Loading...
Sevmək..

Sevmək..

Loading...
Sevmək..

Sevmək..

Sevmək, yalnız sevgidən meydana gəlmir. Bir qızıl mədəninin divarından qopardığımız bir parçanın içində qızılla birlikdə necə daş, çaxıl,
palçıq tapırsınızsa, sevmək də sevginin yanında sevgiyə bənzəməyən bir çox duyğunu tapırsınız.
Sevmək, yalnız sevgidən ibarət olsaydı, sevdiyimizin xoşbəxtliyini istər, onun xoşbəxtliyindən xoşbəxt olardıq, amma biz sevdiyimizin xoşbəxt olmasını deyil, "bizimlə xoşbəxt olmasını" istəyirik.

Sevmək..

"Bizimlə" sözü qızılın yanındakıdır. Sevdiyimiz qadın bir başqasıyla xoşbəxt oldanda bu bizi bədbəxt edir, sevdiyimiz bir başqasıyla güləndə bu bizi ağladır, sevdiyimiz bir başqasıyla sevişəndə bu bizi yaralayır.
Sevmək, sevdiyimiz "bizimlə" xoşbəxt olanda, bizi başqalarından seçəndə sevgiyə bənzəyir, amma sevdiyimiz bir başqasıyla xoşbəxt olmağı seçəndə, bizi tərk edəndə sevmək sevgisizliyi hətta düşmənliyi xatırladır.

Sevmək..

Sevmək, ancaq "bizimlə" şərti edəndə sevgidirsə əgər, onda, sevmək qarşımızdakınamı yoxsa özümüzəmi sevgi duymağımızdan qaynaqlanır? Həm sevən həm sevilən bizik, sevdiyimizi hesab etdiymiz adam, özümüzə duyduğumuz sevgini əks etdirən bir aynamı; sevdiyimizi itirəndə bizi və sevgimizi əks etdirən aynanı itirdiyimiz üçünmü o qədər bədbəxt oluruq?
Yaxşı, amma əgər sevmək belə bir şeydirsə, niyə hər hansı birini deyil, xüsusi olaraq seçdiyimiz birini sevirik, niyə ancaq bir adam bizim aynamız ola bilir?

Sevmək..

Sevmək, yalnız sevgidən ibarət deyil, daha kompleksli, daha aydın olmayan, daha təhlükəli bir şeydir.
Sevdiyimiz insan uğruna öldürə, ölə də bilərik. Bir qadını sevəndə "mənim olsun" deyirik.
Bir kişini sevəndə "mənim olsun" deyirik. Sevmək, yalnız sevgini deyil sahib olmağı gətirir.

Sevmək..

Sevmək, yalnız sevgidən ibarət deyil. Sevdiyimiz "xoşbəxt olsun" deyil, sevdiyimiz "bizimlə" xoşbəxt olsun istəyirik.
Sevdiyimiz "başqasıyla" xoşbəxt olanda, sevmək, sevgidən çox düşmənliyə bənzəyir. Hirslənir, qısqanır, hətta öldürürük.

Sevmək..

Sevmək, kompleksli, aydın olmayan, hətta təhlükəli bir şeydir.
Sevən öldürə bilər...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Gulka

7 Avqust 2011 14:03

cox gozel yazilib ay oz yazinizdi?????????? what
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea