Loading...
Qədrini bilmədim, bagışla

Qədrini bilmədim, bagışla

Loading...
İncitmiş olduğum bir var heyatda. Bir oktyabr günortası çıxdı qarşıma. Bir zamanlar yaxın idi mənə. Qəlbinin təmizliyi, sevgisinin istisinə aşiqiydim onun. Onu sevdiyimi zenn edirdi, ancaq sevgisinin utancından etiraf ede bilmirdim ona sevmədiyimi. Bağlıydım ona, ehtiyacım onun sevgisinə idi, o da əsirgəmirdi məndən sevgisini. Ən pis anımda çıxmışdı qarşıma, buraxmamışdı məni. Hüzur tapdığın tək insan idi "O". Qəhər boğur o düşəndə yadıma. Qırıq-qırıq cümlələrlə izah edirəm onu. Bağışlaya bilmirəm özümü. Çünki o məni sevirdi, mən başqasını. Aldatdım ikimizi də. Bir gün sevərəm deyə özümü onu sevirmişəm kimi göstərərkən onu. Bağışla deməyə cəsarətim belə olmadan səssizcə ayrıldım ondan. Çıxıb getdim sakitcə həyatından. Başqasının mənə etdiyini mən ona etdim.

O məni sevdi mən başqasını

Vicdansızam, hə??? Bilirəm onsuzda. Bu gunah bəsdi mənə hər iki cahanda. Sevgi üçbucağında utanacam axirət günü. Çünki halallıq belə almadan öləcəm. Əslində o qədər saf qəlblidir ki, o qədər sevdi ki, bu qədər vaxtdan sonra, danışsam hər şeyi bağışlayar, istəsəm verər halallıq. Ancaq üzüm kəsmir, utanıram ona bu qədər istirab verəndən sonra.
Etiraf edirəm. Zamanında düşünürdüm ki, həyat iki yol arasında qoysa məni - ilk eşqim və o - mən onu seçərdim. Çünki O insan kimi insan idi. Tək onun yanında güvəndə ola bilirdim. O başqa idi. Ən pis anlarımda üzümü tək o güldürürdü. Tək amacı məni xoşbəxt etmək idi. Ara-sıra yalanları olsa da keçirdim. Düşünürdüm ki, onun bu yalanı mənim yalanımın qarşısında "0" qalır.
Görmədən sevdi məni, səsimlə, qarşılıqsız. Heçnə gözləmədən. "Bir mənim ol başqa istəyim yoxdur, məni buraxma, həmişə bir olaq" deyirdi mənə. Nifrət edirəm özümə. Vəfalı birinə vəfasızlıq etdim. Bir günahsıza. Ailəmi seçdim vermədilər deyə. Heç xoşbəxt olarammı mən??? Xoşbəxtliyi özüm - özümə haram bilirəm mən bu günahımın qarşısında.
Çox darıxıram onun üçün. Heç kimsə məni başa düşməyən zamanlarda, tək hiss edən anlarımda, çətin günlərimdə o olsa məni qurtarsa deyə deyirəm Rəbbimə. O olsa da güldürsə yenə üzümü. Onun qədər kim düşünürdü ki məni? Öz doğmalarım belə onun qədər düşünmədi məni. Bax, doldu yenə gözlərim. Acizəm. Onun bu sevgisinin qarşısında acizəm. Öldürücüdür onu düşündüyüm anlar. Vicdan əzabı rahat buraxmır. Damarlarımda qanım donur sanki. Dönmək istiyirəm ona hər şeyi atıb, her şeyə, hər kəsə üz çevirib. Qaçmaq istəyirəm ömrümün payızına doğru. Yuxari baxsam bığ, aşağı baxsam saqqal məsəlidir məndəki.

O məni sevdi mən başqasını

Bağışla məni sənə etdiyim bu pisliklərə görə. Vəfasızlığa görə. Bir gün biri tərəfindən öldürülərək öləcəksən desələr o SƏN ol istərəm. ALLAH belə bağışlamaz sən bağışlamasan. Çünki haqqına girdim. Səni heç vaxt unutmayacam. Yerin başqadır məndə. Mən sənin ilk məhəbbətin oldum deyə unutmayacam Səni, mənə görə vaz keçdiklərinə görə, Sevginin paklığına görə. Sən gəlmiş-getmişlərin ən fərqlisisən. Sən sevməyi bacaran yeganə insansan. Kimsə sevmədi Sənin qədər. Kimsə utandırmadı məni sənin qədər. Hər şey üçün bağışla məni. Bir cəsarətim olsaydı sənə bu sözləri qarşına keçərək deməyə. Bu yazdıqlarımı sətir-sətir deyib elə ordaca ölsəydim. Son gördüyüm insan Sən olsaydın. Səndən gələ biləcək halallığı belə çox görürəm özümə. Buna belə layiq görmürəm özümü. Bəlkə də buna görə keçib MƏNİ BAĞIŞLA deyə bilmirəm, cəsarətsizliyimdən yox.

O məni sevdi mən başqasını

Son olaraq bunu yazmaq istiyirem haqqında: "SƏN gəlmiş getmişlərin bütün "Sevirəm" deyənlərin ən yaxşısısan. Kimsə sənin kimi deyil. Sən hamıdan fərqlisən. Sən ürəkdən sevməyi bacaran yeganə insansan. Sən yanında güvəndə hiss etdiyim yeganə insansan. Sənə və sevginə heç vaxt layiq olmadim. Bu üzdən getdim mən həyatından. Düşünməki düşünmürəm səni mən. Sən düşünərkən əzab çəkdiklərimin ən ağırısan. Bu əzab mənə yetər, hələ bu da azdır mənə. Sənin xoşbəxt olmağın qədər arzu etmirəm artıq heçnəyi. Təki sən xoşbəxt ol. Çünki buna layiqsən. ARİF adamsan sən. Daha yaxşısına layiqsən sən. Qəlbinin gözəlliyi hər şeyə dəyər. Gözü yaşlı buraxdığım Qədrini bilmədim. ALLAHA əmanət ol gözəl insan."



"Həyatımdan"
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

A_K

4 Noyabr 2012 13:10

oxudum maraqliydi
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

PeTTy

21 Oktyabr 2012 22:44

Allah sebr versin sene! Ne diyim.Onsuzda heyat beledir,bizi sevenleri yox başqalarını sevirik hemişe.Eh heyatdı da,her şey olur.

Allah sebr versin sene! Ne diyim.Onsuzda heyat beledir,bizi sevenleri yox başqalarını sevirik hemişe.Eh heyatdı da,her şey olur.

Allah sebr versin sene! Ne diyim.Onsuzda heyat beledir,bizi sevenleri yox başqalarını sevirik hemişe.Eh heyatdı da,her şey olur.

Singir Girl

20 Oktyabr 2012 18:59

Çıx qarşısına qələmə verdiklərini Onun üzünə de..Hər şey mümkündü..

Filay

19 Oktyabr 2012 09:22

Düzdü sevgi nədir bilmirəm o hissi yaşamamışam ama oxudum nəsə qəribə oldum recourse Bilirəm ki,bu sənin özünə aid bir yazıdı..nə deyim Allah səbir versin..

ADELE

18 Oktyabr 2012 18:42

Qədrini bilmədim, bagışla

Artık çok geç.....
--------------------
Hatasız Kul Olmaz

MY_CRAZY_FRIENDS_

18 Oktyabr 2012 12:55

ayda...qeribediye,meni bir sual hemise dusundurub.Goresen niye biz insanlar bizi sevenleri deyil daima sevmiyenleri sevirik?

Mito

18 Oktyabr 2012 00:07

teessuf ki insanlar hemise layiq olduqlarini yasamirlar . Ama ne olursa olsun en cetin ve pis aninizda yaninizda olan insanlarin qedrini bilin cunki insani yeniden heyata qaytaran o insanlar olur )

Belissimo

17 Oktyabr 2012 23:11

Təki sən xoşbəxt ol. Çünki buna layiqsən. sevgi

_ClaRisS_

17 Oktyabr 2012 22:54

Heqiqeten urekden icden yazilan sozlerdir cox tesirlendim ALLAH hec kese qarwiwliqsiz sevgi yawamagi nesib etmesin inwallah...

ღ SuPPeR ღ

17 Oktyabr 2012 21:31

NE ICDEN HAZIRLANIB,,,NE YANGILDIR BU...BU SZOLERI YAZMAQ UCUN YASAMAQ LAZIM IDI,,,BELLI KI,HER CUMLENNEN,HER HALINDAN SEN YASAMISAN BUNU!!!HEQIQETEN DE AGIRDIR SENE,HEM ITIRDIYIN UCUN,,,HEM O CUR SEVGIYE BU CUR QARSILIQ VERDIYIN UCUN,!!!QIZLAR SIZI SEVENI SEVIN!HISS ELETDIRIRSE SEVGISIN,SEVMEDIYINIZ QEDER SEVIN SIZI SEVENI bye ,SEVMEK UCUN NE COOX BEHANELER VAR SIZI SEVENI,ANCAQ SIZI SEVENLE XOSBEXT OLARSIZ,ESASI DA DUZGUN SECIM EDIN

_BianKa_

17 Oktyabr 2012 21:22

twkler beyendim

i love freedom

17 Oktyabr 2012 20:53

maraqli idi twkler

_Bella_

17 Oktyabr 2012 20:14

Çıx qarşısına qələmə verdiklərini Onun üzünə de..Hər şey mümkündü..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

hipro

17 Oktyabr 2012 17:15

twk beyemdim

Karimova......

17 Oktyabr 2012 16:27

recourse beyendim ama....(((((((

Princess Jasmin

17 Oktyabr 2012 13:10

twk beyendim
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..