Loading...
Kim deyir, yuxuda ölmək asandır?!

Kim deyir, yuxuda ölmək asandır?!

Loading...
Kim deyir, yuxuda ölmək asandır?!

 

Deyirlər, yuxuda ölmək asandır.
Özün də bilmirsən necə ölürsən.
Səhər tezdən eşidirsən azandı,
Yuxudaca kirimişcə ölürsən.

Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi.
Əlində qalmır dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir, yuxuda ölmək asandır?!
Kim deyir, yuxuda ölmək asandır?
Kim bilir, necədi yuxuda ölmək?
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.

Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.

Bir göz qırpımında yuxuda bəlkə
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür orda göz yaşın.
Kim deyir, yuxuda ölmək asandır?!
Yuxuda ölməkdi ən rahat əcəl.
Bu da, bir yalançı təsəllidimi?
Görəsən yuxuda səni boğan əl
Düşmən əlidimi, dost əlimi?!

Nədi bircə anda ömrə son qoyan?
Beynə axıb, sızan bir damla qandı.
Kimdi qəbrin üstə ən bərk ağlayan?
Bəlkə də, yuxuda səni boğandı.

Gecə qorxu çökər yuxumuza da
Tərpənər kiminsə qara kölgəsi.
Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.
Kim deyir, yuxuda ölmək asandır?!
Bəlkə heç yatmayaq-hər yatanın da
Əgər oyanmamaq qorxusu varsa.
Bəlkə heç yatmayaq-ömrün sonunda
Onsuz da, bir əcəl yuxusu varsa.

Amma yuxun gəlir-görürəm elə,
Daha yavaş-yavaş yumulur gözün.
Yat... sabah oyanmaq ümidi ilə.
Yuxun şirin olsun - yat, əzizim!!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

niSsa :)

12 Yanvar 2013 11:51

Kim deyir, yuxuda ölmək asandır?
Kim bilir, necədi yuxuda ölmək?
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.

Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.

Bir göz qırpımında yuxuda bəlkə
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür orda göz yaşın.


cox qeweydi :((((((( ellerine saglik
--------------------

Həyat

2 Yanvar 2013 18:48

Bir göz qırpımında yuxuda bəlkə
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür orda göz yaşın.

Yuxuda ölməkdi ən rahat əcəl.
Bu da, bir yalançı təsəllidimi?
Görəsən yuxuda səni boğan əl
Düşmən əlidimi, dost əlimi?!

Nədi bircə anda ömrə son qoyan?
Beynə axıb, sızan bir damla qandı.
Kimdi qəbrin üstə ən bərk ağlayan?
Bəlkə də, yuxuda səni boğandı.
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

forget-me-not

2 Yanvar 2013 16:29


Deyirlər, yuxuda ölmək asandır.
Özün də bilmirsən necə ölürsən.
Səhər tezdən eşidirsən azandı,
Yuxudaca kirimişcə ölürsən.
qeseng seirdi.tsk
--------------------
Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

_BianKa_

18 Dekabr 2012 19:42

cooooox gozel seirdi

_VoRKa_

7 Dekabr 2012 22:14

bu şerlerin cox təsir edirdə mənə(
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


ciiceek

3 Dekabr 2012 00:56

cooooooooooooooox gozel seirdi twk

Aidan

3 Dekabr 2012 00:43

Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.
--------------------
Dream it.
Wish it.
Do it.

Princess Jasmin

3 Dekabr 2012 00:24

gözəl şeirdi..
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

_Bella_

3 Dekabr 2012 00:19

Ramiz Rövşənindi sehv etmirəmsə..Həqiqətən gözəl şeirdi..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

izabela

3 Dekabr 2012 00:01

olmek hec bir zamanasan deyil

_Angel_

2 Dekabr 2012 21:55

men dememiwem))
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

Ask yok

2 Dekabr 2012 21:55

deyirler yuxuda olmek asandi,cunki hecne bilmirsen..Ama eksine..Onu ancaq cekenler biler..biz yox..Her insaan rahat heyat ve rahat olum qismet olsa yaxsidi

PeTTy

2 Dekabr 2012 20:47

Çox qeweng weirdi,mene tesir etdi,bir-iki bendde artıq olsaydı weir ağlayacaqdım.

A_K

2 Dekabr 2012 20:33

MARAQLIYDI THANK YOU
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

_Aymir_

2 Dekabr 2012 20:05

Ömrünü daşlara bağışlayırsan.Ele tesirlendimki bu cumleye ozde diyirler yuxuda olen adam rahat ölür
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Nemka...

2 Dekabr 2012 19:24

xebere gore twkler

★_EliSa_★

2 Dekabr 2012 18:51

Yuxuda olen adam ezeiyyet cekir... Adice bezen yuxu gorende boguluruq qiwqira bilmirik adam ele bilir bu deq olecek.... Amma gorun indi yuxuda olen neler cekir,,,,

DonnA

2 Dekabr 2012 18:29

oxuduqca tüklərim ürpərdi..mən də elə fikirləşirdim ki ən gözəl ölümdü yuxuda ölmək.ama ölən bilir nə çəkdiyini.biz özümüz üçün deyirik ki hə necə bəxtəvər insandı yatıb durmuyub.ama ölüm haqdı hansı yolla da gəlirsə can bədəndən hər ölümdə olduğu kimi çıxır.Məndə çox sevdiyim bir insanı yatıb durmamaq vəziyətində itirdim.çox pis oldum.təsəlli yeri verdim ki özümə canı ağrımıyıb yatıb yuxusundaca ölüb.ama yenə də bilmir insan bəlkədə yuxundakı işgəncə həyatın işgəncəsindəndə ağrılıdı.heç kim bilə bilməz.eh nəsiə..
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

ღ SuPPeR ღ

2 Dekabr 2012 18:18

"YUXU kicik olumdur"... SITAT____.DEDE QORQUD.[oguz xalqi]:))) bully
SEIR qesengdir,,,tesekkurler....sablon oldu amma,,,,:)