Loading...
Yox idin Anam...

Yox idin Anam...

Loading...
Yox idin Anam...


Ana...sadəcə bu sözün varlığı ürəyimin ən dərin yarasını yenidən acıdır və hər dedikdə, eşitdikdə eyni acını təkrarən yaşadır mənə.
Artıq yoxsan kimi bir şeyi qəbul edə bilmirəm, inana bilmirəm ki, artıq səni görə bilməyəcəm. Mələk olub getdin.
Hər evə döndükdə gözüm səni axtarır, qaçaraq səsləyirəm ki, ana mən gəldim. Bu gün də otağını, gəzdiyin yerləri, mənə layla dediyin yatağı, hər gün arxamca su tökdüyün bacanı axtardım...amma Sən yox idin Anam...
Bəzən öz-özümə əllərimi uzadıram göylərə ki,bəlkə əlimdən tutursan amma mən duymuram. Öz-özümə saatlarca səninlə danışıram. Sənə elə ehtiyacım var ki, elə möhtac qalmışam sənin əllərinin sığalına. Başımı dizlərin üstə qoyub uşaqlıq edirdim, ağlıma gələn hər bir söz haqda səninlə danışırdım. Səninlə hər bir şeyimi bölüşürdüm, sirdaşımdın.. Amma bu gün o divanda yenidən mən uzanıb sənlə danışarkən, sən yox idin Anam...

Yox idin Anam...

Hər gecə yoxluğunla barışmayıb ağladıqda, rəfiqələrimlə yoxluğunun acısını paylaşdıqda belə bir anlıq rahatlatmır ürəyimi o göz yaşları.Saatlarca səni anladıram onlara. O mənim Anam idi...o məni hər an anlardı, qayğıma qalardı...axı o mənim anam idi.
Deyirlər insan dünyasını dəyişərkən belə ona olan sevgini duyur, Ana sən də duyursanmı səsimi? Səndə bu acılarımı hiss edirsənmi? Mənim üzüntülərimə sən də üzülürsənmi? Əgər bu həqiqətən belədirsə bir dəfə bunu mənə hiss elətdir. Yuxuma gəl və ya sənlə danışarkən bir işarə et, nə bilim elə et şəkilin düşsün və ya işıqlar sönüb-yansın... Bir şey et ana nə olar, yalvarıram...axı məni duymağın biraz içimi rahatladar, çünki sənə bütün sevgimi çatdıra bilmədim.
Bütün istəklərin, arzuların yarımçıq qaldı. Səninlə birgə mənim də bütün həyata dair arzularım öldü. Artıq heç nə yoxdu, sadəcə var olan ətrafımdakı şəkillərin, sənli xatirələr və göz yaşlarım. Qəbrin nurla dolsun Anam...



P.S. yazı yaxın rəfiqəmə həsr olunub.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

İlkay

22 Avqust 2012 00:37

Anasiz hecneyik
Biri men ozum Anamsiz hecem
Anamin eziyyetinden hec vaxt cixa bilemrem
Mene cekdyi eziyyeti hec vaxt qaytara bilmerem
Allah butun Analara can sagligi versin
Bizim Analarimiz ise onlarin icinde
Amin
Anamin qabaginda baw eyirem
Duz deibler ki Cennet Analarin Ayagi Altindadir
Xeber cooox gozel idi coooox
Sizede tewekkur edirem ki bele gozel ve en esasi deyerli bir xeberdir
Cox sag olun.

QaRaCa

9 İyun 2012 21:31

Sitat: Milaska89
Qaraca..söz tapmıram bu qız haqqında deməyə...
SADECƏ COXX İNSANI BAŞA DÜSƏN,İNSANIN DAXİLİ HİSLƏRİNDƏN BU QEDER GÖZƏL ANLAYAN İKİNCİ ADAM YOXDU!


Xəbəri yenidən gördüm. Və üzüldüm... Həm sənə, həm Pussimə görə....Bu yazını heç unutmam və hər gördüyümdə kövrəlirəm:

Sən həmişə deyərdin “Unutma,gözəl qızım sənin ən yaxın rəfiqən,dostun mənəm.
Nə dərdin olsa mənimlə paylaş” Uşaq vaxtı hər dərdimi sənə söyləyərdim,
mənim bütün problemlərimi sən həll edərdin.
Topum partlasa yenisini alardın, yıxılıb dizimi qanatsam tez sarıyardın,
kimləsə mübahisə etsəm mənə başa salardın,paltarım çirklənsə yenisini alardın,
ağlasam sən susdurardın,məni parklara aparardın...
Niyə tez böyüdüm,ANA?
Daha sənə problemlərimi danışa bilmirəm...
Niyə tez böyüdüm ki,mən yenə problemlərimi həll etməyini istəyirəm... Amma bu dəfə fərqlidir hər şey...
Qanayan dizim deyil,ürəyimdir, ana!
Nə olar,onu uşaqlıqda bağladığın kimi bağla və öp indi sağalacaq de...
Mübahisələrim uşaqlarla deyil,böyüklərnəndi,ana!
Nə olar,onlara mənim demək istədiklərimi sən başa sal,daha mən yorulmuşam...
Daha partlayan topum deyil,səbrimdir,ana!
Nə olar,mənə səbr etməyi öyrət,bacara bilmirəm daha...
Ağlamıram,ana, susuram!
Nə olar,məni susdurma...
Sən parka aparardın məni, indi yalnızlıq parkında gəzirəm...
Çirklənən paltarım deyil,həyatımdır,ana!!!
Daha tab gətirmir dərdlərə... Zərbə vurub gedənlərə...
Nə olar,ana, uşaqlıqda olduğu kimi məni müdafiə elə... Amma,doğrunu,yalnışı başa sal...
Nə olar,gəl əllərimdən tut apar...
Anlamıram... Niyə tez böyüdüm,ANA?

Ledi Luiza

9 İyun 2012 20:40

Xebere girib ozum Anasizligin ne oldugunu .... Ama alinmir hec kime anlada bilmirem...
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

Milaska89

29 İyul 2011 01:55

Bağışla can ana.... sad

Gəlib o yerləri gəzirəm sənsiz,
Boğur qəhər məni,dözürəm sənsiz,
O ata yurdundan bezirəm sənsiz,
Bağışla can ana,bağışla məni.

elecTroSh0k

27 İyul 2011 23:44

həgigəttəm anamız olmasaydı kimə dönərdik biz??)

Milaska89

24 İyul 2011 15:20

pussy_cat,
sad

Könlüm sığınmağa məkan yox daha
Gözünü üzümə tikən yox daha,
Sənin tək qayğımı çəkən yox daha,
Ay Ana .... sad ... Anasız qalıb.

pussy_cat

24 İyul 2011 10:47

Sitat: Milaska89
Həmişə yanımda olmanı isdərdim Ana...Qoxun həmişə burnumda,sözlərin ağlımda,sevgin həmişə ürəyimdədir.

Milaska89

21 İyul 2011 01:16

sad

Milaska89

18 İyul 2011 03:53

Həmişə yanımda olmanı isdərdim Ana...Qoxun həmişə burnumda,sözlərin ağlımda,sevgin həmişə ürəyimdədir. sad

Gitarist

17 İyul 2011 18:47

Ana...sadəcə bu sözün varlığı ürəyimin ən dərin yarasını yenidən acıdır və hər dedikdə, eşitdikdə eyni acını təkrarən yaşadır mənə.

Milaska89

17 İyul 2011 18:11

Yenə sənin balaca qızın olmaq istəyirəm.

Həmişə anamın izində yeriyəcəm.Həmişə yanımda olacaq!Onun üçün yaşayacağam!!!!!

Milaska89

14 İyul 2011 18:04

Sarıla bilmədiyim "SƏN"ücün darıxmışam ANA sad Kaşki Analar ölmüyəydi! recourse Kaşki bu lənət olmuş bu "kaşkilər"olmayaydı...

Ananızı sevin, onun qiymətini bilin !
Həyatda ən pis şey "anasızlıqdır" dostlar.
İndi gedin sarılın ONA ,Mənim yerimə də təbii....

...seninem...

13 İyul 2011 20:27

yazi mene ne pis tesir etdi. Analar hemise var olsunlar.

Sitat: Milaska89
Bu gün uşaqlığım üçün darıxdım,həyətdə oynayarkən yıxılmağım üçün.,Sonra dizlərimdə olan yaralara görə ağlayardım.Amma böyüdükcə anladım ki,qəlbdə olan yaralar daha çox incidirmiş.



ele olurki gunlerle oxudugum bir kitabin, baxdigim filmin tesirinde qaliram. indi de bu yazinin tesiri qalacaq men de bilirem ki.

Milaska89

12 İyul 2011 00:35

QaRaCa,
recourse

Axan göz yaşlarimi silən əllərinə, təmənnasiz heç kimsədə duya bilmədiyim sevginə,dərdlərimi yüngülləşdirən şəfqətinə,o isti qucağina elə ehtiyacim var ki.. sad

Milaska89

11 İyul 2011 23:14

QaRaCa,

əgər düşündüyüm kimidirsə recourse demeli ortan noqtemiz bizi qarsi qarsiya getirib sad

Milaska89

11 İyul 2011 22:32

Bu gün uşaqlığım üçün darıxdım,həyətdə oynayarkən yıxılmağım üçün.,Sonra dizlərimdə olan yaralara görə ağlayardım.Amma böyüdükcə anladım ki,qəlbdə olan yaralar daha çox incidirmiş. Darıxdım,bir səhv etdikdə anamın məni acılaması üçün darıxdım.Düşünürdüm ki,o məni sevmir.Amma böyüdükcə anladım ki,anamın bir acı sözü indi eşitdiyim min saxta şirin sözlərdən üstün imiş...: recourse

mesi_16

11 İyul 2011 20:43

Cox tesirlidi.Anam xestelenende hele ureyim dusur.Anasi olmuyanlar gor ne cekir.Allah sebr versin recourse

mixlife

11 İyul 2011 13:37

Bunu oxuyunda belke de bu heyati yasayanlarin hamisi bele dusunur...amma men heqiqeten bu ani yasadim,sanki heqiqeten menim ucun yazilib... recourse

pussy_cat

10 İyul 2011 14:11

Bəlkədə çox şeylər demək istərdim amma bu dəfə sözlə ifadə olunmasinda çətinlik çəkdim...
Bu dəfə sadəcə susmaği seçdim sad

Qaraca əvəzsiz yazi üçün təşəkkür.

Milaska89

9 İyul 2011 00:54

Anam mənim bu həytda nəfəsim idi sanki...O ə yanımda olmadığında,həyatın mənim üçün necə mənasız olduğunu anlayıram...

SabishKa

6 İyul 2011 00:46

Yazını oxumadım, amma pis oldum...Bələ yazıları oxuya bilmirəm çünki çoox pis oluram...Allah rəhmət eləsin...recourse

sweet doll

6 İyul 2011 00:37

cox kovreldim.... recourse P.S. yazı yaxın rəfiqəmə həsr olunub.-Allah rehmet elesin anasina! refiqene de Allah sebr versin!....anasizliq dehwetdi...ne deyim vallah...bir onu bilirem ki heyatda hansisa acini yawamaq bawqa tesevvur etmek bawqa... Allah heckese bu acini yawatmasin!Amin!heyatda olan analara Allah can sagligi versin,heyetda olmayanlara rehmet elesin!Amin! melek CENNET ANALARIN AYAQLARI ALTINDADIR!

Milaska89

5 İyul 2011 18:57

hep terketti sevdiklerim
paramparça dünyam benim
sende kaldı ümitlerim
paramparça dünyam benim
baştan yarat ellerimi
batan yarat gözlerimi
baştan yaz şu kaderimi
tanrım beni baştan yarat.

Sweety

4 İyul 2011 22:46

Yazı çox təsiredicidi..Allah heç bi övladı Cənnətin mələkləri olan Anasından ayırmasın..Çünki Ana əvəzedilməz bir varlıqdı..Ana!Bax bu sözün mənası nədir? Ana! Oda aşiq bir pərvanədir. Dolanır başına daim övladın, Ana- müqəddəsdir o təmiz qadın!

Milaska89

4 İyul 2011 18:44

Ana ... Ana heç qıya bilməz balasına, çünki ən çox o sevər ... Bir gün ikinci plana düşəcəyini, hətta unudulacağını bilə-bilə, heç əsirgəmədən, heç məhdudlaşdırmadan, heç bir şərt qaçmadan ÇAYLAR kimi axıdar sevgisini.
Çünki o Anadır..

Faya

4 İyul 2011 12:35

Ana... Onsuz həyatı təsəvvür eləmək çox çətindir. Allah onu bizə çox görməsin...
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Lektra

4 İyul 2011 12:05

Allah butun analarin canini sag elesin,kimin anasi yoxdursa allah rehmet elesin ve sebr versin.biz anasizlari basa duse bilmerik.
Ne bilir analilar, ne cekir anasislar.

Milaska89

3 İyul 2011 23:56

Dizlərinə başımı qoyub yatmağa həsrətəm recourse

ONA COX EHTİYYACIM VAR!

ReaDStaR

3 İyul 2011 22:36

superdi aglatdun meni,menimde refiqemin anasi yoxdu o qeder calisdimki anasini axtarim amaki alinmadi,dogma xalasi didiki menim ne o adli bacim nede bacim qizi var...!!!

Aidan

3 İyul 2011 20:25

Sitat: Mr_RoCCo
kimin Anasıdısa Allah rəhmət eləsin,Allah səbr versin..

--------------------
Dream it.
Wish it.
Do it.