Unutmaq...
Загрузка...

Unutmaq asan deyil bəzən, unudarsan keçər deyərlər, amma keçməz... Unutmarsan, sadəcə hər şeyə, yoxluğuna alışarsan...
Bəzənsə unutmaq üçün nələrsə edərsən, amma yenə də alınmaz... Çünki onu çox sevərsən...

Sadəcə qürurundan çəkinərsən... Amma anlamarsan bir gün var olub olmadığını... Bu hər şeydə belədir, bəzən heç bir şeyə yetərincə dəyər verilməz istəyin, sevdiyin biruzə edilməz... Amma itirdikdə onun dəyərini anlayarsan kaşki o, yanımda olsa, onu necə sevdiyimi deyərdim deyərsən və bu anda çox gec olar...

Keçmişə qayıdarsan, onunla bağlı xatirələrə və onun sənə etdiyi ən kobud bir hərəkəti düşünərsən və "mənə bunu etdi" deyərək, unutmağa çalışarsan...

Amma bu yenə də sadəcə özünə oynadığın bir oyun olar... Sonra yenə də o yadına düşər, elə anda düşər ki, səni heç edər... Bir kənara çəkilib, ağlayarsan və bu anda unutmadığını anlayarsan... Bu sənə çox böyük acı verər... Və onsuz olmadığını düşünərsən...

Amma yox, onsuz olacaq, həyatın davam edəcək və sən yenə sevəcəksən... Sadəcə unutmaq istədiklərin, "unutdum" dediklərin sənin üçün bir xatirə olacaq...

Amma yox, onsuz olacaq, həyatın davam edəcək və sən yenə sevəcəksən... Sadəcə unutmaq istədiklərin, "unutdum" dediklərin sənin üçün bir xatirə olacaq...
Bu xatirənin içində bəlkə acı, bəlkə saf bir sevgi olacaq... Və hər zaman səninlə gedəcək... Xoşbəxt olacaqsan, amma onu da unutmayacaqsan...

"Unutdum" deməklə özünü yanıldacaqsan... Yadına düşdükdə gözündən tökülmüş göz yaşı sadəcə ağlamadığını biruzə edəcək...

"Unutdum" deməklə özünü yanıldacaqsan... Yadına düşdükdə gözündən tökülmüş göz yaşı sadəcə ağlamadığını biruzə edəcək...
Unutmaq bir o qədər asan deyildir... Unudulmaq bəlkə də asan... Həyatınızda heç bir zaman unudub, unudulmayın...
Unutduqlarınız isə sadəcə geridə qalmış önəmsiz günlər olsun...
Yazı sadəcə özümə məxsusudur və xəbərin başqa saytlarda yayımlanmasına icazə yoxudur!
Götürüldükdə belə müəllifi A_N (İlkay) olaraq qeyd edilməlidir.
Oxumadan şərhlər yazılmasın!
Загрузка...
loading...