Fon yüklənir...
Загрузка...

Sənə bir sirr verim..sən onu unuda bilməyəcəksən..

Загрузка...
Sənə bir sirr verim..Onu unuda bilməyəcəksən..

Səhər oyanmaq istəməyəcəksən ilk günlər
yemək yeyə bilməyəcəksən
boğazına ayrılıq ilişdi çünki…
Gündə milyon dəfə telefona baxacaqsan
boş bir cümlə gözləyəcəksən hər hansı bir dildə olması belə lazım olmayan…
Bağışlamayacağam onu deyərkən bağışlayacaqsan ..
Ən çox əllərinimi qoxusunumu darıxdığını bilməyəcəksən heç
küçədə gördüyün hər kəsi ona bənzədəcəksən !

Sənə bir sirr verim..Onu unuda bilməyəcəksən..

Qopuq anların olacaq həyatdan
kimi nəyi düşündüyünü bilmədiyin…
Hər kəs sənə bir sirr verərmiş kimi bir gün onu unudacağını söyləyəcək
Qorxacaqsan küsəcəksən hamıdan…
Daha kinli olacaqsan

Sənə bir sirr verim..Onu unuda bilməyəcəksən..

Hər şeyə kədərlənəcəksən;
küçədə qalan uşaqların aclıqdan ölən insanları sanki ilk dəfə
fərqinə varırmış kimi içinə oturacaq hər haqsızlıq…
Sonra ağrına alışacaqsan sevəcəksən ağrını
ondan qalan tək həqiqətə sarılacaqsan !….
Öyrənəcəksən digər insanlar kimi yaşamağı
hər kəs öyrənər çünki
hər kəs gizləyər ağrısını, biləcəksən !…
Yatmadan əvvəl hər gecə saçlarını öpdüyün o anı xatırlayacaqsan
gözyaşların yığılacaq boğazına udqunamayacaqsan

Sənə bir sirr verim..Onu unuda bilməyəcəksən..

Görüşdüyünüz yerlərə getmək təsəllin olacaq
Getmədiyində canın ağracaq gedəndə də ürəyin qanayacaq…
Səbəbsiz sevməyə başlayacaqsan sevdiyi hər şeyi
səbəbsiz nifrət edəcəksən onu üzən şeylərdən…
Ümidsizlik dolduracaqsan ciblərinə
daşacaq…

Sənə bir sirr verim..Onu unuda bilməyəcəksən..

Və sənə bir sirrdə mən verim
onu heç unuda bilməyəcəksən…

Sənə bir sirr verim..Onu unuda bilməyəcəksən..

O bəzən peşman olacaq
səndə buraxdıqlarına üzüləcək ağlayacaq bəlkə bəzən…
Səni xatırlayacaq hərdənbir
Əli telefona gedəcək istəmədən…
Amma səni bir daha heç sevməyəcək;
daha əvvəl sevmədiyi kimi…

Sənə bir sirr verim..Onu unuda bilməyəcəksən..


Yenə də dönəcək bir gün. qalmaq üçün deyil səni necə yıxdığını görmək üçün !..
hər insan izləmək istər uğruna ölən birini…

Загрузка...

ŞƏRHLƏR

QaRaCa

16 İyun 2012 17:39

Hayır demək nə kadar deyil mi? Oysa, oysa hiç düçündümü bir hayır nelere sebep ola bilir? İnsanın içini nasıl kanata bilir hiç düşündünmü? Düşlerini, umutlarınmı, yarınlarını nasıl sile bilir? Güzel başlayan bir günü nasıl cehenneme çevire bilir, çocuklar kadar mutlu bir insanı nasıl hayata küsdüre bilir, hiç düşündünmü? Sana göre ne kadar kolay da bunu söylemek! Bana göre ne kadar da zor bunu dinlemek! Hiç merak etme, sen de hiç unutmayacaksın...
Xəbər çox gözəl yazılıbdı. Bəyəndim...

Aygwn

21 May 2012 14:16

Açılır ağ səhifə bir sevgi hekayəsi
Bir ürəkdə yaşayır bir ürəyin sevgisi
Xəyalımda yaratdım bu sevgi dünyasını
Bir ürəkdə yarandı arzuların sevgisi

Bu sevgi xəyalların ümüdlərin rəmzidir
Bu sevgi ürəklərdə diləklərin rəmzidir
Bu sevgi həm sevincin məhəbbətin rəmzidir
Təmiz qəlbin içində təmiz eşqin sevgisi

Ardı var:

Dünya yaranandan sevgi ilə yaranmış
Yaradan bu cahanı sevgisindən yaratmış
Ürəklərlə birlikdə sevgilərdə yaranmış
Nədənsə bir olmayır hər ürəyin sevgisi

Məndə sevgi yaratdım bu kiçik ürəyimdə
Bir ürəyə yol açdım bir ürəyin içində
İki sevgi yaratdım bir ürəyin içində
Bir ürəyə sığarmı iki ürəyin sevgisi

Ardı var:

Görən sevərmi məni mənim sevdiyim kimi
Yada çatar sevgimə sevdiyimin sevgisi
Cavabsızdır bu sevgim cavabsız sual kimi
Bir cavaba sığarmı bir sualın sevgisi

Deli Yurek

3 May 2012 20:24

Emeye gore tesekkurler

™AzE_QaRaBaG™

25 Aprel 2012 19:28

maraqli idi cox saolun.....JoY.Az

nara)))

23 Aprel 2012 22:39

super yazi idi... lovejoy

Tatli cadi

22 Aprel 2012 22:54

Cox maraqli yazi idi

cemile

22 Aprel 2012 13:43

onun üçündə sevmək lazım deyil kim deyirki indiki dövrdə sevgi var?

Gunay_oxatan

22 Aprel 2012 02:19

taniw gelir bu cumleler,cunki her birisini tek tek yawadim,icden,ezab ve zulmle.her wey birine qariwir bezen,qargiw lenet ise ebediyyete qeder.
heyatdi.niye onunla qarwilawmqa yazildi deye asi olarsan bezen.sonra ozunden daha beterini yawiyanlara baxib Ilahi buna da wukur deyib hemd edersen daha beterinden qorudugu ucun.budur heyat.sene ezab verer sonra bir gun bir bawqa insanlarla qarwilawib oz derdinle muqayise edib Daha beterinden qorundugun ucun wukr edib teselli tapmaq.heyat tesellilerden bawqa hecnede ibaret deyil eslinde.
Sevgi ise ele sevgidir,hecvaxt unudulmayan biri varsa oda sevgidir.her kesin sevgisinden ozune bir wey qalar,kimi qovuwub xowbextlik qalar kimi ayrilib iztirab bezlerinde qargiw ve nehayet digerlerine baxib teselli.

ama dahilerden biri deyib Sevgi 3il unudulmaz.ama artiq 3il7aydi.deyiwen bir wey yox...

MisSayka

22 Aprel 2012 01:44

Sitat: toma84
Ona görə də səni sevməyəni sən də sevmə,unut,qoy o geri qayıtdıqda sənin onsuz necə xoşbəxt olduğunu görsün,sənin həyatında ona artıq yer olmadığını görüb,peşman olsub qayıtsın

qəşəng didin.
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

FLOR

22 Aprel 2012 01:41

sayanin quluyam ,saymayanin agasi ... sevmirse yaxsi yol , qurur menlik her seyden ustundu.. ureyimdende bele

loving_heart

21 Aprel 2012 23:07

tamamile duzdu bunlarin hamisi lovely melek

BURCU55

21 Aprel 2012 22:27

cox tesirlendim lovely

dogrudanda belke kimse mene inanmayacaq amma semimi deyirem ureyim parcalandi gozlerim doldu bir anliq.allah hec kimi tenha qoymasin AMIN lovely

ToMa_84

21 Aprel 2012 21:41

Ona görə də səni sevməyəni sən də sevmə,unut,qoy o geri qayıtdıqda sənin onsuz necə xoşbəxt olduğunu görsün,sənin həyatında ona artıq yer olmadığını görüb,peşman olsub qayıtsın yes

Sebishko

21 Aprel 2012 21:36

O bəzən peşman olacaq
səndə buraxdıqlarına üzüləcək ağlayacaq bəlkə bəzən…
Səni xatırlayacaq hərdənbir
Əli telefona gedəcək istəmədən…
Amma səni bir daha heç sevməyəcək;
daha əvvəl sevmədiyi kimi… cray
--------------------
<3<3<3<3<3

Poker Face GaGa

21 Aprel 2012 16:58

O bəzən peşman olacaq
səndə buraxdıqlarına üzüləcək ağlayacaq bəlkə bəzən…
Səni xatırlayacaq hərdənbir
Əli telefona gedəcək istəmədən…
Amma səni bir daha heç sevməyəcək;
daha əvvəl sevmədiyi kimi…
--------------------

_VoRKa_

21 Aprel 2012 16:10

Yenə də dönəcək bir gün. qalmaq üçün deyil səni necə yıxdığını görmək üçün !..
hər insan izləmək istər uğruna ölən birini…
cray
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


ToM RiDdle

21 Aprel 2012 16:07

Qiza lap yaziqim geldi
--------------------
Tural Adrian ♥
loading...
Загрузка...