Loading...
Son Məktub...

Son Məktub...

Loading...
Əvvəl bu yanın çəkmişdi məni özünə, cadulu bir tərəfi vardı gözlərinin, baxmaqdan saxlaya bilməzdim özümü. Bilməzdin sənə olan zəifliyimi heyran heyran baxardım sənə sən dostca sanardın.

Saatlarla bezmədən izah edər,doğru dürüst heç bir sözü dinləyə bilməzdim baxmaqdan gözlərinə.
Rəngi deyildi yalnız gözəl olan, başqa bir şey idi. İlk zamanlarda anlaya bilməmişdim nə olduğunu bu qədər məni çəkənin. Sonra fikir verdim, o May axşamından sonra. İşıq saçırdılar. "Hava Fişənglərim" deyirdim onlara. Düşündüyüm tək şey o hava fişəngləri başqalarının da görüb görmədiyi idi. Sənə söylədiyimdə mənə gülmüş idin hətta hər gün işığı görüb görmədiyimi sorğulamağa başlamışdınıl lağ edərcəsinə. Bir daha söyləməyəcəyimə söz verdim öz özümə. Ən olmadıq anlarda, ən zülmət qaranlıqda belə görərdim o işığı. O qədər qorxan mən, göz gözə gəlməkdən insanlarla, eləcə qorxmadan baxmışdım gözlərinə.
Necəsə bilirdim eşqi; ən çılğınını yaşamışdım bir zamanlar, amma o işıq, bağladı məni sənə.

Elə gözəl idi ki yaşadıqlarımız… Yaşadığımız hər an xüsusi idi. Bir başqa insan olurdum sanki, başqa bir mən vardı.Uşağa bənzər bir tərəfin vardı,həmişə izah edərdin və həmişə başa düşə bilməyəcəyim hissəsin sona buraxardın. Bunu xüsusilə son zamanlarda daha çox edirdin ya da mən daha çox diqqət edirdin."Xəyal Həyat" idi yaşadığımız. Gerçək həyat həmişə bir tərəfə buraxdığımız, unutmağa çalışdığımız idi.
Həmişə "nə olacağıq?" problemə "yaxşı olacağıq" dərdim. İnanmış görünərdin. Bəlkə də yalanlara inanmaq istəyirdin artıq, yalanlara yapışmaq daha yaxşı gələ bilərdi artıq, gerçəklərin yapışa bilməyəcək olduğunu bildiyindən.

Son Məktub...

Sonra necə olduğunu anlaya bilmədiyim bir şəkildə gerçəklər qarşıma çıxdı, seçim etməmi istəyirdi məndən. Mən seçimi əvvəldən etmişdim və seçdiyim xəyal deyildi. Yuxudan oyanmaq kimi bir şey idi. Yenə sən hər zamanki kimi idin; amma mən arzu ilə gerçək arasında gedib gəlməkdən yorulmuşdum. Bir gün son nəticə meydana çıxdı yenidən. Getmək istəyirdin və bu dəfə haqlı idin. Mənə niyə bu qədər tez qəbul etdiyimə dair hislənəcəyini bilirdim amma artıq xoşbəxt edə bilmirdim səni və mən yorulmuşdum. Daha uzunca bir müddət bu "gəl-get"ə dözə biləcəyimi sanmırdım və doğru olanın bu olduğunu bilirdim. Onsuz da səndən bezdiyimi sənə müəyyən edəcəyimi bilirdin, sən mənim artıq "qış aylarında çıxan yalançı günəşim" idin.O yüzdən xeyr deyə bilmədim sənə. Söylədiklərinin hamısı onsuzda söyləmək istədiklərim idi və bunu bir iki il daha belə davam etdirə bilməzdim, "belə" yaşamağı sən də istəməzdin.İncitmək və üzmək deyildi niyyətim səni. Getdiyimdə dönməyəcəyimi bilirdim.


Söz vermişdim sənə səni ölənə qədər sevəcəyimə dair amma ölənə qədər səninlə olacağıma dair bir sözüm yox idi.
Məni sevirdin məni kimsəni sevmədiyin qədər sevdiyini bilirdim. Nə qədər çox çalışdığını, nə qədər çox çalışdığımı bilirdim; amma hər şeyin bir sonu vardı. Hər şey eşq deyildi, gerçəklər daha əhəmiyyətli idi. Sən əhəmiyyətsizsən demək istəmirəm, əhəmiyyətli idin, əhəmiyyətli olmasansa xəstə halımla belə gələrdənmi o qədər yolu?
Öpərkən dodaq ağrıyarmı, sevərkən heç ürək yaralanarmı? Mənimkilər elə idi. Səninlə olduğumuz anlarda hiss etdiklərim bunlar idi, sənsizkən çox daha sonrası…
Ona görə getdim səndən. Məndə yaşatmaq idi niyyətim səni. Sənsizkən mənimlə olmağın… amma sənsizliyi yaşamamışdım heç. Sanki səndən sonra heç yaşamadığım bir həyatı yaşayır kimiyəm.

Son Məktub...

Heç 14 Fevralı qeyd etmədik səninlə. Çiçək göndərdim iş yerinə. Bir şey söyləməyini gözləmirdim amma yenə də istəyirdim bir şey deməni, bayramda axtarışı ya da… Səni axtarmağımıı təşəkkürlə qarşılamayacağını bilirdim. Başın qarışmasını istəmirdim daha çox, çünki ayrılıq fikirini başıma soxan sən idin, sonra düşününcə çox da çox məntiqsiz gəlmədi bu mənə. Darmadağındım çünki. Eyni anda iki yerdə birdən olmamalı idim və sən daha az marağı istəmir və layiq olmurdun da.

Bu an sənsiz necəyəmmi? İzah etsəm də anlamazsan. İndi sən məni yalnız günahlandırsan.Həmişə məndə yaşayacaqsan dediyimdə doğru idi. Məndə yaşayacaqsan amma sənsiz. Doğru olan bu.

Adını sevdiyim deyərdin mənə,hələ adımı sevirsənmi görəsən? Bəlkə bir çox şeir də yazmısan yenə? Ya da bəlkə inadından heç bir şey yaza bilməmisən?

Son Məktub...

Necə başladı məndəki bu qopma? Bunu düşünürsəndir tez-tez. Düşünmə. Məni artıq düşünmə. At ağılından məni. Mən aid olduğum yerdəyəm və bu sənin yanın deyil. Ağrılı da olsa bu belə. Unut məni çünki mənim etmək istədiyim bu.

Telefonda mənə "səni çox sevdim və səni həmişə incik sevəcəyəm" dedin. Həmişə edəcəklərini demiş və dediklərini etmisən. Mənə qarşı zəifliyin olduğunu bildiyimdən bəzən qızğın olduğun zamanlarda edə bilməyəcəyin şeyləri də dediyini bilərəm bu səfərki həqiqətən edəcəyin idi bəlkə də. Bu inciklik sevginə basqın gələ bilərdi, amma mən hər şeyi gözə aldım və geri dönüşü yox idi. Əslində geri dönüşlü bir şey olmalı idi çünki son səhər polis belə cəza yazmışdı telefonda "olmur" deyə danışarkən. Bu bir il içərisində ilk dəfə olan bir şey idi. Avtomobil istifadə edərkən yüzlərlə saat telefonda danışdığımız halda ilk dəfə polis cəza yazırdı. Bu bir işarə idi bəlkə amma başa düşmədik
Xoşbəxtəmmi bilməm amma olmam lazım olan yerdə olduğum üçün bədbəxt deyiləm.
Sən də xoşbəxt ol və gözündəki o işığı heç itirmə

Son Məktub...

"Sən olmadan o işıq yox idi səndən başqa kimsə görmədi və görməyəcək və bəlkə sən belə bir daha görməyəcəksən" dediyini eşidər kimiyəm. Məndən başqa kimsənin görməsini istəmirəm onsuz da. Eqoistcə bir şey bu bəli və bilirəm ki görməyəcək də… O işığı görməsəm belə mənim üçün saxla
Bir gün gələcəyim deyəcəyimi sanma.
Salamat qal!

Son Məktub...

Rəngli gözlərindən baxarkən həyata
İndi səhvimin cəzasını çəkirəm
Baş rol oyunçusu olduğum qara ağ bir filmi
Tamaşaçı kreslosundan seyr edirəm

Səni səndə öldürdükdən sonra
Sənə məndə yaşayacağını söyləyirəm
O qədər edə bilməyəcəklərimi vəd etdiyim üçün sənə
Ömürümdə ilk dəfə adamlığımdan utanıram.






Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

gozel207

20 Sentyabr 2009 20:57

Sitat: unut getsin



çətin.yaşanan heç nə unudulmur.hərdən xatırlayırsan, hərdən əzab verir

nepasluwnaya

20 Sentyabr 2009 20:50

gozel207,
inan mene ele olur.....iraden varsa her wey olur.....
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

gozel207

20 Sentyabr 2009 20:49

Sitat: unut getsin
nece deyerler Unut getsin....her wey burada bitsin....


düzdü, amma unutmaq olurmu???

ask_yakar_

20 Sentyabr 2009 20:06

salam maraqli hekayen var hele menim hekayemi yazsam sen aqzin aciq qalare nese unut getsin nece deyerler calsi seni ask yakmasin

gozel gozlerinin qarsisinda olmusam
mecnun tek deli divane gozelim
gozlerinin sevgi dolu atesine
nece qalmisam bigane gozelim


seninle kecirdiyim hemin o an
hec bir zaman cixmayacaq yadimdan
bir insan var heyatda sensiz yanan
rehm ele sensiz yanane gozelim

Panikuyushiy

20 Sentyabr 2009 19:53

salam meni yeqin tanidin menem bas belasiyam senin xasiyyetin xosuma geldi nese lovejoy ozunden muqayat ol bunu bil bu dunayda en cetin sey unutmaqdi nece deyerler unut getsin bir mende un uda bilseydim,

hekayen maraqli idi unut getsin nece deyersler adami sevsin ama onu ask yakmasin day

KeNaN T.T.

20 Sentyabr 2009 00:29

recourse recourse recourse recourse recourse recourse recourse recourse

Kolero

20 Sentyabr 2009 00:28

mənimsə aslı güngör - son öpücük mahnısı yadıma düşdü bilmədim niyə..hər bir halda təşəkkürlər...

M_A_R_I_K

19 Sentyabr 2009 23:47

Bele weylere uje inamim qalmiyib ona gore oxumayacam eziyyete twkler dance
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

DeadDoll

19 Sentyabr 2009 23:40

sad tewekkurler

m.Hesenzade

19 Sentyabr 2009 23:38

Zerin Özər yadıma düşdü gözəl mahnısı var SON MƏKTUB
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Vanessa

19 Sentyabr 2009 23:33

winked

Ronnie_7

19 Sentyabr 2009 22:40

Adını sevdiyim deyərdin mənə,hələ adımı sevirsənmi görəsən? Bəlkə bir çox şeir də yazmısan yenə? Ya da bəlkə inadından heç bir şey yaza bilməmisən?

Çox sağol Lara Super xəbərdi.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

ADRIYANA

19 Sentyabr 2009 22:32

Yazı mənə çox pis təsir etdi.

Paris

19 Sentyabr 2009 22:10

Söz vermişdim sənə səni ölənə qədər sevəcəyimə dair amma ölənə qədər səninlə olacağıma dair bir sözüm yox idi.

Bu soz meni ruhdan saldi(( axi men olene kimi onunla olmaq isdiyirem((

Cox sag ol Lara bizim derdimiz bitmir ki bitmir:))

shokoladka

19 Sentyabr 2009 22:04

yerivar

nepasluwnaya

19 Sentyabr 2009 21:55

nece deyerler Unut getsin....her wey burada bitsin....
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

sinner

19 Sentyabr 2009 21:29

girl_cray

easy

19 Sentyabr 2009 20:51


yer var eladi lovejoy