Loading...
Dəniz...

Dəniz...

Loading...
Dəniz...


Bir adam öldü 77 yaşında...

Yaxşı bir adam idi; yumşaq ürəkli, gülər üzlüydü, amma nədənsə pis bir arvad, pis bir ata olduğu idi ağıllarda qalan.
Yaxşı bir adam idi; sevgi dolu, göstərərdi də həmişə sevgisini.
Yaxşı ər ola bilmədi; "heç gün üzü görə bilmədən köçüb getdim bu dünyadan" dedi Xədicə Sultan.
Yaxşı ata ola bilmədi; "Biz heç hiss etmədik sevgisini" dedi uşaqları. Nə analarının ölümü bağladı onları yenidən, nə də bir damla göz yaşı tökdülər sonra.

Bir adam öldü, bir qadın girdi məscid həyətinə; adı Dəniz idi, yaşı adama oxşayırdı.

Dəniz, adamın 45 illik sevgilisi idi... Həmişə varlığını bildiyimiz, amma heç görmədiyimizdi... Digər həyat, o biri qadın idi Dəniz...
Girdi məscid həyətinə gözləri yaşla dolu, qıçları titrəyərək. Adamın qardaşları, bütün ailəsi gedib özünü tanıtdı, əlini sıxdı, səbr dilədi.
Cənazənin sahibinin "O" olduğunu hiss etdirdi. Adamın uşaqları belə səs etmədi, eşqinə hörmət etdilər.

Bir adam öldü və bir qadın bəlkə də 45 ildir ki, ilk dəfə özünü günahkar, pis bir qadın kimi hiss etmədi. Bəlkə ilk dəfə rahat bir nəfəs aldı, bəlkə ilk dəfə yaşadı eşqini hər kəsin içində, utanmadan. Tanıyırdı hamımızı, bilirdi tək-tək kim olduğumuzu, nələr etdiyimizi. Sanki illərdir görmədiyi və darıxdığı qohumlarıyıq kimi baxır, ağlayır, insanın içini acıdırdı...

Bir adam öldü 77 yaşında; ani olmadı, xəstə idi...
Yaxşı bir adam idi, sevgi dolu, yumşaq ürəkli, amma qorxaqdı. Nə eşqini sahiblənib, 45 ildir ki, həqiqətən sevdiyi qadın ilə ortaya çıxa bildi, nə də ailəsini bir araya gətirə bildi.
Amma bilinirdi ki, çox sevdi və sevildi. Yanındaydı sevgilisi son anına qədər. Öz uşaqları bir damla yaş tökməsələr də, qardaşları, Dəniz və özündən olmayan Dənizin oğulları hönkür-hönkür ağladı...

Və kim bilir hər gün neçə adam gözlərini yumur həyata, nə qədər yarım qalmış hekayələr buraxır. Kim bilir hər gün neçə evin içinə hüzn çökür, neçə adamın qəlbində acı, boşluq, çarəsizlik baş küncə keçir. Kim bilir neçə adam, yalnız hər şey bitib də zamanı geri gətirə bilməyəcəyini anladığı o anda yumşalır, həyata və insanlara daha dözümlü baxır. Kim bilir neçə adam özünü bir an üçün özünü gedənin yerinə qoyub, öz ssenarisinə baxır, göz yaşlarının bir azını da mütləq özünə od vurub, yeni qərarlar alır həyata dair. Kim bilir neçə adam bir tək hüznün hökm sürdüyü otaqlarda həyatın nə qədər qısa, bəzi qaydaların boş, hər şeyin bir az mənasız olduğunu xatırlayır. İstədiyin kimi yaşaya bilmədikcə o çox əhəmiyyət verdiyi başqalarının düşüncələrinin nə qədər dəyərsiz olduğunu anlayır.

Hər gün mütləq bir yerlərdə bəzi evlərə atəş düşür, mütləq bəziləri həyata gözünü yumur, arxasında mütləq hər biri roman olacaq hekayələr və gözü yaşlı bəzilərini tərk edib, gedir, amma biz eşitmirik, bilmirik. Qorxmadan yaşayanlar, ağlından və könlündən keçənləri paylaşanlar, həyatda bir fərq yaratmağa çalışanlar, arxalarında əsərlər buraxanlar olur.

Həyat qısa, insanlar min bir nəfər, "sevənin də canı sağ olsun, sevməyən də" deyib arxanızda yarım qalmış hekayələr buraxmaxmayın. Bu dünyada təmizləyib ürəklərinizi, buradan keçdiyinizdə izah edən bir iz, arxanızdan gözəl bir şeylər buraxmanız ümidi ilə.
Dəniz kimi sevməyi bilməyiniz lazımdır...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_LovelY_

28 Mart 2013 11:55

tam oxumadim sebrim yoxdu bu gun cox xeber oxumuwam mawAllah =))))
ama gozel sozler idi sevgi xeberleri de hemwe ela olur mence bu da ele olar)
--------------------


Don't make me sad, Don't make me cry..

ms_dynamite

7 Fevral 2013 16:53

atdım seçilmişlərə sora oxuyaram nastraeniyam yoxdur...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

cemile

7 Fevral 2013 16:12

təşəkkürlər

Mələk

7 Fevral 2013 11:29

Bəlkə ilk dəfə rahat bir nəfəs aldı, bəlkə ilk dəfə yaşadı eşqini hər kəsin içində, utanmadan.
ayda cox super idi tewekkur zovqle oxudum

Eva_1

7 Fevral 2013 10:44

hmm 2 dəfə oxudum sonra anladım
hekaye imiş görəsən niyə gizli olub sevgisi anlamadım amma (
--------------------

M.Seyidzadeh

7 Fevral 2013 08:31

-Hekayə qısa eyni zamanda maraqlı idi əhsən.
-Son olaraq tək kəlmə ilə fikrimi izah edəcəm 'hər insan bədbəxtliyini bir az da özü hazırlayar'.
-Uğurlar...

M_A_R_I_K

7 Fevral 2013 03:51

Sitat: Nina Guney
super xeberdir...

Cox sag olun xanim qiz:)) ay
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

Resad_Mamedov

7 Fevral 2013 01:39

Ve ona gore de her kes istediyi heyati yashamalidi,kim harda ozunu xosjbext hiss edirse orda da olmalidi.

gulya91

7 Fevral 2013 00:44

maraqli idi tiesirlendim.

Ulka

7 Fevral 2013 00:19

Boyuk xeberleri oxumaga hal olmur amma bu xeberi oxudum maraqliydi twk beyendim)))
--------------------

_Angel_

6 Fevral 2013 23:15

Sitat: _Bella_
Bu həyatın qanunları...

boredom
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

_Bella_

6 Fevral 2013 22:55

Bu həyatın qanunları...
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

Karacicek

6 Fevral 2013 22:37

Hər gün mütləq bir yerlərdə bəzi evlərə atəş düşür, mütləq bəziləri həyata gözünü yumur, arxasında mütləq hər biri roman olacaq hekayələr və gözü yaşlı bəzilərini tərk edib, gedir, amma biz eşitmirik, bilmirik. Qorxmadan yaşayanlar, ağlından və könlündən keçənləri paylaşanlar, həyatda bir fərq yaratmağa çalışanlar, arxalarında əsərlər buraxanlar olur.

Həyat qısa, insanlar min bir nəfər, "sevənin də canı sağ olsun, sevməyən də" deyib arxanızda yarım qalmış hekayələr buraxmaxmayın. Bu dünyada təmizləyib ürəklərinizi, buradan keçdiyinizdə izah edən bir iz, arxanızdan gözəl bir şeylər buraxmanız ümidi ilə.
Dəniz kimi sevməyi bilməyiniz lazımdır...

Həqiqətən də, belədir. Razıyam bu sözlərlə. Təşəkkürlər əziyyətə görə,əla sözlər idi.

KuKulKa girl

6 Fevral 2013 22:23

Sebr yoxdu oxumaga ama deniz menim cooooox xowum gelir twk melek

VeNTilabis_GaGa

6 Fevral 2013 21:39

Axşam oxuyacam =)
--------------------
Dance Sex Art+PoP

Mrs_DirectioneR

6 Fevral 2013 20:56

mmm höösələm çatmadı oxumağa sorry sorry

Nina Guney

6 Fevral 2013 20:30

super xeberdir...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

İlkay

6 Fevral 2013 20:26

Bu dünyada təmizləyib ürəklərinizi, buradan keçdiyinizdə izah edən bir iz, arxanızdan gözəl bir şeylər buraxmanız ümidi ilə.


Oxuyurdum biraz var cox gozel heqiqetende axirda ise bu cumleni beyendim..Babacan ellerine sagliq..

ADELE

6 Fevral 2013 20:25

Həyat qısa, insanlar min bir nəfər, "sevənin də canı sağ olsun, sevməyən də" deyib arxanızda yarım qalmış hekayələr buraxmaxmayın.
--------------------
Hatasız Kul Olmaz

_ClaRisS_

6 Fevral 2013 20:01

Maraqlı hekayədir bəyəndim..

forget-me-not

6 Fevral 2013 19:45

axirki oxudum,bayaqdan girib baxib cixiram,maraqli hekayedi,teze baslayanda oxumaga hecne catmadi,sonra yavas yavas hezm getdi
--------------------
Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

_LaDyLoVe_

6 Fevral 2013 18:01

Cox gozel hekayedi,tesiredicidir.Tewekkur!

_BianKa_

6 Fevral 2013 17:55

super hekaye idi

0308

6 Fevral 2013 17:50

hmmmm əla hekayedi. əvvəlcə iki qadin arasinda casdim kim kimdi deye.ama soradan tekrar oxuyunca bildim.tsk

Həyat

6 Fevral 2013 17:17

Həyat qısa, insanlar min bir nəfər, sevənin də canı sağ olsun sevməyən də deyib arxanızda yarım qalmış hekayələr buraxmamanız diləyim
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

PeTTy

6 Fevral 2013 17:17

Tesiredici hekaye idi,böyük bir maraqla oxudum ve xoşuma geldi,ama bir az uzun olsa ela olardı.

Devilest_Love

6 Fevral 2013 17:17

Maraqlidir twk girl

kenzo-1991

6 Fevral 2013 17:11

maraqli idi amma oxuyanda bir az caşdım recourse