəfindən tənqid edildi. Hətta müğənninin bu ifadəsinə lağ edənlər də oldu. Vasif isə nəhayət ki, bu söz-söhbətə son qoydu: 

“Kütlə şəklində danışmaq başqadır, fərd başqa. Mən sosial şəbəkədə bir nəfərə sözümü yazmışam. Niyə hamı üzərinə götürür? Xalqla nə işim var? Mən xalqdan dolanıram, bu ölkənin bir nümayəndəsiyəm. Millətimi təhqir etmək fikrim olmayıb, etməmişəm də. Mən hay-küylü müğənniyəm. Hansı verilişə çıxsam, nə desəm, səs-küy yaradır. Məndən inciməsinlər, amma təhqir dolu şərhləri yazanlar bekar adamlardır. İşləri yoxdur, bütün günü oturub, kiməsə nəsə yazırlar”.

Qaynarinfo.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR