Loading...

"CinemaPlus"un onlayn radiosu fəaliyyətə başlayıb

Loading...

Bakı. 25 may. / "CinemaPlus" premium kinoteatrlar şəbəkəsi öz yeni onlayn radiosunu işə salıb. "Report"un xəbərinə görə, bundan sonra həftənin 7 günü 24 saat "CinemaPlus" kinoteatrlarının efirində sevimli mahnılara, müxtəlif janrlarda musiqilərə və məşhur filmlərin saundtreklərinə qulaq asmaq olar.

Ən son hitləri çox keyfiyyətli səslənmə ilə “CinemaPlus”un onlayn radiosunda dinləmək olar. Radio yalnız musiqi sevərlər üçün deyil. Həmçinin, yerli şirkətlər də radioda öz reklamını yerləşdirə bilərlər.

Kinoteatr bu layihəni “ALTÜST Media” şirkəti ilə birgə işə salıb.

Qeyd edək ki, "CinemaPlus" "28 mall" kinoteatrı Azadlıq prospekti 45 ünvanında, "28 mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Xatırladaq ki, bu yaxınlarda, həmçinin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə "CinemaPlus" kinoteatrının açılışı baş tutub. Kinoteatr Nizami küçəsi 8 ünvanında "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün "CinemaPlus"un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR