Loading...
Görmədim, eşitmədim, toxunmadım

Görmədim, eşitmədim, toxunmadım

Loading...
Görmədim, eşitmədim, toxunmadım

 

Görmədim,eşitmədim, toxunmadım...
Amma xəyal etdim. Zehinimdə canlandırdım səni. Mənə xəyalpərəst deyənləri buna görə yadırğamıram. Otağımın siqaret tüstüsü üzündən saralmaqda olan divarlarındakı çatlaqlarda tutdum dodaq izlərini bəzən. Və yaxud pəncərəmdən içəriyə utanar kimi süzülən ay işığının əks olunmasında gördüm gözlərini. Və aynaya baxarkən xoşbəxtdim ilk dəfə. bir-birinə qarışmış saqqallarımda sənin saçlarını xəyal etdiyimdəndirmi yoxsa gördüyüm hər şeydə bir parça sən meydana gətirdiyimdəndirmi naməlum...

Amma xəyal etdim. Gitaramın səsində eşitdim səni bəzən kimi zamansa bir piano melodiyasında vardı sənin səsin. Günəş doğulduqdan sonra yataram bilərsən çünki səhər cıvıldayan quşlarda mən sənin səsini eşitdim. Sənin səsinlə yatdım mən həmişə. Sənin səsinlə oyandım çünki anamda sənin səsin vardı.

Amma xəyal etdim. Bir pişiyi sevib oxşayarkən sənə toxunardım. Ovuclarımdakı o kiçik sərçədə sənin ürəyin atırdı mənim üçün. Və niyə səndən sonra daha çox siqaret çəkməyə başladım bilirsənmi? Çünki yandırdığım hər siqaretdə sənin dodaqların vardı səni öpürdüm mən hər nəfəsdə.. Siqaretdən çox da fərqli deyil idin. Sən də get-gedə zərər verirdin mənə bəlkə. Amma bu mənim xoşuma gəlirdi sahib olduğum duyğuların hamısında sənin adın vardı...

Və mən özümə səninlə zərər verməyə davam edirəm sən artıq bu vəziyyətdən sıxılmış və imtina etmiş olsan da. Hətta bəlkə də bilmirəm sən artıq olmasan da. Mən hələ çəkdiyim ağrılardan xilas olmaq üçün bir çox həb içib qusuram səhərə qədər. Acı çəkirəm. Sən heç olmadın bəlkə amma mən həmişə xəyal etdim. Sən mənim üçün çox gözəl bir xəyal idin.. Yox olub getsən belə mən səni görməyə, eşitməyə, sənə toxunmağa davam edəcəyəm..
Bəli səni heç görmədim, eşitmədim, və sənə heç toxunmadım...
Amma xəyal etdim...

Sən çox gözəl bir xəyal idin.
İndi bir külək üflə saçlarını göndər mənə və as məni səmaya, ay işığı və ulduzların uyğunlaşması gözəldir bu gecə...
İnsan öləcəksə belə bir gecədə ölməli sənin əlindən...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

7 Aprel 2013 15:53

Artıq xeyal deyil,menimçün realsan.

★_EliSa_★

8 Sentyabr 2012 20:40

Sən çox gözəl bir xəyal idin.

SeniSensizSeven

1 Noyabr 2011 08:53

Sən çox gözəl bir xəyal idin.
İndi bir külək üflə saçlarını göndər mənə və as məni səmaya, ay işığı və ulduzların uyğunlaşması gözəldir bu gecə...
İnsan öləcəksə belə bir gecədə ölməli sənin əlindən...

MR.QARRI

18 Sentyabr 2011 17:50

Bir pişiyi sevib oxşayarkən sənə toxunardım. .....bu maraqlı cümlədi...

VeFaSi_EkSiK_YaRiM

18 Sentyabr 2011 15:08

cox sagolun yaxsi xeber idi

SeniSensizSeven

18 Sentyabr 2011 11:50

twk

SonMoon

18 Sentyabr 2011 01:23

twk amma sebr catmadiki oxuyum sorry

Ronnie_7

18 Sentyabr 2011 00:41

Təəsüf ki xəyal olaraq qalassan(
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Farawka

17 Sentyabr 2011 23:58

tewekkurler.

Land_Lady

17 Sentyabr 2011 21:31

Oxumaq istesemde sebrim catmadi. Sorry
rose

pitbull1998

17 Sentyabr 2011 21:09

maraqli tsk 900-cu serhimi yaziram
--------------------

Səni Sevirəm

Cheburawka

17 Sentyabr 2011 21:04

bu cür yazılar mənə əvvəllər təsir eliyirdi indi yox laughing
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Nilay

17 Sentyabr 2011 20:56

duzu yarisini oxudum,sebrim catmadi e hamisini oxuyum, yene de tesekkurler

Aidan

17 Sentyabr 2011 19:16

Siqaretdən çox da fərqli deyil idin. Sən də get-gedə zərər verirdin mənə bəlkə. Amma bu mənim xoşuma gəlirdi sahib olduğum duyğuların hamısında sənin adın vardı...
--------------------
Dream it.
Wish it.
Do it.

Babydoll

17 Sentyabr 2011 19:13

Sebr Qokkkuuu...
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..