Loading...
Aşiqsənsə inandır eşqə və eşqinə…

Aşiqsənsə inandır eşqə və eşqinə…

Loading...
Xülyalarımın içində tapa bilirsənsə səndə qalan məni və yaşaya bilirsənsə eşqi dəli kimi inandıra biləcəksənsə aşan varlığına məni sənə elə bir ehtiras yaşadaram ki alışa bilməzsən yoxluğuma...

Söyləyə bilmədiyim elə çox şey var ki dərinlərdə inanmadığım o qədər duyğu var ki səndə, görə bilmədiyin elə bir eşq var ki içimdə, indi hər birini götür get desəm edə bilərsənmi? Yoxsa eşqə inandırmağımı seçərsən məni, yıxmaqmı asan gəlir sənə divarlarımımı çəkib getməkmi... Xülyalarımın ortasında səni görərkən itirilmiş bir eşqə yandırılan fəryadların içində hər şey heçnə gəlir mənə indi. Yanaşma ruhum inanmır artıq eşqə... Aşan Varlığına... Məni inandıra bilərsənmi eşqə?

A351;iqs601;ns601; inand305;r e351;q601; v601; e351;qin601;…

Elə darıxmış ki, bu şizofreniyalı ruhum aşan səsini, qırmızı meşədə ağlamışım saatlarla. Yalanları gördükcə bir-bir, özümdən keçmişəm. Telefonuma zəng gəlib və axtaran sən olmusan. İçimdəki səbəbsiz sevinclə birlikdə, şəkilini çəkmişəm dünyaya. Boyalarım ala-bula olmuş və mən bir dəfə daha yıxılmışam.

Eşqin adı nə idi? İzah edilən hər şeyin adı eşqsə niyə yaşanmaz izah edilənlər. niyə bütün sevişmələr yalan.

Bədənimlə deyil ruhumla təslim olmalıyam sənə, dodaqların deyil duyğularım xitab etməli ağılına. Deyilən hər sözdə özümdən keçməliyəm, səni düşündügcə gözyaşına boğulmaq yerinə qarınıma ağrılar girməli, içimdə mənasız bir duyğu ilə sarılmalıyam xəyallarıma. Nifrətə rəngləmək yerinə keçmişimi, yeni sabahlarınlar görməliyəm yuxularımda

A351;iqs601;ns601; inand305;r e351;q601; v601; e351;qin601;…

Səhər qalxıb sənə nahar hazırlamalıyam məsələn. Bunu çirkinləşmiş olmaq üçün deyil, yəni eqolarımı təmin etdiyin üçün bir təşəkkür yerinə varlığınla şükr etdiyim üçün etməliyəm. Qırmızı güllər olmalı nimçəndə, ürəyimi qoymalıyam qabına və məni içməlisən stəkanınla… Sənə baxarkən belə həsrət düşməliyəm sənə… Qaranlıq gecələrimdəki işıq olmalısan, ürəyimi işıqlandırmalısan hər şeydən əvvəl özün olmalısan ağılını deyil ürəyini açmalısan mənə… İnandırmalısan məni aşan varlığına…

Səni sevirəm… Of nə qədər klassik bir söz… Səni sevmək klassiksə mən eşqə inanmıram artıq. Ürəyimdə atəşlərim var, yoxluğunda sən varmışcasına danışıram səninlə, sənli yuxular görür, yuxularım birdən kabusa çevrilincə utanıram yuxularımın ortasındakı kimsəsizlikdən. Təkrar tək, təkrar səssiz və yenə aşiq… Xeyr, eşq bu deyil, yuxularımda səni görməm, dodaqlarımda səni sayıqlamam xeyr bunun adı eşq deyil. İnanmam inana bilməm buna. Tərs dönəcək açarlar sən mənə qarışacaqsan məndə sənə. Möhkəmcə sarılacağam sənə, öpəcək və iyləyəcəyəm səni dəli kimi və bir dəqiqə keçdikdən sonra belə həsrət düşəcəyəm mən buna… Sonra çəkib getməyəcək və bitdi deməyəcəyəm günlər sonra…

A351;iqs601;ns601; inand305;r e351;q601; v601; e351;qin601;…

Həmişə belə olmadımı, səni sevirəm, ölənə qədər səninləyəm, sən mənim canım, sən damarımda axan qanım deyib çəkilib gedilmədimi, amansız bir gündə, şübhəsiz bir döyüş yoldaşlığında? Nə oldu damarlarında ki qana, qan yerinə artıq sumu keçir artıq. Ya da gözyaşlarımla yaşamaq xoşunamı gedir…

Hər yerə eşqi yazmışkən dəfələrlə indi necə nifrət edəcək bu yanaşma ruhum ondan bilmirəm. Amma elə sevgilər gördüm ki bir film kimi axıb gedən, son səhnədə filmin adı ayrılıq ilə dəyişən. İlləri xərcləyən o qədər sevgi tükənərkən necə inana bilərəm artıq mən eşqə. Necə sevə bilərəm inan bilmirəm. Saatlarla yazıram bəlkə rahatlamaq gözətlidə sual işarələrimə nöqtə qoymaq üçün. Amma həmişə ən sonunda eyni şeyi edirəm. Son nöqtəni qoymadan yazdığım o qədər sətirə küfr edirəm, mən bütün eşqlərə küfr edirəm…

A351;iqs601;ns601; inand305;r e351;q601; v601; e351;qin601;…

Müqəddəs… Müqəddəs… Eşq müqəddəs…

Elə isə niyə hörmət etməz insan müqəddəs olan bu duyğuya… Müqəddəs olan tükənərmi bitərmi sonra çatarmı? Bəli deyən eşqlər sizə tək cavabım Tanrı da müqəddəs, yaşadıqlarınıza xüsusi demədən əvvəl, yaşadıqlarınıza müqəddəs demədən əvvəl bitirin artıq beyninizdə özünü ovutduğunuz düşüncələri.

Bənzəmir heç bir şey eşqə, bənzəmir artıq izah edilən heç bir şey inandıqlarıma və səbəbi bilmək istəmirəm. Bu günə qədər eşqə həsr etmişkən özümə bu gün xəbər verirəm özümü könülümdə səni yox etmək üçün məşğul olan polislərə.

Beləsinə eşqlər… Elə yaşlanmışlar. İnsan necə olur ki imtina edir əsla imtina etməm dediklərindən. Necədə unudur və necədə silir bir anda sahibləndiklərini. Min bir təqvim yarpağında min bir gecə ah necədə köhnəlir sevgilər.

Mən inanmıram eşqə, aşiqsənsə inandır eşqə və eşqinə…
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

İlkay

27 Yanvar 2013 22:19

Neyise kimese inandirmaga gerek yoxki yawandiqca onsuz her wey belli olacagdir..

calypso

16 Sentyabr 2009 13:33

ebedi hecne yoxdu onsuzda bu heyatda,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Limona

15 Sentyabr 2009 15:05

cox xosum geldi Ela yazidi. good

Sagol m. Hesenzade ellerine sagliq good

rose

nerminka

14 Sentyabr 2009 16:11

Söyləyə bilmədiyim elə çox şey var ki dərinlərdə inanmadığım o qədər duyğu var ki səndə, görə bilmədiyin elə bir eşq var ki içimdə, indi hər birini götür get desəm edə bilərsənmi? Yoxsa eşqə inandırmağımı seçərsən məni

Həmişə belə olmadımı, səni sevirəm, ölənə qədər səninləyəm, sən mənim canım, sən damarımda axan qanım deyib çəkilib gedilmədimi, amansız bir gündə, şübhəsiz bir döyüş yoldaşlığında? Nə oldu damarlarında ki qana, qan yerinə artıq sumu keçir artıq. Ya da gözyaşlarımla yaşamaq xoşunamı gedir…


Mən inanmıram eşqə, aşiqsənsə inandır eşqə və eşqinə…

Gunay_oxatan

14 Sentyabr 2009 09:54

sadece xeyallarda qaldi bele arzular.ALLAH sizlere yasamaginizi qismet etsin.AMIN. girl_ang

DENTiS

14 Sentyabr 2009 06:49

hamiSi yalan recourse
T$K-ler

DREAMY_GIRL

14 Sentyabr 2009 00:44

coxsaqol miti men esqeinanmiram amma xeber maraqli idi 5+

Ronnie_7

14 Sentyabr 2009 00:42

Mən də inanmmırdım ama artıq inanıram.Gözəl yazıdı.Çox sağ ol Həsənzadə.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

nepasluwnaya

14 Sentyabr 2009 00:39

sevmemiwem...daha dogrusu ele bilmiwem ki sevirem...neyse....sevgisiz heyat daha da gozel...
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Rammstein-

14 Sentyabr 2009 00:32

men he4 inanmiramki kimise olene kimi severem))

LARACROFT

13 Sentyabr 2009 22:47

Mən də inanmmırdım ama artıq inanıram.Gözəl yazıdı.Çox sağ ol Həsənzadə.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

M_A_R_I_K

13 Sentyabr 2009 21:55

Ala besdide:)))))))))Allah oyunu tiksin besdude Dilqemlik eleme lol
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

Lady_Nejnost

13 Sentyabr 2009 20:43

Mən inanmıram ki, sən eşqə inanmayasan)))
Yalnız inanan insan bu cür yaza bilər smile
Təşəkkür sənə

Vanessa

13 Sentyabr 2009 20:18

Mən inanmıram eşqə,
gorsenir nece inanmirsan ay seni;))))))) lol sagol hesenzade

Paris

13 Sentyabr 2009 19:53

Mən inanmıram eşqə, aşiqsənsə inandır eşqə və eşqinə…


Hele inanmirsan bu qeder dastan yazmisan laughing gor inansan ne olar fellow

Sag ol Hasanzade.

NuniW

13 Sentyabr 2009 19:31

sevgini subut elemek mumkun deyil.en yaxin sandigin insan da bu dovrde sene xeyanet eder.

Ruhsar

13 Sentyabr 2009 19:21

twkr oxumaga sebrim catmir,hele ki awiq olmamiwam yeqin ondandir