Loading...
Bilmə Sən

Bilmə Sən

Loading...
Bilmə Sən

 

Mən nə yazdımsa, həmişə eşq deyə inandığım şey yazdırdı mənə. Həmişə eşq sevindirdi məni, həmişə eşq gözəl göstərdi hər şeyi. Yazdıqlarımın heç birini mən yazmadım əslində. Eşq yazdırdı həmişə, gözəl olanları da çirkin-pis olanları da. Səhv olanları cırıb atdım sonradan. Eşqə dedim, çirkinlik yaraşmaz. Nə zaman aşiq olsam yazdım, nə zaman yazdısa aşiq oldum. Mənə eşqi verən, yazmağı da verdi dedim. Mənə yazmağı öyrədən eşqi də öyrətdi dedim. Və ürəyimə səni salan da həmişə O dedim. Mən dedim, istəyərək, planlayaraq sevmədim səni dedim. O sevdirdi səni mənə dedim. Mən sənə xoşbəxtlik dedim. Ulduzum dedim sənə mən. Yaşıl şəhəri də səndə sevdim mən. Ürəyimi açıb dualar etdim. Şükürlər olsun sənə rəbbim dedim.

Sonra getdin sən. Mən yoxluğunu da sevdim, "sən" var idin içində çünki ... Şeirlər yazdım sonra. Dualar etdim açıb ürəyimi. Hər gecə ulduzlara uzandım sən deyə. Qışqıraraq qışqırığa susdum bəlkə eşidərsən deyə. Bəlkə dönərsən deyə ümidlər etdim sabahlara. Bilmədim halbuki, vərdişim deyildi mənim sevib göndərmək, əlini belə tutmadan daha ... İlk deyildin həm sən. Həm neçə gedənə daha dualar bildirmişdim mən. Sən dedim, son olsan dedim. Həmişə qalsan, getmesen dedim. Yalancı çıkarmasan eşqi dedim. Gecemiz ulduz olsan, səadət olub ürəyimə dolsan ...

Olmadı. Getdin sən. Mən qaldım. Qaldım çünki getmək nədir bilməm mən; necə bir duyğudur, nədir, nə verər insana, nə qazandırır? ... Səndən sonra da oldu gələnlər; sevmək nə mümkün boğazıma qədər sən doluykən, yoxluğun doluykən dibimə qədər? Çıxıb gələcək deyilsən ya indi, bilmirsən ya, görmürsən ya yazdıqlarımı hərçənd, hani deyirəm yolunu çaşan ulduzlar kimi düşüversən bir gün yoluma, bir gün unutsan getdiyini mənə gəlsə yolun ... Hərçənd boş ver. Sən yenə də dinləmə məni, yolunu çaşma. Çıxıb gəlmə bir gün. Ulduzum olma, xoşbəxtlik olub ürəyimə dolma. Mən əsmər şeirlər yazmam qeyri, sən də oxumazsan onsuz da. Yaş dualar göndərərəm ardından yenə mən. Olsun. Sən eşitmə, bilmə ... Həm onsuz da:

Eşq dediyin,
Güllərin işiymiş,
Bir də bülbüllərin.
Uzaqdan baxıb
Xoşbəxtlik dilərmiş,
Bayquş dediyin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

violetta

6 İyul 2013 21:29

Asiq olmaq isdeyirem

PeTTy

25 Oktyabr 2012 21:40

Eşq dediyin,
Güllerin işiymiş,
Bir de bülbüllerin.
Uzaqdan baxıb
Xoşbextlik dilermiş
Bayquş dediyin.

_BianKa_

25 Sentyabr 2012 17:01

Ewiii ewq mewq menlik deyil gul kimi cavanligimi yawayiram ne edirem sevmeyi

niSsa :)

25 Sentyabr 2012 14:51

awkkkkkkkkk sevgi
--------------------

The Moon

25 Sentyabr 2012 14:40

Eşq dediyin,
Güllərin işiymiş,
Bir də bülbüllərin.
Uzaqdan baxıb
Xoşbəxtlik dilərmiş,
Bayquş dediyin

cemile

25 Sentyabr 2012 14:32

Eşq dediyin,
Güllərin işiymiş,
Bir də bülbüllərin.
Uzaqdan baxıb
Xoşbəxtlik dilərmiş,
Bayquş dediyin.
lap ləzzət elədi

Ahu 05

25 Sentyabr 2012 10:13

Maraqli idi tesekkurler

DonnA

25 Sentyabr 2012 02:31

mence ewq daha cox weylere qadirdir.Allah her bir insana sevgi hissi verib.ewq ve merhemet ise secilmis insanlara ved edilib.ewq insana en agila sigmaz deliliklerimi diyim risqlerimi diyim hamisi asand bir wey edib qoyur ortaliga.yazini xosuma geldi.men de bu yaxinlarda tebim gelende guppuldadacam e )) axirda da bayquwa da satawmisiz.bayquwun pis nefsinden xeberdaram ama gorunusce mene cox sirli gelir o quw )) öllem de temadan cixmaqcun
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

M_A_R_I_K

24 Sentyabr 2012 23:26

pis deyil...ewq mewq menlik deyil :)))1 aydan cox munasibet getmir mende :)))))))))
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

QaRaCa

24 Sentyabr 2012 20:50

Bugun konlümdən şərh yazmaq keçir, qarşıma çıxan xəbər isə eşqdən...

Bəzən ömründən illər keçdikcə anlayırsanki dünya "verdiklərini" bir gün alacaq səndən!.
Bəzən sənə aid olmayan insanlar üzərində qurduğun xəyalların tənhalığı bir gün üşüdəcək səni...
Bəzən səni heç vaxt tərk etməyəcəyini düşündüyün birisi, elə bir anda çıxıb getməyə məcbur qalır ki, qoxusuna belə həsrət qalırsan.
Bəzən "güclülər ağlamaz" deyərlər... Amma hər gün yolunu gözlədiyin birinin xəyalı bir gücə hönkür-hönkür ağladacaq səni... O an anlayacaqsan həyatın nə qədər haqsız olduğunu...

H.o.s.T-cu qiz

24 Sentyabr 2012 20:43

Eşq dediyin,
Güllərin işiymiş,
Bir də bülbüllərin.
Uzaqdan baxıb
Xoşbəxtlik dilərmiş,
Bayquş dediyin.
eh tam mene aid