Loading...

Mənim birincim..
Sevgi
- 02 İyul, 2011
- 7 196 Baxış
Loading...
Mən sənə verdiklərinin təşəkkürünü belə verə bilməyəcək qədər acizəm.
Amma hər pis ana “Yox!” deyib sevinə biləcək qədər ehtiyacım var sənə.
Məni isidən mehribanlığının əvəzini milyonlarla ulduzlarla da verə bilmərəm.

Ulduzlar da sənindi, mən də. Bütün varlığım, gözümün nuru, anamın qayğıkeşliyi, onun qucağı, sevgilimin məhəbbəti və hər şeyim tək sənə qurbandı.
Amma bunları da sən vermisən mənə. Nə yaxşı ki, vermisən. Nə yaxşı ki, bunları sənə qurban verə biləcək qədər tanımışma səni.

Ürəyimdəkiləri heç kimə deyə bilmirəm, sənin varlığını biləndə hər şey kiçilir gözümdə, əlbəttə, ən böyük Sənsən axı.
Necə gözəl xoşbəxtlik vermisən mənə, sənə həmişə məni mən olaraq mənə verdiyin üçün minnətdaram Sənə.
Mənim ən yaxınımsan, mən də sənə insanlara olmayacaq qədər yaxınam.

Sən məni məndən yaxşı bilirsən, sən mənim üçün ən yaxşısının nə olduğunu bilirsən.
Necə qəribədir, amma mən bunu bilmirəm, mən nə bilirəm ki?
Bildiyim tək şey var: Allah var, mən varam.
Sənin varlığını görmək mənim əməllərimi, hisslərimi, sevgimi, bütün verdiklərini başa salır mənə.

Mən həmişə peşman olub ağlayacağam, mən həmişə səni lap, lap, lap çox sevmədiyimə görə peşman olacağam.
Sən bütün bəşəriyyətdəki insanların sevgilərinin cəmindən də böyük, sozsuz sevgiyə sahibsən. Çünki sən layiqsən. Sevgi də sənindir.
Məni öz nəfsimdən qoru, şərdən, böhtandan qoru. Hər gün məni nədənsə qoruduğuna əminəm, maşın yolunu keçəndə mənə şans verdiyinə görə sevinirəm.

Sadəcə saniyələr ayırır məni ölümdən. Mənə hər şey vermisən, hamısı da gözəl. Nə etmişəmsə, özüm-özümə etmişəm.
Sən məni heç vaxt incitməyəcək qədər sevirsən məni. Mən də səni sevirəm, kimi sevirəmsə, sevim, sən birincimsən.
Gülümsəmək istəyirəmsə, səni xatırlayıram, səni bir neçə saat ərzində düşünməsəm, çox utanıram.
Mən sənə həmişə şükr edəcəm. Inşaallah!
P.S: Yazı tamamilə mənə məxsusdur. Müəllifin icazəsi olmadan başqa saytlarda yayımlanması qadağandır.

OXŞAR XƏBƏRLƏR
Загрузка...