Loading...

"CinemaPlus" Azərbaycan dilində subtitrlərin tətbiqinə başlayıb

Loading...

Bakı. 6 may. / Premium kinoteatrlar şəbəkəsi "CinemaPlus" Hollivud filmlərinin Azərbaycan dilində subtitrlər ilə nümayişinə başlayıb.

"Report"un məlumatına görə, bu, filmləri orijinal dildə nümayiş etdirməyə imkan verəcək.

İngilis dilində filmlərin Azərbaycan subtitrləri ilə nümayişinin aktyorların əsl səslərini eşitmək, öz xarici dil biliyini artırmaq və bəzən dublyajın təhrif etdiyi xarici ifadələrin səslənməsindən həzz almaq kimi bir sıra üstünlükləri var.

Tezliklə "CinemaPlus" kinoteatrı tamaşaçılara maraqlı dünya premyeralar toplusunu təqdim edəcək.

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında, "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və "CinemaPlus" adlanır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR