Loading...
Eşqin ömrü nə qədərdir?

Eşqin ömrü nə qədərdir?

Loading...
Eşqin ömrü nə qədərdir?

Eşq bəziləri üçün sehrli bir söz, bəziləri üçün həsrət, bəziləri üçün aldatma, bəziləri üçün aldadılma, bəziləri üçün xatirə, bəziləri üçün nifrət, bəziləri üçün xəyal, bəziləri üçün Allah sevgisi, bəziləri üçün heç yaşanılmamış, bəziləri üçün isə həyatın özüdür.

Sizcə nədir eşq?

İtalyanın Pavia unversitetində edilən bir araşdırma eşqi başladan kimyəvi maddənin bir il içində azalıb, normala döndüyünü ortaya çıxarmışdır. Başlanğıcda beynin ifraz etdiyi həddindən artıq həyəcanlanma, ürpərmə və əllərdə tərləmə kimi təsirlər zamanla itirmiş.

Əslində, eşqinizin neçə il davam etdiyini soruşan adam sizə eşqin bir gün bitəcəyini izah etməyə çalışır. Hətta bununla əlaqədar bir çox kitab var. Ən məşhurlarından biri Frederic Barbierin "Eşqin Ömrü 3 İldir''.

Mediada da tez-tez eşqin ömrü ilə əlaqədar xəbərlər çıxır. Məsələn bunlardan biri; "çox güclü eşq yaşayan cütlər də belə ilk il tutqunun, ikinci il şəfqətin bitdiyini, üçüncü il isə can sıxıntısının başladığı, sonrasında isə vərdişlərin cütləri əsir aldığı" ifadə edilir.

Niyə eşqə bir ömür biçilməyə çalışılır? Ya da mediadakı paparazzi xəbərlərindəki məşhurların yoldaş dəyişdirmələrinin eşqlə nə əlaqəsi var. Heç cür doymayan ac gözlü şəhvətlə eşqi qarışdırmamaq lazımdır. Hərçənd eşq haqqında çox xəbər hazırlanması, cəmiyyətimizin çoxunun bu cür xəbərləri izləyərək bu xəbərlərin mükafat almasını təmin edir. Bu cür xəbərlər hazırlandıqca xüsusilə də gənc dostlarımız bu xəbərlərdən təsirlənir. Təəssüf ki oxuyaraq özünü inkişaf etdirmənin əhəmiyyətini yeni gələn nəsilimizə izah edə bilmədiyimiz üçün bu xəbərlərə inanan və o şəkildə yaşamağa çalışan bir çox insan görürük ətrafımızda.
Eşqin ömrü 3 ildə bitmək məcburiyyətindədirmi?
Kim mənim eşqimə zaman biçə bilər ki?
Mənim bədənimdəki kimyəvi maddələr İtaliyadakı universitetin araşdırmasına görə işləmir.
Mən bu xəbərləri qəbul etmirəm.

Eşqlə başqa şeyləri qarışdıraraq dəyərlərimizi bu qədər asan xərclətməyək. Əgər həyatınızda bir dəfə aşiq oldunuzsa eşqin hərkəsə fərqli duyğular yaşatdığını bilirsiniz.

Eşq özü kimi gözəl sözlər söyləməkdir,sevgiliylə maraqlanmaqdır, eşq hər gün bezmədən səni sevirəm deyə bilməkdir, illər keçsə də hər toxunuşunda ilk toxunduğun kimi eletrik ala bilməkdir, eşq səbrdir, eşq imtina etməməkdir,eşq toxunmaqdır. Eşq çətin olandır, mübarizə aparmağı tələb edər. Eşq 365 günün hər səhəri sevgilini günə öpərək oyandırmaqdır. Eşq sürprizlərlə doludur yaşadıqca rənglənər. Eşq şərtsiz bağlılıq istər, o səbəblə qısqancdır. Eşq iki adamın bir olması, birlikdə yaşlanmasıdır. Eşq tək bir hədəfi olan ən uca xoşbəxtlikdir ki sizə hədiyyə olaraq meyvə verər. Hər gün birlikdə yetişdirdiyiniz meyvənin böyüdüyünü görə bilmək həyatınıza tərif edilə bilməz bir məna qatar.

Eşqin müddəti şərabın köhnəlməsi kimidir. Zaman keçdikcə dəyəri və dadı artar. Önünüzə gələn şərabla, özünüzün köhnəlddiyiniz şərabın dadı necə fərqlidirsə hər kəsin eşqdən aldığı dad da fərqlidir. Amma bu dadı izah edə bilməzsiniz, insandan insana dəyişər, paylaşılmaz. Paylaşılsa sehri itər, eşq olmaz!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

7 Sentyabr 2012 21:45

esqin omru sonsuzdu

Incir Receli

15 Avqust 2012 16:11

gozel sozler idi twk.

DonnA

14 Avqust 2012 20:31

Eşqin ömrü.Bilmirəm.
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Lauma

14 Avqust 2012 18:18

Əgər həyatınızda bir dəfə aşiq oldunuzsa eşqin hərkəsə fərqli duyğular yaşatdığını bilirsiniz.

Hmm duzdu hele temiz sevgi yasamasamda bu yasima kimi balaca sevgiler olub
Esqi yasayan insanlar cox anlayar
Yeni men ne qeder fikirlessemde derk eleye bilmerem...

_ClaRisS_

14 Avqust 2012 17:00

The Moon,
duz deyirsen sevgi o qeder gozel hisdi mence ona terif vermey olmur ama esl sevginden gedir sohbet tebiiki......

Gulka

14 Avqust 2012 14:44

bawim cikmaz bu iwlaerden wink2
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Ledi Luiza

14 Avqust 2012 12:30

Sitat: Beatrice
həə Eşq hələ vərəqlənməmiş kitab, tapilmamiş ada kimidi yəni eşk məncə əl catmaz bir şeydi

Gözəl şairliyin tutub diyəsən)))
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

gulnar456

14 Avqust 2012 12:07

inan eger ureyden heqiqeten seversense ve qabagindaki wexs seni senden daha cox severse onda bu esqin omru bu seven iki insanin omru qederdi. bele yazdigima baxmayin men helede sevmirem hec sevmeyide dusunmurem yalniz qabagimda 2-i meqsed var 1-cisi yaxsi duzgun bir insan olmaq ve valdeyinlerimin yaxsi ovladi olmaq 2-ci ise Ali mektebe qebul olmaq en azindan 2-cisini etmeden sevmeyi dusunmurem yes

ms_dynamite

14 Avqust 2012 11:53

Eşqin ömrü nə qədərdir?

Esqin omru ebedidir yeterki iki seven insan bir birini sevsin, bir birlerini basa dussun ve hormet etsinler....eger bir munasibetde qarsiliqli anlasma, sevgi,hormet varsa o sevgi ebedidir...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Beatrice

14 Avqust 2012 09:31

həə Eşq hələ vərəqlənməmiş kitab, tapilmamiş ada kimidi yəni eşk məncə əl catmaz bir şeydi
--------------------
Meleyimmmm loveis loveis loveis

FURKA

13 Avqust 2012 23:50

Men ESQ-in omrunun ne qeder oldugun bilmerem,cunki o hissderi kecirmemisem.

Duygu

13 Avqust 2012 23:35

Bəlkə də, eşq, məhəbbət, sevgi, istək nədir bilmirəm mən...

Karacicek

13 Avqust 2012 23:14

Raziyam sizinle, CLARA_22 .

AzIk_TAzIk

13 Avqust 2012 23:08

Sizcə nədir eşq?

Boş şeydi )

_Aymir_

13 Avqust 2012 22:43

şqin müddəti şərabın köhnəlməsi kimidir. Zaman keçdikcə dəyəri və dadı artar. Önünüzə gələn şərabla, özünüzün köhnəlddiyiniz şərabın dadı necə fərqlidirsə hər kəsin eşqdən aldığı dad da fərqlidir. Amma bu dadı izah edə bilməzsiniz, insandan insana dəyişər, paylaşılmaz. Paylaşılsa sehri itər, eşq olmaz!

yes
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Diloş

13 Avqust 2012 21:55

Eşqin ömrü nə qədərdir?

Hər iki tərəfin bunu yaşadacağna bağlıdır

The Moon

13 Avqust 2012 21:38

Sevgiye hec cur terif vere bilmirem ama onu deye bilerem ki heyatdan kusen insan sevgi sayesinde heyata hec terk etmek istemeyecek qeder baglana biler. Yeni bu qeder gozel hissdir...

Cheburawka

13 Avqust 2012 21:27

məncə sevgi eşqdən güclüdü. ona görə çalışmaq lazımdiki, aşiq olduğun adama sevgi ilə bağlanasan.
Eşqin ömrü nə qədərdir?

məncə sevgi olsa, hörmət olsa, yaşadıqları müddətcə qarşıdakını başa düşməyçün cəhd edilsə sonsuzdu. bir söz var ki: yola verməsən yolda qalmarsan. bəzi şeyləri keçməy lazımdı ki ömürlük o yolda yeriyə biləsən.
bəyəm neçə il evli olan qoca nənə babalarımız heç incitmiyiblər bir birlərini ?!
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

BEST OF ALL

13 Avqust 2012 21:21

MARAQLI IDI TESEKURLER

İlkay

13 Avqust 2012 21:13

Hm gozel sozler idi twk.

_BianKa_

13 Avqust 2012 21:11

maraqli xebere gore twk...