Loading...
Anam yoxdur daha

Anam yoxdur daha

Loading...
Anam yoxdur daha

Anam yoxdur daha. Məni düşünən ürəyi yoxdur. Bitdi.
Ümidsiz olmaq istəmirəm. Ümidsizliyin bir çıxış yolu olmadığını da bilirəm. Anam yoxdur daha, yer üzü çox gördü onu, kütlənin arasında quş kimi çırpınan varlığını çox gördü.
Ürəyini çox gördü, bizim üçün vuran, qayğılarla dolu ürəyini.
Anam yoxdur daha. Bu belədir. Qayıdacağı bir yerə getmədi. "Baxın, gəldim uşaqlar" deməyəcək, necəsən balam deməyəcək, sobanın yanına oturub uzatmayacaq yorğun ayaqlarını.

Anam yoxdur daha

Səhər nahar masası olmayacaq, yenə gəl deməyəcək mən qapıdan çıxıb qaranlığa qarışarkən.
Yeni bir dövrü başladı ömrümün, anamın olmadığı dövrü, onu ürəyimin üstünə necə basdırmaq istədiyimi bilməyəcək daha.
Gənclik dövrləri bir şey izah etmir mənə, ağlımda həmişə son dövrlərinin anamı var.
Həyatım davam edəcək, anam olmadan, uşaqlarım olanda onlara anamı izah edə biləcəyəm.
Şəkillərinə baxacaqlar, bir az qəmli bir qadın...
Kiçik tozlu başmaqlarıyla nərdivanları dırmaşıb qapımı açıb girməyəcək.
Həyatım külək kimi axıb keçir, uğultulu bir külək kimi axıb keçir həyatım.
Anam deyə bilməyəcəyəm başqasına, səsimin anama səslənən tonuyla.

Anam yoxdur daha

Məni sevən bəziləri olacaqmı yenə də?
Gedib şərtsiz uzanacağım bir yataq, saçlarımı oxşayacaq bir əl.
Amma mən anama da bütünlüklə heç bir zaman buraxa bilmədim özümü.
Saçlarımı oxşayarkən, yorular indi, buraxar indi deyə düşünərdim.
Və dəlicə yaramaz, beyni boş deyiləcək qədər yaramaz, və xəstə deyiləcək qədər həssas bir uşaq idim uşaqlığımda da.
Anam heç bir zaman bilmədi, ürəyi böyümüş bir uşaqdım mən, gizli gizli nə qədər çox ağladım, bir gün onun öləcəyini düşünərək.
Anam yoxdur daha, onun ürəyindəki mən də yoxam, yəni anamla olan mən də öldüm onunla.

Anam yoxdur daha

Ey mənim ürəyim, güc ver mənə, ey həyat güc ver mənə, anama yaraşan şeirlər söyləyim.
Boşuna yaşamış olmasın o, sonsuzlaşsan, ürəkdən gələn, hamar sətirlərimlə.
Və elə gözəlləşsin ki hər şey, elə ərisin ki yumşaq bir işıqda.
Elə müdrikləşim, elə sevgiylə dolsun ki, ürəyim, ölərkən anamlaşım.

Heç bir şey yox olmamış olacaq, çevrilərək sonsuz, böyük və bütün zamanları birləşdirən bir sevgi..

Fikirləriniz..

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

10 Aprel 2013 09:33

Allah(c.c) bütün analara uzunca ömür versin,istesek de istemesek de onlar bir gün heyatdan köçecekler,ele bizler de,buna göre indiden gelin qiymetini bilek.

_MiSS PrInCeSS_

4 Sentyabr 2011 15:54

Oxuduqca ozumu gucle saxladim,Rebbim hec birimizi,korpelerimizi anasiz qoymasin....amin....

DEL PYERO

4 Sentyabr 2011 12:22

cox tesirlidi.ALLAH butun analarln canlnl saq elesin..

tweety_15

3 Sentyabr 2011 20:09

Sitat: Oppa
Çox sağol xəbərə görə..ALLAH Analarımızı bizə çox görməsin,onları bizim yanımızdan,həyatımızdan əksik eləməsin..Amin!

amin melek

FLOR

3 Sentyabr 2011 19:22

Sitat: NiSh
Bele xeberlere qarwiyam.Pis menada yox valideyni olmayanlar bu xeberi oxuduqda bir daha hemen hissleri kecirirler.

tam razi senle .. bele xeberlerden gelin bir az uzaqlasaq .. ezizlerini itirmislerin veziyyetini azca hiss edek , onlarin yerine bir anliq ozumuzu qoyaq .. bu bir xahisdi pis nezere alinmasin .. hisslerle oynayib qanatmayaq yaralari

elena

3 Sentyabr 2011 19:17

Bele xeberlere qarwiyam.Pis menada yox valideyni olmayanlar bu xeberi oxuduqda bir daha hemen hissleri kecirirler.

FLOR

3 Sentyabr 2011 19:15

Sitat: ICE_CREAM
Ürəyimizi ağrıtmayın da

recourse

Beatrice

3 Sentyabr 2011 19:13

FLOR,
AMIN.duz deyirsen biZ onlarsiz hec kimik
--------------------
Meleyimmmm loveis loveis loveis

FLOR

3 Sentyabr 2011 19:10

Allah hec bir evi mamalarsiz elemesin .. onlarsiz bizler hec neyik

_DecelkA_

3 Sentyabr 2011 17:47

Allah hec zaman analarimizi eksik etmesin bawimizin ustunden.Yaziyi oxudum ve pis oldum:(

DReaM

3 Sentyabr 2011 17:17

qazanıb sonradan itirmək acıdır bilirəm amma qazanmamış dadına baxmamış itirmək daha acıdır
Sitat: Asi
Anam deyə bilməyəcəyəm başqasına, səsimin anama səslənən tonuyla.

Dior Cherie

3 Sentyabr 2011 16:43

Sitat: Mr_RoCCo
Çox sağol xəbərə görə..ALLAH Analarımızı bizə çox görməsin,onları bizim yanımızdan,həyatımızdan əksik eləməsin..Amin!

Amin!

Elif_87

3 Sentyabr 2011 15:32

Allah Analarimizi bizlere cox gormesin...
Yasama sebebimdir, onsuz heyati tesevvur bele etmirem... Dusunmek bele agridir qelbimi...

MY_CRAZY_FRIENDS_

3 Sentyabr 2011 15:00

Səhər nahar masası olmayacaq, yenə gəl deməyəcək mən qapıdan çıxıb qaranlığa qarışarkən.
Yeni bir dövrü başladı ömrümün, anamın olmadığı dövrü, onu ürəyimin üstünə necə basdırmaq istədiyimi bilməyəcək daha.

Aidan

3 Sentyabr 2011 14:43

Anam heç bir zaman bilmədi, ürəyi böyümüş bir uşaqdım mən, gizli gizli nə qədər çox ağladım, bir gün onun öləcəyini düşünərək. eh
--------------------
Dream it.
Wish it.
Do it.

settar

3 Sentyabr 2011 14:31

adamin niye asabin pozursuz

Cheburawka

3 Sentyabr 2011 14:19

Sitat: Mr_RoCCo
ALLAH Analarımızı bizə çox görməsin,onları bizim yanımızdan,həyatımızdan əksik eləməsin..Amin!

Amin!
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Murad

3 Sentyabr 2011 14:04

Ürəyimizi ağrıtmayın da
--------------------
About me

Mr_RoCCo

3 Sentyabr 2011 13:27

Çox sağol xəbərə görə..ALLAH Analarımızı bizə çox görməsin,onları bizim yanımızdan,həyatımızdan əksik eləməsin..Amin!
--------------------
FaceBook
Instagram - ageelvevo

T. Durden

3 Sentyabr 2011 13:23

Səmimi gəlmədi yazı.. niəsə.

bu menem

3 Sentyabr 2011 13:20

ANA haqqi odenmez
Sevmeye omur yetmez.
Butun dunya menim olsa,
Bir ANAM etmez!

Tatli cadi

3 Sentyabr 2011 13:19

tsk

Beatrice

3 Sentyabr 2011 13:13

gozel sozlerdi
--------------------
Meleyimmmm loveis loveis loveis

SweeT DReaMS

3 Sentyabr 2011 13:10

ilk rey menden . cox sagol gozel sozlere gore mac

Asi

3 Sentyabr 2011 13:10

Anam deyə bilməyəcəyəm başqasına, səsimin anama səslənən tonuyla.
--------------------
Dərd etmə ,dua et..