Loading...

Yox idin Anam...
Sevgi
- 03 İyul, 2011
- 5 875 Baxış
Loading...

Ana...sadəcə bu sözün varlığı ürəyimin ən dərin yarasını yenidən acıdır və hər dedikdə, eşitdikdə eyni acını təkrarən yaşadır mənə.
Artıq yoxsan kimi bir şeyi qəbul edə bilmirəm, inana bilmirəm ki, artıq səni görə bilməyəcəm. Mələk olub getdin.
Hər evə döndükdə gözüm səni axtarır, qaçaraq səsləyirəm ki, ana mən gəldim. Bu gün də otağını, gəzdiyin yerləri, mənə layla dediyin yatağı, hər gün arxamca su tökdüyün bacanı axtardım...amma Sən yox idin Anam...
Bəzən öz-özümə əllərimi uzadıram göylərə ki,bəlkə əlimdən tutursan amma mən duymuram. Öz-özümə saatlarca səninlə danışıram. Sənə elə ehtiyacım var ki, elə möhtac qalmışam sənin əllərinin sığalına. Başımı dizlərin üstə qoyub uşaqlıq edirdim, ağlıma gələn hər bir söz haqda səninlə danışırdım. Səninlə hər bir şeyimi bölüşürdüm, sirdaşımdın.. Amma bu gün o divanda yenidən mən uzanıb sənlə danışarkən, sən yox idin Anam...

Hər gecə yoxluğunla barışmayıb ağladıqda, rəfiqələrimlə yoxluğunun acısını paylaşdıqda belə bir anlıq rahatlatmır ürəyimi o göz yaşları.Saatlarca səni anladıram onlara. O mənim Anam idi...o məni hər an anlardı, qayğıma qalardı...axı o mənim anam idi.
Deyirlər insan dünyasını dəyişərkən belə ona olan sevgini duyur, Ana sən də duyursanmı səsimi? Səndə bu acılarımı hiss edirsənmi? Mənim üzüntülərimə sən də üzülürsənmi? Əgər bu həqiqətən belədirsə bir dəfə bunu mənə hiss elətdir. Yuxuma gəl və ya sənlə danışarkən bir işarə et, nə bilim elə et şəkilin düşsün və ya işıqlar sönüb-yansın... Bir şey et ana nə olar, yalvarıram...axı məni duymağın biraz içimi rahatladar, çünki sənə bütün sevgimi çatdıra bilmədim.
Bütün istəklərin, arzuların yarımçıq qaldı. Səninlə birgə mənim də bütün həyata dair arzularım öldü. Artıq heç nə yoxdu, sadəcə var olan ətrafımdakı şəkillərin, sənli xatirələr və göz yaşlarım. Qəbrin nurla dolsun Anam...

P.S. yazı yaxın rəfiqəmə həsr olunub.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...