Fon yüklənir...
Загрузка...

Doğuş Xoşqədəm Hidayətqızını ağlatdı - VİDEO

Загрузка...

Doğuş Xoşqədəm Hidayətqızını ağlatdı - VİDEO

 

Bu gün aparıcı Xoşqədəm Hidayətqızı üçün özəl gündür.

ATV telekanalında yayımlanan "Gün üzü” verilişinə qonaq gələn aparıcı doğum gününü qeyd edib. 

Həmkarı İlqar Mikayıloğlu Xoşqədəm xanıma qızılgül dəstəsi hədiyyə edib. Ancaq İlqar Mikayıloğlu qızılgül dəstəsini Xoşqədəm xanımın həyat yoldaşı Doğuşun yolladığını söyləyib. 

Xoşqədəm Hidayətqızı canlı yayımdan Doğuşa səslənib: "İlqar mən səni çox istəyirəm, özün bilirsən. İstərdim ki, Doğuş bura gəlsin və bu özəl gündə "karı-koca” sənin verilişində olaq. Ancaq Doğuş verilişlərə çıxmağı sevmir. Buna görə bəzi həmkarlarım məndən inciyir. Mən ağlayıb, evdən çıxmışam. O gəlməyəcək, bilirəm”.
 
Bu sözlərdən sonra İ.Mikayıloğlu Doğuşa telefon zəngi edir. Ancaq Doğuş artıq yolda olduğunu bildirir. Verilişin sonuna kimi gözü yolda qalan aparıcını Doğuş çox sevindirib. Verilişdən olan maraqlı anları sizə təqdim edirik:
 

Загрузка...
loading...
Загрузка...