Loading...
Eşq yoxsa Sevgi?...

Eşq yoxsa Sevgi?...

Loading...
Aşiqsinizmi, yoxsa onu yalnız sevirsinizmi.. Ya da sizdə ikisidə eyni şey deyənlərdənsinizmi. Sizə görə eşq nədir, eşq dəyincə ağılınıza gələn ilk şey nə məsələn. Adamından adamına görə dəyişər bu anlayış amma əslində eşq tək bir şeydir. Və əllə tutulub gözlə görülən bir varlıq olmamasına baxmayaraq niyə hər kəs fərqli tərifləyir eşqi.? Hər ürəkdə niyə fərqli sevinclərə, fərqli xoşbəxtliklərə və nəticəsində fərqli təxriblərə gətirib çıxarar bu eşq. Bir çiçəyi sevə bilərik bir böcəyi bir quşu sevə bilərik, yaxşı ya bir böcəyə aşiq ola bilərikmiƏgər ola bilirsək "Eşq və Sevgi" eyni şeydir. Xeyr ola bilmirsək bir-birindən ayrı şeylərdir sevgi və eşq. İnsan yalnız cansız varlıqları deyil, bütün canlı cansız hər şeyi sevə bilər lakin hər şeyə hər kəsə aşiq ola bilməz, aşiq olmaq bir istək deyil. Heç gözləmədiyiniz bir anda gəlir, dəvətsiz bir qonaq kimi. Kimində uzun müddət qalar kimində bu müddət daha qısadır.

Eşq yoxsa Sevgi?...

Biriylə birlikdəsiniz və özünüzdən şübhələriniz var; Görəsən onu sevirəmmi, yoxsa ona aşiqəmmi. Tez-tez rast gəlinən bir hadisədir bu. İnsanlar tez-tez sevgiylə eşqi qarışdırarlar. Gecə başınızı yastığa qoyduğunuzda ilk ağılınıza gələn, telefonunuz çaldığında görəsən odurmu deyə düşündüyünüz ilk adam, yanındaykən ayaqlarınızı yerdən kəsən və tərifi mümkün olmayan bir xoşbəxtlik hissi oyandıran adam və özünüzü hər tək hiss etdiyiniz zaman ağılınıza gələn ilk adam… Əgər bunları yaşayırsınızsa ona qarşı, siz ona aşiqsiniz.

Eşq yoxsa Sevgi?...

Və boş yerə özünüzü mən onu yalnız sevirəm deyə aldatmayın, bəli sevirsiniz amma eyni zamanda siz ona aşiqsiniz. Və artıq onsuz edə bilməz vəziyyətə gəlmisiniz.Əgər onu yalnız sevsəydiniz o getdiyində hər zamanki həyatınıza qaldığınız yerdən davam edə bilərdiniz. Amma bunları yaşayırkən o gedərsə nələr yaşayacağınızı yekunlaşdıraq. Özünüzü bənzərsiz tərifsiz bir boşluğun içində tapacaqsınız. Gecə olsun heç istəməyəcəksiniz, çünki başınızı yastığa qoyduğunuz an yenə o gələcək ağılınıza və yuxunuz qaçacaq və uzun müddət yata bilməyəcəksiniz bəlkə,həmişə onu düşünüb onu xəyal edəcəksiniz. Əliniz telefona heç getsin istəməyəcək. Həftə sonlarından nifrət edəcəksiniz. Hər qızda və ya oğlanda onu görəcəksiniz. Harada əl-ələ,öpüşən bir cütlük görsəniz başınızı çevirəcəksiniz. Və o mühitdən uzaqlaşmaq istəyəcəksiniz. Belə bir şeydir Eşq… Hər şeyə baxmayaraq sonu ayrılıq olsa da yaşamağa dəyər bir şeydir Eşq. Yaşamaq kimi, nəfəs alıb vermək kimi, həyat kimidir eşq. Nə qədər bir gün öləcəyimizi bilsəkdə yaşayırıq. Eşqdə belədir. Bəzən insanlar sonunda ayrılacağını bilsə belə yaşayarlar eşqi. Və Gerçək Eşqlər Ölümsüzdür…

Eşq yoxsa Sevgi?...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

07kid

4 Oktyabr 2009 21:48

[color=#993399][/color]SUPER...men asiqemmis... feel

private

24 Sentyabr 2009 12:02

Ilk defeden xoshlanmadigin 1-ini hec vaxt seve bilmezsen.Sadece bagliliq hissi olar.Qarshiliqsiz sevgi hissleri oldurur,uzunomurlu olmur...

gozel207

20 Sentyabr 2009 22:12

sevgi birtərəfli olmur,qarşılıqsız isə heç bir hiss qalmır,sevgi ya da eşq, fərqi yoxdu

M_A_R_I_K

19 Sentyabr 2009 23:32

Hech biri........... good
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

m.Hesenzade

19 Sentyabr 2009 23:23

Eşq yoxsa Sevgi?...

bunlardan başım çıxmır )))) (guyada)
--------------------
Qara Kitabın Xoş Xatirələri...

nepasluwnaya

19 Sentyabr 2009 22:43

men bele weylerden baw cixarammiram...deyirem sevirem sora gorrem yoxee ne sevgi nifret edirem...deyirem awiqem birde gorrem sevirem...
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

calypso

19 Sentyabr 2009 16:03

MEN AWİQEMMMMMMMMMMMMMMMMMM loveis ONU HERRRRR HALIYLA COOOOOOOOOOOOXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX SEVIREMMMMMMMMMMMMMMMM kiss

DeadDoll

19 Sentyabr 2009 14:24

tewekkurler

LeMaN403

19 Sentyabr 2009 14:04

Ferqi yazdiginiza gore tesekkurler.men bunlarin ferqini hec bilmirdim.SEVGIMI DE BURDA TAPMISAM.Tesekkurler,Joy.az love

Ferqi yazdiginiza gore tesekkurler.men bunlarin ferqini hec bilmirdim.SEVGIMI DE BURDA TAPMISAM.Tesekkurler,Joy.az love

Vanessa

19 Sentyabr 2009 14:00

ewq ayri sevgi ayridir ee

Nahid-19

19 Sentyabr 2009 13:49

menceee hec birii sadeceee kefe baxmaaq gerisi bosh sheydii....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

KeNaN T.T.

19 Sentyabr 2009 13:15

Eyni wey deyil.?!

Kolero

19 Sentyabr 2009 12:47

Və Gerçək Eşqlər Ölümsüzdür…
good yaxşı yazı idi..təşəkkürlər..

Ronnie_7

19 Sentyabr 2009 11:52

Çox sağol Lara əla mövzudu Eşq yoxsa Sevgi. Yaşamaq kimi, nəfəs alıb vermək kimi, həyat kimidir eşq.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Gunay_oxatan

19 Sentyabr 2009 11:10

Lara movzu superdi o hec ama birinci sekil eladi eee.+5 sene baji.

Men zaten ele bir esqe dusmusem ki,salib meni sevgi kemendine.
wacko