Loading...
Məktubunuz var: Britneydən Sevgilərlə

Məktubunuz var: Britneydən Sevgilərlə

Loading...
Bəzən bir mahnıya qulaq asıb kədərlənərik. Bəzən köhnə bir xatirəyə.. Bəzən şirin bir təbəssüm gəlir ağılımıza bəzən şirin bir zarafat.. Hamısında sevginin izləri var, keçmişdə qalan, amma hələ yaşanan.. İndi hər şeyi bir kənara buraxın! Və keçmişdə qalan şirin bir anınızı düşünün.. Düşünün, elə indi, bunu oxuya-oxuya..

Məktubunuz var: Britneydən Sevgilərlə

Yaxşı.. İndi o anınıza geri dönün və yenə eyni şeyləri yaşamağa çalışın.. Xoşbəxt olursunuz hə? Bax bunun səbəbi, içinizdəki o sevgi mənbəyidir. Bəzən keçmişdə yaşanan pis hadisələr gəlir ağlımıza.. Düşünürük! Acı ilə dolur ürəyimiz.. Amma yenə də xoşbəxt olmağa çalışarıq.. Çünki ürəyimizdə hələ sevgi tərpənişləri var.. Bax, bu sevgi yeyər keçmişdə yaşadığımız pis izləri.. Çox vaxt haqsızlıqlarla qarşılaşarıq, pisliklərlə, yalanlarla, ağrılarla..

Məktubunuz var: Britneydən Sevgilərlə

Və bir an içimizdəki o sevgi belə zəbt edə bilməz bizi.. Cavab vermək istəyərik edilən haqsızlığa, pisliyə.. Bu dünyada, arxamızdan təriflə danışılacaq bir hadisə varsa, o da sevgiylə etdiyimiz bir hadisə olacaq.. Çünki hər şey bu dünyada qalar.. Heç kim çox sevdiyi bir şeyi özüylə apara bilməz.. Ancaq, etdiyi və edəcəyi qalıcı şeylər ona çox şey qazandırar.. Sevgi adıyla edilən qalıcı şeylər nə ola bilər?

Məktubunuz var: Britneydən Sevgilərlə

Bu suala əslində bir çox cavab verilə bilər.. İnsanları sevmək, onlarla yaxşı dolanmaq, sevgiyə inanaraq yaşamaq belə, sevgi adına edilmiş qalıcı şeylərdi.. Təbii sevgini, yalnız hiss etmək yerinə, bunu tətbiqə keçirmək daha qalıcı olar. Sevgini tətbiqə keçirmək, sevgini hiss edərək yaşamaqdır. Sevgini sıx olaraq yaşayan biri, onsuz da sevgi adına yaxşı bir şey edir deməkdir. Əlimizdən gəldiyincə sevgini doya-doya yaşayaq! Sevgini yaşadıqca, həyat daha da rənglənər..

Məktubunuz var: Britneydən Sevgilərlə

Adamın xoşbəxt ola biləcəyi bir səbəbi olar əlində. Sevgi bir ümiddir, sevgi xoşbəxtlikdir... Sevgini ifadə etmək çox sadədir. Anamıza sarılmaq belə bir sevgidir... İsti bir gülümsəmə, bir sevgi ifadəsidir.. Bunları etmək çoxmu çətindir? Sevgiyə inanan üçün heç də çətin deyil.. Sevgidə ayıb olmaz.. Qoyun çıxsın içinizdəki duyğular.. Göstərsin özünü insanlara.. Onlar da xoşbəxt olsun, sizin xoşbəxt olduğunuz kimi.. Unutmayın ki; Sevgi öyrənilməz.. Sevgi öyrədilməz...

Məktubunuz var: Britneydən Sevgilərlə

O, onsuz da insanın içində var olan bir duyğudur.. Amma o duyğuların xaricə çıxa bilməsi üçün kömək etmək lazımdır.. O duyğuların hər kəsə peyvənd edilməsi üçün.. Bəzən bir uşaq görərik.. Soyuqda, aç və çarəsiz.. Kədərlənərik, getmək istəyərik yanına, qucaqlamaq, oxşamaq gəlir içimizdən uşağı.. Kömək etmək istəyərik ona.. Kimsəsizdir, sevgiyə möhtacdır deyə..

Məktubunuz var: Britneydən Sevgilərlə

Amma çox vaxt gedə bilmərik yanına.. Bir şey mane olar bizə.. İçimizdə ona qarşı sıx duyğular hiss edərik amma bunu hərəkətə keçirə bilmərik.. Sanki "mütləq başqa biri kömək edər" düşüncəsinə qapılarıq.. Amma o an düşünə bilmərik, o "başqa biri" nin biz olmalıyıq.. Sevgini tətbiqə keçirmək , "başqa biri" nin edəcəyi şeyi, bizim etməmizdir.. Sevgi, bu şəkildə peyvənd edilər.. Sevgi ancaq o "başqa biri" nin edəcəyi şeyi, özümüzün etməsiylə reallaşar, "başqa biri" ni gözləməyin..

Məktubunuz var: Britneydən Sevgilərlə

Çünki "başqa biri "də, "bir başqa biri" ni gözləyəcək..
Və o uşaq, həmişə "bəzilərinin" sevgisinə həsrət yaşamağa məhkum olacaq.. Sevginizi göstərmək üçün gecikməyin..
Unutmayın !
Sevgi öyrənilməz.. Sevgi öyrədilməz..
Sevginizi paylaşın.. Hər kəs ortaq olsun sevginizə..
Sevgi paylaşanda müqəddəsləşər..
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

13 Aprel 2013 11:48

Men sayta gelende bele bir xeber var idi,onda Britney Spears menim marağıma sebeb olmuşdu,amma indi çox heyifler olsun sayta gelmir.

Dior Cherie

19 İyun 2011 18:36

[i Sevmek ve sevilmek cooox gozeldir love ][/i]

FLOR

19 İyun 2011 01:05

sevgi yoxdu mence inanmiram sevgiye

MACUTA

19 İyun 2011 00:22

Sevgi öyrənilməz.. Sevgi öyrədilməz..

Çox sağ ol canım mənim əlin,ürəyin ağrı görməsin.Amin. love
--------------------
Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilərlər ... { Hz. ƏLİ }

ReaDStaR

18 İyun 2011 23:34

evveller qeydiyyatda olmasamda her defe gelib sevgi xeberlerini oxuyurdum xususi ilede sizin cox maralidi,cox vaxt meni agladirsiz,indi cox doldum bi defede oxusam agliycam,bezmirem sizin yazdiglarinizi oxumaqdan,men sevirem hamiya oz sevgim kimi sevgi arzulayiram.......!!! melek

Babydoll

18 İyun 2011 23:15

Ilk defedir ki Sevgiye aid olan bir metni ureknen oxudum ve chox beyendim..)))
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

MonO PolY

18 İyun 2011 21:58

ssevgii recourse
--------------------
New Age music

Yüz daha versen yüz uman yüzler bilirim.. Yokuşlara kardeş olan düzler bilirim ..Dünya öküzün üstünde derler ama; dünyanın üstünde nice öküzler bilirim !...

- Necip Fazıl Kısakürek

MASTER-SAN

18 İyun 2011 21:50

Hami sevgi uzre akademiyanin uzvu olub sonrada elmi derece alacaq axirda :)) lol
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

_DOCTOR_

18 İyun 2011 19:58

bele xeberi oxuyan kimi bildimki Britneydi.tesekkur ama sevgiye inanmiram smile

bele xeberi oxuyan kimi bilirem ki Britneydi.tesekkur ama sevgiye inanmirameeee

pitbull1998

18 İyun 2011 19:28

gozel alinib xususuile-de sonu
--------------------

Səni Sevirəm

Gunay_oxatan

18 İyun 2011 18:46

elin qolun agrimasin Britney baji tongue2

Aidan

18 İyun 2011 17:42

Dekabr və Payızım love
=)
--------------------
Dream it.
Wish it.
Do it.

D-e-V-i-L

18 İyun 2011 17:33

Sevgiye inanmiram !!! Xebere gore Thanks...

Mr_RoCCo

18 İyun 2011 17:18

təşəkkür Brity gözəl xəbərə görə give_ros
Sevginizi paylaşın.. Hər kəs ortaq olsun sevginizə..

hə indi face-də paylaşacam:D lol
--------------------
FaceBook
Instagram - ageelvevo

Gulka

18 İyun 2011 17:13

bye
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

sweet doll

18 İyun 2011 17:07

dogru ve gozel bir yazi girl_ang

MoNuElLa

18 İyun 2011 17:02

Ooooo darixmiwdim Britneyin mektublarindan otru....... sevgi dolu mektublar... love
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(