Loading...
Fərid Məmmədovun müsahibəsi

Fərid Məmmədovun müsahibəsi

Loading...

Fərid Məmmədovun müsahibəsi

 

“Eurovision 2013” mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədovun ANS PRESS-ə  müsahibəsi:

- "Eurovision-2013" mahnı müsabiqəsindən Bakıya dönərkən soyuq qarşılanmanıza aydınlıq gətirərdiniz? Yəni deyilənlərə görə sizi heç kim qarşılamayıb, siz taksi il əqayıtmısınız.
- Öncə deyim ki, 2 ayın ağır zəhmətindən sonra öz uğurumuza imza atdıq. Gecə-gündüz ağır məşqlərimiz gedirdi. Biz yüksək nəticəyə inanırdıq. Şükür Allaha pərt olmadıq. O ki qaldı qarşılanmağa, mən hər bir şeydən razıyam. Çünki biz Bakıya gələndə artıq səhər 5 olardı. Özüm heç kimə deməmişdim ki, səhər-səhər insanları narahat etməyək. Sadəcə özümüz, kollektivimiz ağır iş qrafikindən sonra o qədər yorğun idi ki, istəyirdik az adam olsun. Yorğun halda aeroportdan düşəndən sonra az adamla danışaq. Ona görə də, sadəcə yaxınlar və dostlar bizi qarşıladı.

- Ümumiyyətlə siz deməsniz də, yəqin gəlmə vaxtınızı bilənlər vardı. Sizi lazımınca qarşılaya bilərdilər.
- Biz özümüz təntənəli qarşılanmağın əleyhinə idik. Rəhbərlik də bu istəyimizi nəzərə aldı. Yenə də təşəkkür edirəm ki, istəyimizi yerinə yetiridlər.

- Fərid bəy, səhnədə olarkən Azərbaycanın dəstəyini necə hiss etdin? Ümumiyyətlə özünü səhnədə necə hiss edirdin?
- Özümü səhnədə çox yaxşı hiss ediridm. Çox rahat idim. 2 ay idi dayanmadan məşq edirdik. Uğurumuza inanırdıq. Bizə dəstək də güclü idi. Buna görə hər kəsə minnətdaram.

- Ümumiyyətlə buna qədər peşəkar musiqi ilə məşğul olurdunmu?
- Mən uşaqlıqdan ifa edirəm. Məni Aybəniz Haşımovanın "Bülbüllər" ansamblından tanıyırlar. Orada bizim çox nominasiyalarımız, diplomlarımız var. Mən özüm də çox nominasiyalarda iştirak etmişəm.

- "Eurovision 2013" mahnı müsabiqəsində I yeri tutan Danimarkanın yarışda plagiat mahnı ifa etdiyi bildirilir. Əgər bu sübut olunarsa, avtomatik olaraq Azərbaycan I yerə yüksələcək. Buna münasibətiniz?
- Düşünürəm ki, bu mümkünsüz bir şeydir. Onlar artıq heç bir şeyi qaytaran deyillər. Hər il yarışlarda hansısa söhbətlər olur. Biz onsuzda qalibik. Çünki pis nəticə deyil. Danimarkanın özündən ən yüksək səs gəldi bizə. Gözləmədiyimiz ölkələrdən, Avstriyadan, Fransadan bizə səs gəldi. Buna artıq şükr etmək lazımdır.

- Bundan sonra musiqi fəaliyyətini necə davam etdirəcəksən?
- Konsertlər olacaq. Yeni mahnılar olacaq. Planlaşdırırıq ki, Bakıda avqust ayında möhtəşəm konsert verək. Fikrimiz var ki, konsertdə orketsrlə ifa edəcəyəm. Daha sonra kliplər, albomlar və s. olacaq.

- Bundan sonra həyatında hansı dəyişikliklər olub?
Çox adam zəng vurur. Çox adam məndən yazır. Tanımadıqlarım artır. Əslində bu normaldır. Təbii ki, hansısa uğurdan sonra adam daha çox tanınır. Dostluq etmək istəyənlər çoxalır. Lakin mən köhnə dostları unutmuram. Tanışlar tanışlıqda qalır. Məndə elə bir şey dəyişməyib ki, gözəçarpan olsun. Həmişə Allaha şükür etmişəm və indi də Rəbbimə minnətdaram. Gələcəkdə də nələr olacaqsa, Allahın izni ilə olsun.

- Şəxsi həyatında hansı yeniliklər olub? Sevgini nəzərdə tuturam.
Düzü xoşlamıram şəxsi həyatımdan danışmağı. Sadəcə mənə sevgisini ifadə edənlər çoxalıb. Çoxları tanıdığına görə mənə bir az da yaxın olmaq istəyir. Yazırlar. Yenə də deyirəm ki, bu normaldır.

- Yəqin ki, xəbərin var, yarış bitəndən sonra Rusiya ilə Azərbaycan arasında səs qalmaqalı yaranmışdı. Bu məsələ səni təəccübləndirdimi?
Təbii ki, təəccübləndirdi. Çünki inanmıram ki, azərbaycandan ora səs getməyib. Lakin bu məsələyə qarışmaq istəmirəm. Mənim fikirim tam ifamda idi. Fikirim yalnız Azərbaycanı yüksək səviyyədə təmsil etmək idi. Şükür Allaha buna nail ola bildim.

- “Eurovision-2013” mahnı müsabiqəsində ifan o qədər gözəl idi ki, Azərbaycan təmsilçisi Fərid Məmmədova ermənilər də səs verib. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz bloqunda belə yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!". İstərdim bu məsələyə münasibətinizi bildirəsiz.
- Sevinirəm ki, düşmənlərimiz də bizə səs verdi. Deməli Azərbaycanın gücü o qədərdir ki, düşmənini hətta musiqi ilə ram edə bilir. Azərbaycan buna malik bir ölkədir. Çox sevinirəm.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Smiler

12 İyun 2013 15:43

feridden xosum gelir

ozlem yilmaz

6 İyun 2013 18:00

EUROVISION 2013 DE ESLINDE BIZ YENI AZERBAYCAN BIRINCI IDI AMMA DANIMARKA COX BOYUK MEBLEGDE PUL VERMISDI ONA GORE BIRINCI BIZIK aze

MRenat

24 May 2013 10:45

Fəriddə bir şey xoşuma gəldi ki, o biri iştirakçılarımız kimi deyil. Sadədi onlara baxanda. Onun üçün nə klip çəkdirildi, nə böyük təmtərahla təbrik edəni oldu, amma səsini də çıxarmadı. Halaldı, o birilər qədər dəstəyi olmadan ikinci yeri tutdu.

ToM RiDdle

23 May 2013 23:52

Ozunun yarasiqindan danissam bedence sexydir,uzden o qeder de yo.Musuqmiz super idi.Ozununde dediyi kimi gozlenimeden avstriyadan fransadan yuksek ballar geldi.Menim ucunde tecublu idi ..
--------------------
Tural Adrian ♥

Aidan

23 May 2013 21:15

Görəy bu sadəliyini və səmimiliyini hara qədər qoruyacaq.)
--------------------
Dream it.
Wish it.
Do it.

SwAg VaMpIrE

23 May 2013 20:33

AYY AYY AYYY SÖZÜNÜ VƏ DANIŞIĞINI BİLİR DƏƏ BU YAKIŞIKLI... lol

KuKulKa girl

23 May 2013 19:40

Halaldi Ferid sade semimi.......

Kristina

23 May 2013 17:49

Sitat: ZENDAYA
uksek yere cixacagimizi bilmirdim yeni 4-5 fikirlesirdim
ama ela senetcidir beyenirem FERIDI

mende ele evveller ele de xowum gelmirdi

Incir Receli

23 May 2013 17:03

sexsi heyatindan bir soz demeyib

_BianKa_

23 May 2013 16:24

LOVE YOU FERID
[center][/center]

naxcivanli gozel

23 May 2013 16:23

hmm xbr gore twkler

_LaDyLoVe_

23 May 2013 14:20

Hahaldi Ferid-e!

Shelim

23 May 2013 11:45

Halal olsun Ferid! Senetde uqurlu olduqu kimi cvblar da cox uqurlu alinib
sene uqurlar heyatinda, sukani bele saxla yes

ZENDAYA

23 May 2013 11:44

bele yuksek yere cixacagimizi bilmirdim yeni 4-5 fikirlesirdim
ama ela senetcidir beyenirem FERIDI

Vüs Vüs

23 May 2013 10:47

RAFET EL ROMANIN səsinə çox oxşayır səsi gözəl səsi var dəvam elətdirsə uğur qazanacaq

Eva_1

23 May 2013 10:11

Fəridin sənətini daha da çox sevdim mahnımızı ilk gündən bəyirdim. Yaxşıki olduğu kimi qaldı Həyatında bol bol uğurlar yeni yeni işlərini gözləyirik
yes
--------------------

_LovelY_

23 May 2013 01:59

Boyuk bir hevesle oxudum..gozel cavablandirib..I LOVE YOU FERID :) love
--------------------


Don't make me sad, Don't make me cry..

Ziya008

23 May 2013 00:31

Boyuk Memnunluqla Oxudum.. Saq Olun Xebere Gore..

furious

БеЛосНежКа

23 May 2013 00:09

halaldi Feride ozu kimi cvblarida cox yerinde ve duzgundu..Allah hemiwe yolunu aciq elesin ugurlari daim olsun...

F_N

22 May 2013 23:41

wexsi heyatindan ewitdiyime gore niwanlidi.Tewekkur edirik,bizi layiqince temsil etdiyi ucun

Mr.Mansur

22 May 2013 22:55

Çox Gözəl Müsabiqə verib Fərid Halaldı Axırıncı söz Xoşuma gəldi
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

PeTTy

22 May 2013 22:54

Ask yok,
bi anlaya bilsem ;(

Lalə

22 May 2013 22:41

Təbrik edirəm. 2-ci yerə çıxıb. Həmişə yüksəklərdə

Ask yok

22 May 2013 22:39

Sitat: PeTTy
şerhim düz 3 defe gedib eee.

Həqiqi səndə niyə elə olur?

PeTTy

22 May 2013 22:39

Ask yok,
şerhim düz 3 defe gedib eee.

A_K

22 May 2013 22:38

Rusiya ilə Azərbaycan arasında səs qalmaqalı

İnşallah yoldadı ətraflı xəbər gələcək anasəhifəyə fellow
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

PeTTy

22 May 2013 22:38

Evvel xoşum gelmirdi,bele artist biri kimi gelirdi,sonradan gözüme girdi,Eurovisionda hereketleri,medeniyyeti meni celb etdi.

Ask yok,
şerhim düz 3 defe gedib eee.

Ask yok

22 May 2013 22:32

Sitat: PeTTy
Evvel xoşum gelmirdi,bele artist biri kimi gelirdi,sonradan gözüme girdi,Eurovisionda hereketleri,medeniyyeti meni celb etdi.

Aynen canikom

PeTTy

22 May 2013 22:31

Evvel xoşum gelmirdi,bele artist biri kimi gelirdi,sonradan gözüme girdi,Eurovisionda hereketleri,medeniyyeti meni celb etdi.

Evvel xoşum gelmirdi,bele artist biri kimi gelirdi,sonradan gözüme girdi,Eurovisionda hereketleri,medeniyyeti meni celb etdi.

Karacicek

22 May 2013 22:12

təşəkkür xəbər üçün, Fərid həqiqətən də super idi, başqa nəsə demək artıqdır...