Loading...
Qəlbdən gələn təkliyin hekayəsi

Qəlbdən gələn təkliyin hekayəsi

Loading...
Qəlbdən Gələn Təkliyin Hekayəsi

 

Qaranlıq və səssiz otağının ortasında bir siqaret yandırdı, təkliyinə dost olan dumanlarda gördü özünü. Dərin bir nəfəs çəkdi və yazmağa başladı...

"Qarşı evin pəncərəsindən sızan işığı ümid sayanlardandıq biz. Təkdim! Yalnızlığımızla yandıq gündən günə. Qışqırdım səssizcə, heç kəs eşitmədi. Qız Qalasından izləyib üfüqə dalardıq. Kitaplardı özümüzü tapdığımız anlar və köhnələrdən qalma mahnılardı. Gülümsərdik. İnsanlar bizə görə deyildi. Biz isə, onlara görə özünü həyatdan soyudan 'manyak'lardıq! Olsun, aldırmazdıq. Biz itən ümidlərin içində yaşayan təzə ümidlardik. Üsyan etsək də bəzən, yenə də güləbilirdik. Ümidlər çalınsa da əllərimizdən. Günəşin doğuşunu, batışını izləmək geri döndürəbilirdi bizi. İtirmişliklə dolu həyatımıza. Yansa da, itsə da yaşayırdıq bizi qınayanlara inad."

Qəlbdən Gələn Təkliyin Hekayəsi

Dərindən yaşadığı təkliyi hər halından müəyyən idi... Həyata dimdik dayanan çiyinlərindən nə ağrılar, nə xatirələr keçmiş, nələrə şahid olmuş, nə ölümlər yaşamışdı. Saçlarına ağlar salan nədir kim bilir? Kitablardı həyatı, yaşayamadığı həyatları o tozlu səhifələrin arasında yaşayır, gedə bilmədiyi ölkələrə o kitablar aparırdı onu. Yarım qalmış xatirələri, deyilməmiş sözləri söyləyirdi bəzən yazaraq. Oxuduğu hər bir xarakteri axtarırdı mənliyində, hamısının bir xüsusiyyəti, bir adı vardı. Kimisi əsmər, kimisi sarışın, kimisi çox yaraşıqlı, kimisi çox aşiq. Başqalarının xəyal edə bilməyəcəyi qədər həzz alırdı etdiklərindən. "Kitablar eşq kimidir, onu yaşamazsan anlaya bilməzsən, içinə girib onu kəşf etmək, yaşamaq lazımdır ancaq hiss etdiyin müddətcə o Eşqi yaşayarsan" deyərdi kitab oxumağı sevmədiyini söyləyən hər insana. Şəhər şəhər kitab mağazalarını gəzərdi "Bəli axtardığım budur" deyənə qədər saatlarla incələrdi hər birini bezmədən, usanmadan. Axtardığını tapdığı andakı sifət ifadəsi görülməyə dəyər idi. İllərdir tapa bilmədiyi sevgilisinə bir anda rast gəlmiş kimi qarışıqlıq və gözlərindən xoşbəxtlik oxunan sevimli kimi baxardı və sinəsinə aparıb "yaxşı ki, çıxdın qarşıma" deyərdi hər bir səhifəsi köhnəlmiş olan kitaba... Sözləri ustaca istifadə, saatlarla düşündürürdü bəzən cümlələri, yerli yerində söyləyərdi hamısını və 'hər şey zamanında gözəldir , sözlərdə doğru zamanda doğru yerdə doğru adama deyildiyində gözəldir" deyərdi. Beynimə həkk olurdu ağızından çıxan hər cümlə, içimə işlərdi sanki. Həyatı belə öğrənəbilirdiniz onun sizə qurduğu cümlələrdən, kitablardan verdiyi nümunələrdən, izah etdiyi hekayələrdən.

Qəlbdən Gələn Təkliyin Hekayəsi

Kitablar mən sizi sevirəm, qəlbimim təkliyini sizdə duydum...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sevinc...

24 İyun 2013 20:46

Oxudum hamısın tşk

Mr.Mansur

12 Mart 2013 16:39

Xəbərə Görə Təşəkürlər
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

Mələk

26 Fevral 2013 09:49

hmm marqlı yazıdı təşəkkür

A_K

25 Fevral 2013 12:05

oxumaga heves olmadi.birce onu biliremki teklik pis seydi.Allah hec kimi isteseler bele tek qoymasin
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Nina Guney

25 Fevral 2013 09:41

gozel xeberdi hevesle birdaha oxudum
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

PeTTy

24 Fevral 2013 20:59

Qeşeng yazıdı,men de kitabları çox sevirem,indiye qeder oxuduğum kitabların sayı-hesabı yoxdur...

Özüm de kitab yazıram...

Ask yok

24 Fevral 2013 18:28

Maraqlı alınıb..Oxumağıma dəydi

Gunahkar melek

24 Fevral 2013 18:14

kitablar men sizi sevirem qelbimin tekliyini sizde duydum.....cooooox gozel yazirsiniz..yazen elleriniz agrimasin ...buna ela yox,ELAAA demek lazimdir...

_Angel_

24 Fevral 2013 17:57

Oxuduğu hər bir xarakteri axtarırdı mənliyində, hamısının bir xüsusiyyəti, bir adı vardı. Kimisi əsmər, kimisi sarışın, kimisi çox yaraşıqlı, kimisi çox aşiq. Başqalarının xəyal edə bilməyəcəyi qədər həzz alırdı etdiklərindən. "Kitablar eşq kimidir, onu yaşamazsan anlaya bilməzsən, içinə girib onu kəşf etmək, yaşamaq lazımdır ancaq hiss etdiyin müddətcə o Eşqi yaşayarsan" deyərdi kitab oxumağı sevmədiyini söyləyən hər insana.

bu yeri xowuma geldi)
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

Elmir_Hamidi

24 Fevral 2013 17:12

Gözlərim doldu ağlayacam:)

Crisellux

24 Fevral 2013 17:05

Yaxsi yazilib good

Devilest_Love

24 Fevral 2013 16:04

Cox maraqlidir.tewekkur girl

ben ve sen

24 Fevral 2013 15:53

maraqli hekayedir oxudum

İlkay

24 Fevral 2013 15:37

Babacan bunu qeyd edim ki, sevgi xeberlerin seninde cox gozel olur esasda hekayeler insan yorulmadan bezmeden xouya biler..Ellerine sagliq..Kitablari mende sevirem..

Kristina

24 Fevral 2013 15:13

QELBDEN GELEN TEKLIK MARAQLI HEKAYEDIR OXUDUM