Loading...
Həsrət də eşqə daxildir

Həsrət də eşqə daxildir

Loading...

Həsrət də eşqə daxildir..

Bəzən, ən xoşbəxt olduğun anda belə, hüzn dənizlərinin səni çəkib götürməsidir eşq..
Bir tərəfi həmişə hüzn daşıyar eşqin. Sevgilin yanındadır, canındadır, içindədir, burnunun dibindədir amma birdən sızlayar burnun. Bir səhər oyandığında onu yanında tapa bilməmək düşüncəsi girər beyninə. Öləcək kimi olarsan.

Sarılarsan, "Ayrılmayaq olarmı?" deyərsən. Utanmasan ağlayarsan. Hətta utansan belə ağlayarsan. İki damla yaş süzülər gözlərindən sevgilin baxar "Nə oldu indi?" deyə soruşar. "Yox bir şey, səni elə çox sevirəm ki..." deyərsən, gülümsəyərsən.
Eşqin hüznünü belə sevərsən...

Həsrət də eşqə daxildir..

Bəzən, sevgilini və səni eyni qəfəsin içində iki məhbus kimi hiss etdirər eşq. Qəfəsin qapısı açıqdır amma çıxıb gedə bilməzsən. Nə olursa olsun, hansı şərt altında olursa olsun o eşqə dair ümid edə biləcək vəziyyətdəsən çünki. Möhkəm bir zəminə basmırsan, basdığın yer ayaqlarının altından gedir, buna da mane ola bilmirsən amma "Yaşayacaq, paylaşacaq daha çox şeyimiz var" deyib getmirsən.

Hətta "Bundan sonra yaşamasaq, paylaşmasaq da olar. Bu günə qədər bölüşdüklərimiz uzun bir müddət yetər mənə" deyirsən. Getmə fikri, tək olma fikri bütün bədənini titrədir. Eşq səni buraxmır...

Həsrət də eşqə daxildir..

Bəzən, hiss etdiklərini heç cür dilə gətirə bilməməkdir eşq. Çox sevərsən dəli kimi sevərsən, canını verəcək qədər çox sevərsən. Bütün bu cümlələri də qurarsan amma hiss etdiklərini tam olaraq əks etdirmədiyini bilərsən. Hiss etmək sözdən daha sürətlidir çünki. Sözlər çatmaz bunun sürətinə.

Söylədiklərin, söyləyə biləcəklərin, onun üçün hiss etdiklərinin yüzdə biri belə ola bilməyəcək. Belə çox sevmək zərərlidirmi? Bir adama məhkum olaraq sevmək? Burax, bu eşqin zərəri də bu olsun. Ödənəcək əvəzlər vardır eşqdə, ödəməkdən qorxan haqqını verə bilməz eşqin.. Eşq, əvəz ödəməyi gözə alanları sevər...!

Həsrət də eşqə daxildir..

Bəzən darıxmaqdan başqa heç bir şey edə bilməməkdir eşq. Səni ondan ayıran saatların, günlərin, yolların düşməni olarsan. Görüşmələr çətindir. Nadir görüşmələrin böyük hissəsi, ayrılıqdan qaynaqlanan yabancılaşmağı məğlub etməyə çalışmaqla keçər. Və nə əcaib ki; zaman belə vəziyyətlərdə hər zamankindən daha tez keçər.

Sən daha öpə bilmədən, yeni bir zəruri ayrılığa məhkum olarsan. Həmişə bir yarım qalmışlıq duyğusu... Həsrət melodiyaları qulağından girib ürəyinə çatar, sonra da damla damla gözlərindən axar...
Darıxmağa dözə bilənlərin, həyatdakı bir çox çətinliyə daha asan dözə bildiyini bilirsinizmi? Darıxmaq da qovuşmaq kimi, görüşmək kimi eşqə daxildir!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

violetta

6 İyul 2013 21:50

maraqli idi tesekkurler

ben ve sen

10 Yanvar 2013 14:27

maraqli idi mac

PeTTy

25 Oktyabr 2012 23:00

Darıxmaq da qovuşmaq kimi,görüşmek kimi sevgiye daxildir!

Smiler

23 Sentyabr 2012 15:43

xeyanet eden sevgi

Damla.

19 Sentyabr 2012 18:04


unudulmus sevgi girl_smi

DonnA

19 Sentyabr 2012 17:35

nə dənizlərə götürmək nə quş kimi olmaq mənim aləmimdə eşq təmiz başqa şeydi
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

FERIDE

18 Sentyabr 2012 22:09

Cox gozel ve menali sozlerdir.o qeder xosuma geldi ki iki defe oxu[/color]dum.xebere gore tesekkurler

İlkay

18 Sentyabr 2012 20:52

Gozel sozler idi her birini beyendim amma en cox bunu beyendim))

Bəzən, sevgilini və səni eyni qəfəsin içində iki məhbus kimi hiss etdirər eşq. Qəfəsin qapısı açıqdır amma çıxıb gedə bilməzsən. Nə olursa olsun, hansı şərt altında olursa olsun o eşqə dair ümid edə biləcək vəziyyətdəsən çünki. Möhkəm bir zəminə basmırsan, basdığın yer ayaqlarının altından gedir, buna da mane ola bilmirsən amma "Yaşayacaq, paylaşacaq daha çox şeyimiz var" deyib getmirsən.

unudulmus sevgi

18 Sentyabr 2012 19:04

sevgi onu illerce gormesen de bile unuda bilmemekdir
sevgi onu son nefesinde bele gormek istemekdir

sevgi bizim yasadiqimiz fesillere benzeyir once omrunde gullerle bezenmis bir yaz seheri acilir sonra yay gelir omrune yazin beslediyi o sevgi diqqet isteyir merhemet isteyir yay ise o sevgini soldurur sevgi cicekleri solmaqa baslayir daha sonra o ciceyi payiz xezele donderir yox olub gedir sevgi ureyinde......qisa ise torpaqin altinda ebedi olaraq buz tutmus kok qalir.....

UNUDULMUS SEVGİ sevgi

_Bella_

18 Sentyabr 2012 18:41

Çox gözəl cümlələrdi..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

veliyeva_t

18 Sentyabr 2012 17:47

Sevenler və sevilənlər xosbəxt olcün sevgi give_hea give_ros

★_EliSa_★

18 Sentyabr 2012 16:30

Allah hec kimi qarwiliqsiz sevgiye ducar elemesin )))))))

Amin............

The Moon

18 Sentyabr 2012 16:07

(((((Thankyou)))))

DEAR_BOY

18 Sentyabr 2012 16:06

superrr mende bu gundeyem

Gulka

18 Sentyabr 2012 15:04

gozel yazidi cox beyendim ama boyle weylerden bawim cixmir
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

♣_EmRe AyDıN_♣

18 Sentyabr 2012 15:01

Xəbərə görə təşəkkür