Loading...
Sən gedərkən...

Sən gedərkən...

Loading...
S601;n ged601;rk601;n...

Susqun çağırmalarına, andlar yazıram, azad burax. Gedəcəksənsə elə get.

Sən gedərkən ağlamalıyam. Tökməliyəm aydınlığını xülyalarımın. Alın ağlığım, qaralayar bağlamalı, sən gedərkən mən, qalmamalıyam. Elə eləcə susaraq. Fəryadlarımı tapmamalıyam, sən günlərimdən, saxlandıqları yerdən çıxarıb ağızımın ən qışqırıq yerinə asmalıyam.
Sən gedərkən mən ağrımalıyam. Dərmansız qalıb, düşməməliyəm.
Sən gedərkən bir tufana qapılmalıyam. Sovrulmalıyam. Ağarmamalıyam. Qaralmalıyam. Sən gedərkən qan axmalıyam çay boylarında.
Sən gedərkən yetim qalmalıyam, yetim qalmalıyam, lal olmalıyam.
Sən gedərkən, mən qalmamalıyam...

Gedəcəksənsə elə get, məni aparma. Məndən nə qaldısa səndən geriyə, burax onunla sənin qalıqların, sənin götürmələrin, sənin xatirələrinlə yaşamağa necə yaşanacaqsa elə qalıyım...

S601;n ged601;rk601;n...

Sən gedərkən mən, avaz avaz böyütməliyəm səni, ən qışqırıq yanlarımla.
Sən gedərkən bombalar düşməli göydən şəhərimə. Bir qiyama qalxmalı ürək. Sən gedərkən oturmamalı daim qaçmalıyam. Səndən qaçmalıyam. Səni gözləməkdən uzaqlaşmalıyam. Səni elə eləcə gedərkən çox sevməliyəm. Sən gedərkən, gündüzləri yandırmalı, gecələri söndürməliyəm. üşüməliyəm. Yorğansız, yastıqsız bir kərpic ürək üstünə sərməliyəm, sənsizliyimi...

Sən gedərkən şəhərin səs-küyləri arasında itib, şəxsiyyətsiz, kimsəsiz qalmalıyam, Qüvvədə olmayan olmalıyam qəzet başlıqlarında. Keçə bilməməli adım hər hansı bir avtobus stansiyasında, .Sen gedərkən adım təkliyə yazılmalı, qafiyə düşməli kimsəsizlər yurduna...

S601;n ged601;rk601;n...

Sən gedərkən mən, bütün qışqırıqlarımı, avaz avaz susaraq, ağızımın ən fəryad yerinə qoyaraq susmamalıyam...

Sən gedərkən mən, qərənfilləri əzməliyəm. Cırmalıyam bütün qaralamaları sinəmin tükləriylə. Səni darıxmamalıyam. Yorğun ləhcəli sözlər boğazlamalı hissəsi. Köhnəltməməli səni, hər an ağrımalıyam. Daha bir sarılmalı sol yanıma, daha bir inanmalıyam sənə...

S601;n ged601;rk601;n...

Sən gedərkən nağıllar oyanmalı, gerçəklər yalan olmalı. sən gedərkən mən tünellərə girməliyəm. Çıxışını bilmədiyim labirintlərə itməliyəm.
itirməliyəm. Özümü ən dayaz sularda boğdurmalıyam. basdırılmalıyam hər boş məzara, ölməməliyəm.

Sən gedərkən mən tövbələrimi pozmalıyam. Sən gedərkən mən atəşin ən köz halında yanmalıyam. Cənnət deyə cəhənnəm qapılarını aşındırmalıyam.

Buraxmalıyam özümü, gedişinin uçurum rənginə...
Sən gedərkən mən, elə eləcə qalmamalıyam.

Sən gedərkən...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

İlkay

27 Yanvar 2013 22:23

Sən gedərkən mən, elə eləcə qalmamalıyam.


Tam razu gedib demekki her weyde onunla gedib oz heyatini yawamalisan..

KeNaN T.T.

14 Sentyabr 2009 20:17

recourse

DENTiS

14 Sentyabr 2009 08:09

recourse

M_A_R_I_K

13 Sentyabr 2009 14:22

Hesenzade :)Ne olub eee sene bele:))Ay Dilqem lol
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

semichka_supu

13 Sentyabr 2009 01:43

Sen gederken dalinca coxluca daniwdilar:)) biggrin

m.Hesenzade

13 Sentyabr 2009 00:43

Sitat: ROYA
Qasanzade sen neycun heyifivi yaziq weherden cixirsan?


biggrin
--------------------
Qara Kitabın Xoş Xatirələri...

shokoladka

12 Sentyabr 2009 23:52

bye

LARACROFT

12 Sentyabr 2009 23:34

Fikirləşirdim ki,kimsə getsə pis olmaram.Həyatdı davam edir.Kiməsə görə dəyməz.Həqiqətən də dəymirmiş.Getmək istəyəni saxlamaq olmaz.

Gözəl yaxı üçün çox sağ ol Həsənzadə.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

DeadDoll

12 Sentyabr 2009 22:55

hmmm gozel sozlerdi tewekkurler winked

nepasluwnaya

12 Sentyabr 2009 21:35

gelenim olubki gedenimde olsun... bee
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

DREAMY_GIRL

12 Sentyabr 2009 21:31

[/color] sen gederken elime xina tapmadim qoymaqa xebere gore twk 5+[color=#FF0000]

Lineage

12 Sentyabr 2009 20:40

Sən gedərkən ged yolun açıq olsun

rzayeva_faust

12 Sentyabr 2009 19:47

maraqli sozlerdir. teshekkurler.

Vanessa

12 Sentyabr 2009 19:20


Sitat: ZDENKO
Bezen getmek en yaxshi chixish yoludur.

Beli tamamile raziyam bezen hetta getmek ucun bilmirler daha ne behane getirsinler eeee agillarina ne gelir onu edirler daha demirler ki ozlerini aldadirlar sadece bu herektleriyle ozlerini gozden salirlar!!!!!!

ZDENKO

12 Sentyabr 2009 19:17

Sitat: RITMEX
Necə də ürəkdən yazmısan

Urekden yazmamisham, dushuncelerimi ve qerarimi yazmisham.
Bezen getmek en yaxshi chixish yoludur.

XeTaI

12 Sentyabr 2009 19:15

Sitat: ZDENKO


Men de dunen getdim.
bir daha geri donushu olmadan.
sadece ozume ve zamana yazigim geldi!
Geri baxmadim chunki baxilacaq hech ne yox idi, sadece " heyf" kelimesini ishletdim.
ayri hechne.


Necə də ürəkdən yazmısan

ZDENKO

12 Sentyabr 2009 19:13

Men de dunen getdim.
bir daha geri donushu olmadan.
sadece ozume ve zamana yazigim geldi!
Geri baxmadim chunki baxilacaq hech ne yox idi, sadece " heyf" kelimesini ishletdim.
ayri hechne.

XeTaI

12 Sentyabr 2009 19:10

Sən gedərkən arxanca atmağa su tapmadım...

Paris

12 Sentyabr 2009 19:07

Sən gedərkən bombalar düşməli göydən şəhərimə.


Qasanzade sen neycun heyifivi yaziq weherden cixirsan? biggrin

Vanessa

12 Sentyabr 2009 19:04

Gedəcəksənsə elə get, məni aparma. Məndən nə qaldısa səndən geriyə, burax onunla sənin qalıqların, sənin götürmələrin, sənin xatirələrinlə yaşamağa necə yaşanacaqsa elə qalıyım...

[center]bu yeri lezzet eledi sevgi haqda xeberler moddadi diyesen eeee Nece diyerler ele getki doneceyini dusunmeyim ))))[/center]