Loading...
Məhəbbət niyə qurtarır?

Məhəbbət niyə qurtarır?

Loading...
M601;h601;bb601;t niy601; qurtar305;r?

“ Onsuzda mənimdir” düşüncəsindən uzaqlaşın.
Münasibətlərin əksəriyyətində ilk bir neçə ay keçdikdən sonra tərəflər artıq bir-birinə alışırlar. Bəzən bu alışqanlıq arxayınçılığa çevrilir və qarşı tərəfin xoşuna gəlmək cəhdləri bir müddətdən sonra tamam dayanır. “Onsuzda birlikdəyik və artıq o mənimdir” deyə fikirləşmək çox səhv bir düşüncə tərzidir. Münasibətinizi qorumaq istəyirsinizsə onu daim bir uşaq kimi fikirləşin. Uşağınıza bir meçə il baxıb sonra isə “Əşi onsuzda öz-özünə böyüyür” deyib məsuliyyəti boynunuzdan atmaq düzmü olardı? Sevginizə sahib çıxın, daim danışın. Öz münasibətiniz haqqında müzakirələr edin, bir-birinizə qarşı diqqətli olun, problemləri böyüyüb həll olunmaz hala gəlmədən öncə danıçaraq yoluna qoyun.

Cinsi münasibətə olduğundan az əhəmiyyət verməyin.
Uzun münasibətlərdə seksin seyrək hal alması normaldır. Amma bunun monoton və maraqsız bir hal alıb-almaması öz əlinizdədir. Bəlkə də problemin əsas səbəbi odur ki, qadınlar daim elə fikirləşirlər ki, kişilər sırf sekslə məşğul olmaq üçün aşiq olurlar, kişilərsə elə fikirləşirlər ki, qadınlar sırf eşqi əldə etmək üçün sekslə məşğul olur və ya yola verirlər. Amma əsl həqiqətə qalsa buna hər iki tərəfin ehtiyacı var. Üstəlik bu yalnız fizioloji bir tələbat deyil həm də mənəvi bir tələbatdır. İşin sirri orasındadır ki, bir-birinizə nəvazişi yalnız yataq “işiniz yolunda getsin” deyə deyil, bütün gün boyu göstərməli, yalnız seks zamanı deyil həmişə qarşınızdakının nə hiss etdikləriylə maraqlanmalısınız. Yataqda fantaziyalarınızı təkbaşına deyil, birlikdə fantaziyalarınızı paylaşın. Beləcə siz cinsi həyatınızın istiliyini “9.5 həftədən” daha uzun müddət qoruya bilərsiniz. Ən vacibi isə odur ki, yataqda “Kim daha yaxşıdır?” deyə rəqabətə girməyin, ən azından ona görə ki, hələ bu tərzdə olimpiyadalar yoxdu.

Ona da məsuliyyət verin.
Əgər qarşınızdakı insan yumşaq desək bir qədər “əhli kef”dirsə bu o demək deyil ki, bütün məsuliyyət sizin boynunuza düşür. Məhəbbət necə ki, başlayanda iki nəfərlik idi eləcə də axıra kimi iki nəfərlik olmalıdır. O da sevginin yalnız xoş anlardan ibarət olmadığını anlamalı, bu anları həmişə belə təravətli saxlamaq üçün nələri etməli olduğunu bilməlidir. Münasibəti yalnız başınıza idarə etməyə çalışmayın, çünki bu sizi çox tez yorar və sondakı reaksiyanız lazım olandan daha sərt və üsyankar ola bilər. İmkan verin qarşı tərəf də bu münasibət çün lazımlı olduğunu və sevdiyini əlində saxlamaq üçün nəvaziş göstərməli olduğunu və səy göstərməli olduğunu anlasın.

Köhnə sevgilinin “kölgəsini” yox edin.
Bəzən tərəflər münasibətdə köhnə xatirələrin və sevgilinin kölgəsinin hiss edirlər. Burada da köhnə və yeni arasında müqayisə başlayır. Hansı daha yaxşıdır, görən hansı mənə daha çox dəyər verir deyə fikirləşməyə başayırsınız. Yenidən qayıtmağınızı istəyən köhnə sevgiliniz və sizi yenidən kəşf edən yeni sevgiliniz. Əgər seçimdə çətinlik çəkirsinizsə inanın bu yeni sevgilinizin heç xoşuna gəlməyəcək. Qərarsızlığınızla qayıdıb və ya gəlmək istəməniz onu tamam həvəsdən sala bilər və o sizin yolunuzda mübarizə aparmadan belə çəkilə bilər. Məsləhətimiz budur ki, “Bir suda iki dəfə çimmək olmaz” misalına uyğun hərəkət edin. Köhnə xatriləri yada salmaqdansa əlinizdə olanın yaxşı tərəfərini qabartmağa səy göstərin.

Qarşınızdakını olduğu kimi qəbul edin.
Bəzən tərəflər böyük yanılğı içərisində qarşı tərəfi öz əsarətinə almaq və onu dəyiştirməyə çalışırlar. Ola bilər ki, bəzi fərqlilikləriniz olsun, məsələn o daha ciddidir siz daha zarafatcıl, o daha cəsurdur siz utancaq. Belə ayrılıqlarla xöşbəxt olmaq olar. Əgər doğrdan sevirsinizsə. Amma bəzi fərqlilikər var ki, onlarla münasibəti qoruyub saxlamaq daha çətindir. Əgər sizin dünyaya baxışınız, gələcəkdən gözlədiyiniz, dünya görüşünüz, intellectual səviyyəniz bir-biriylə uyuşmursa sizin üçün daha çətin olacaq. Əgər çox güclü sevgi yoxdursa, müəyyən zamandan sonra fərqli tələbatlar insanları bir-birindən ayırır. Ona görə münasibətin əvvəlindən onu olduğu kimi qəbul etmək və nə vaxtsa dəyişdirəcəyini ümidiylə müvəqqəti razılıq əldə etməyə çalışmayın. Sevginizi şikayət etmədən olduğu kimi qəbul edin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sweet girl ...

24 İyun 2013 15:48

Həqiqətən sevən insanın sevgisi bitməzki! Sadəcə bir çox problemlər yarana bilər o qədər.

_LovelY_

11 Yanvar 2013 14:21

Nezere alariqda bunlari :)
--------------------


Don't make me sad, Don't make me cry..

forget-me-not

8 Yanvar 2013 16:50

tsk,nezere alariq
--------------------
Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

Princess Jasmin

5 Yanvar 2013 08:34

Sitat: Vamp
Sevgi))
Təşəkkürlər oxudum,hələ lazım deyil mənə bu məsləhətlət
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

İlkay

2 Yanvar 2013 20:55

Məhəbbət qurtarmir onu qurtaran insanlardir.

Həyat

2 Yanvar 2013 20:52

Onsuzda birlikdəyik və artıq o mənimdir
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

A_K

13 Dekabr 2012 11:05

Sitat: MaVi GoZLeR
Bosanma uzunden
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

hecne ebedi deyil

25 İyul 2012 16:45

MaVi GoZLeR,
MENCE YOX

_Aymir_

9 İyul 2012 21:18

guclu mehebbet varsa o hec vaxt bite bimez
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Lineage

30 Aprel 2011 20:09

Herenin bir cur sevmeyi var, zovqler muxtelifdir.

MaVi GoZLeR

30 Aprel 2011 18:58

Mehebbet niye qurtarir?

Bosanma uzunden

cinka01

21 Avqust 2010 20:53

maraqisz suallara gore,etrirazli sevgiye gore.siz hec Tehmine ve zaura baxmiyibsiz.sevgi ehtiras ustunde qurulanda zaman qoymaq cetin olur o sevgiye

Privacy

16 May 2010 23:59

melumata gore !!! winked !!!!!!!!! winked !!!!!

Nahid-19

3 May 2010 14:22

Xəbərə görə təşəkkürlər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

SiMpOtYaQa

20 Dekabr 2009 14:06

guclu mehebbet varsa o hec vaxt bite bimez

M_A_R_I_K

17 Sentyabr 2009 23:17

o baxir mehebbete winked
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

LARACROFT

26 İyun 2009 01:19

Çox sağ ol.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Gunel_A.D.U

24 Yanvar 2009 12:31

Mehebbet bilirsen niye bitir??Cunki yalanin omru az olar,,,MEHEBBET de basdan-ayaqa yalan olduquna gore tez bitir

camka

15 Yanvar 2009 03:07

Ax eta lyuboov

BAKINCI

8 Yanvar 2009 19:33

eshi indi sevgi var olsada milyonda bir retqi retqi tapilir
TWK 401

Luna

8 Yanvar 2009 15:35

Любовь умирает из-за страха feel

Vamp

8 Yanvar 2009 14:16

Sevgi))
Təşəkkürlər oxudum,hələ lazım deyil mənə bu məsləhətlət wink
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Rufat

8 Yanvar 2009 11:55

Köhnə sevgilinin “kölgəsini” yox edin.
Bax Bu alinmir!!!
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

_REQANA_

8 Yanvar 2009 03:35

Menim alemimde sevgi deyilen bir şey yoxdur,sadece hörmet ve baglanti var.Sevgi qaldi,12-ci esr de,Nizamin dövründe.Teşekkürler.

SAM-SOR

8 Yanvar 2009 01:42

inaniram ki ureyinizce oldu xeberim herbirinize minnetdaram

KiSKA

8 Yanvar 2009 01:02

twk

DENTiS

8 Yanvar 2009 00:03

winked

Dinimush

8 Yanvar 2009 00:01

balda şirindir amma cox yeyəndə acı olur!!

DENTiS

7 Yanvar 2009 23:54

T$K winked

NUTSHELL

7 Yanvar 2009 23:18

Bitəndə bitir.geri qaytarmaq da olmur.Hələ indiki sevgiləri heç...

Təşəkkür