Loading...

"CinemaPlus"da "Ekipaj" filmin press-nümayişi keçirilib - VİDEO

Loading...

Bakı. 23 aprel. / Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da xüsusi effektler əsasında çəkilən "Ekipaj" filminin ictimaiyyət nümayəndələri və KİV üçün press-nümayişi keçirilib.

"Report"un xəbərinə görə, ekran işi təyyarə ekipajının insanların güclü zəlzələnin episentrindən xilas edilməsi haqqında əhvalatdır. 

Çəkilişlərdə əsl təyyarələrdən istifadə olunub və kadrlarda olan partlayışlar realdır.

Nikolay Lebedevin rejissoru olduğu filmdə baş rollarda Danila Kozlovskiy, Vladimir Maşkov, Aqne Qrudite və Katerina Şpiça çəkilib.

Qeyd edək ki, "Ekipaj" gənc və istedadlı təyyarəçi Aleksey Quşindən bəhs edir. O, mənasız əmri yerinə yetirmədiyi üçün hərbi aviasiyadan qovulur, lakin gənc oğlan mülki təyyarələrdə uçmaq şansı əldə edir. Həmkarı, ikinci pilot –gözəl Aleksandra ilə birlikdə o, çox ciddi və prinsipial komandir Leonid Zinçenkonun rəhbərliyi altında sıfırdan yeni uçuş həyatına başlayır. Lakin yüzlərlə insanın həyatının xilas edilməsi söhbəti ortaya çıxanda hər şey ikinci plana keçir. Hər üçünün dünyanın kənarında alov, kül və qorxu hökmranlıq etdiyi zaman sağ qalmaq və yüzlərlə həyatı xilas etmək üçün yeganə şansı – birgə hərəkət etməkdir.

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə filmin nümayişindən öncə çıxış edərək kinoteatrın fəaliyyəti və gələcək layihələr haqqında məlumat verib. İlk qeyd olunan yenilik kinoteatrın yeni mobil əlavəsi barədə olub. Yeni mobil əlavənin xüsusiyyətləri qeyd olunub və tamaşaçılara köhnə mobil əlavəni silib yenisi ilə əvəz olunması barədə məlumat verilib. 

Bundan əlavə, ilk dəfə olaraq regionda-Gəncə şəhərində yeni "CinemaPlus Khamsa" kinoteatrının yaradıldığı haqda məlumat verilib. Kinoteartın rəsmi açılışı mayın 1-də olacaq. 

Gələcək layihələrdən də danışan Z.Darabzadə bu yaxınlarda "Gənclik Mall" Ticarət Mərkəzində yerləşən 9 zaldan ibarət növbəti "CinemaPlus Gandjlik" kinoteatrının faəliyyətə başlayacağı haqqında məlumat verib: "Bu da ölkənin ən böyük kinoteatrı olacaq. Bundan başqa, bu il "Amburan Mall"da 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub. 2017-ci ildə "Azərbaycan" kinoteatrında və Bakı İdman Sarayının (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı) arxasında inşa olunan Caspian Waterfrontda "CinemaPlus"un digər şəbəkələrinin açılması planlaşdırılıb".

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında-"28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və "CinemaPlus" adlanır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR