Loading...
Alov+Su=Sevgi

Alov+Su=Sevgi

Loading...
Alov+Su=Sevgi

Alov bir gün suyu görmüş uca dağların ardında aşiq olmuş onun dəli dalğalarına.

Hirsli - hirsli qayalara vuruşuna, ürəyindəki duruluğa.

Demiş ki suya:

-Gəl sevgilim ol, Həyatıma məna verən möcüzəm ol...

Su dözə bilməmiş alovun gözlərindəki istiliyə al demiş;

-Ürəyim sənə hədiyyə...

Sarılmış odla su bir-birlərinə möhkəmcə, qopmamaycasına...

Zamanla su, buxar olmağa, atəş, kül olmağa başlamış.

Ya özü yox olacaqmış, ya eşqi...

Alov+Su=Sevgi

Başdan alınlarına yazılmış olan qədəri də ürəyindəki kədəri də alıb getmiş uzaq diyarlara su...

Alov hirslənmiş, alova bürümüş meşələri...

Axtarmış suyu diyarlar boyu, günlər boyu, gecələr boyu.

Bir gün gəlmiş, su ilə kəsişmiş yolu. Baxmış o duru gözlərinə suyun, bir az incik, bir az hirsli.

Və o an anlamış; eşqin bəzən getmək olduğunu. Amma getmənin itirmək olmadığını....

Alov+Su=Sevgi

Alov dayanmış, susmuş, sönmüş eşqiylə. Elə o zamandan bəridir ki:

Alov sudan, su alovdan qaçar olmuş..

Alovun ürəyini yalnız su,

Suyun ürəyini Yalnız alov bürmüş...

P.S:
Mən, səni alovun suyu sevdiyindən daha çox sevdim...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

moonsun

8 Sentyabr 2009 16:56

TESEKKURLER SUPERDI AMA BELE SEVGI INDI 1/100-DI DEMEK OLAR KI YOXDU.MARAQLI IDI COX SAG OL, Rufat

DENTiS

8 Sentyabr 2009 15:17

Sitat: RITMEX
Olan işdir fikir vermə

Senin kimi tez unutqanligim yoxdude ne edim...

DREAMY_GIRL

8 Sentyabr 2009 13:45

super idi rufat cox saqol ellerive saqliq 5+

Limona

8 Sentyabr 2009 11:46

Super........ maraqli idi tesekkürler winked

NuriyeV

8 Sentyabr 2009 11:30

maraqlı idi

-Jasmin-

8 Sentyabr 2009 11:25

bəli
təkcə sevmək kifayət etmir məncə

Muharibe Jurnalisti

8 Sentyabr 2009 10:59

COX XOSUMA GELDRI...TESEKKURLER! love

Qreqor Zamza

8 Sentyabr 2009 09:29

Maraqla oxudum.Thanks!
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

zosti

8 Sentyabr 2009 09:04

Coox superdir tesekkur edirem hamiya bele boyuk sevgi arzuedirem amma onlarin sevgisi bele son bulmasin butun sevenler qovussun amin kiss loveis

Nahid-19

8 Sentyabr 2009 01:45

alov su bir heyatdii sevgi ise yalniiz ALLAHA birde Aileveeee gerisi ise bosh sheydii....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Estela

8 Sentyabr 2009 00:41

Belə hekayələrdən xoşum gəlir:))
təşəkkür bebiş rose

LARACROFT

8 Sentyabr 2009 00:23

Təsirli yazıdı.Kaş ki belə sevgilər olsa.Kaşki...

Çox sağ ol Rufat.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Vanessa

8 Sentyabr 2009 00:21

Cooox gozel hekayedi maraqla oxudum good

Ronnie_7

8 Sentyabr 2009 00:13

Sarılmış odla su bir-birlərinə möhkəmcə, qopmamaycasına...

Təşəkkür xəbərə görə Rufat. Ama alov su sevgi hara
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

nepasluwnaya

8 Sentyabr 2009 00:04

Və o an anlamış; eşqin bəzən getmək olduğunu. Amma getmənin itirmək olmadığını....------------------------ay daaa ne gozel..........ewqin bezen getmek oldugunuuuuuuuuuuu...superrrrrrr
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Guller22

7 Sentyabr 2009 23:47

Mən, səni alovun suyu sevdiyindən daha çox sevdim...Kaski bunu bilseydin....
Tesekkurler,hemiseki kimi super.

KeNaN T.T.

7 Sentyabr 2009 23:44

Mən, səni alovun suyu sevdiyindən daha çox sevdim...HELE DE SEVIREM

DeadDoll

7 Sentyabr 2009 23:38

yaxwi hekayedi tewekkurler winked

XeTaI

7 Sentyabr 2009 23:31

Sitat: DENTiS
eh Sevdim ama puc oldu.

Olan işdir fikir vermə

DENTiS

7 Sentyabr 2009 23:25

eh Sevdim ama puc oldu.

T$K-ler

XeTaI

7 Sentyabr 2009 22:34

Maraqla oxudum. *87/100

Rammstein-

7 Sentyabr 2009 22:32

mentiq var...tewekkur....