Loading...
Dəniz kənarında ağ ev

Dəniz kənarında ağ ev

Loading...
Deniz kenarinda ag ev

Dəniz kənarında ağ ev

Həyat qəribədir. Amma onun qəribəliklərini biz başa düşmürük. Bəzən əlimizdəki xoşbəxtliyi görmürük,onun dəyərini isə itirəndən sonra bilirik. Amma artıq gec olur.

Ayan dükanda satıcı işləyirdi. Bir gün dükana gələn cavan bir oğlan yolu azdığını söylədi. Mən buradan necə çıxa bilərəm??? Siz hara getmək istəyirsiniz??? Mən dənizə getmək istəyirdim amma yolumu azdım. Bu döngəni keçin düz gedin yolun sağ tərəfində bazar yazılıb oradan sola dönün. Çox sağ olun xanım çox minnətdaram. Adım Nihatdır. Bəs sizin??? Sağ olun deyə Ayan cavab verir. Adının gizli qalmasını istəyən qız ona adını demək istəyirdi amma nədənsə demədi. Səhəri gün isə gələndə yenə o oğlan dükanın qarşısında durmuşdu. Əlində olan bir dəstə qırmızı gül ilə. Qız onu görəcək özünü itirdi amma nə deyəcəyini bilmədi. Mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Xahiş edirəm bunu mənə çox bilməyin. Bəli onların tanışlığı belə başladı. Ayan özünü yuxuda hiss edirdi. Ona elə gəlirdi ki, o yuxu görür. Axı ola bilməz mən necədə xoşbəxtəm. O uşaq vaxtı ana və atasını itirmişdi özü də nənəsi ilə yaşayırdı. Ehtiyac üzündən işləyirdi. Amma Nihat çox varlı, adlı sanlı bir ailənin oğlu idi. Nihat ilk dəfə idi ki, özünü belə xoşbəxt hiss edirdi. Sanki həyatın mənasını Ayanda görürdü. Hər gün səhər gül dəstəsi ilə Ayanı qarşılayırdı. Və nəhayət o özünü toplayıb Ayana onu sevdiyini dedi. Beləliklə də onlar ailə həyatı qurdular. Hər şey nağıl kimi idi. Onların hər günü sevinclə keçirdi. Günlərin birində Ayanın aldığı xəbər onu çox sarsıdır. Ayan heç vaxt ana olmayacaq. Bunun çarəsi yox idi. Ayan hər günü üzüntü içində keçirirdi. Amma nə etməli olacağa çarə yoxdur. Buna baxmayaraq Nihat hər gün ona deyirdi Ayan mən səni sevirəm əsas budur. Qismət bu imiş. Allah nə qoyubsa o da olacaq. Heç ürəyini sıxma o qədər ana sevgisindən məhrum uşaqlar var. Sən öz analıq sevgini onlardan birinə verərsən!!! Beləcə illər keçdi. Nihat iş üçün başqa ölkəyə yollanmalı idi. Onlar dəniz kənarında gəzirdilər. Ayanın gözü dəniz kənarındakı ağ evə sataşdı. Evin önündə satılır yazılmışdır. Ayan Nihata bu evi almağı təklif etdi. Nihat: səbr elə sevgilim mən qayıdanda alarıq. Sən isə o ev barəsində yaxşı-yaxşı planlar qur. Səhəri gün Ayan Nihatı yola salır. Onu bərk-bərk qucaqlayıb yola salandan sonra onun arxasınca baxırdı. Nədənsə ürəyi sıxılırdı. Birdən Nihat deyə Ayan çağırdı. Onun arxasınca qaçıb ona elə bərk sarıldı ki, sanki ürəyi yerindən qopsun. Ayan ağlamağa başladığı anda onun axıtdığı göz yaşlarını Nihat sildi və cavabında, ağlama mən gələcəyəm söz verirəm və o dəniz kənarında ki ağ evi alacağıq. Ağ evin önündə isə bir restoran açacağıq. Bir uşaqda götürərik. Hər şey yaxşı olacaq. Sağ ol ürəyim deyib yola düşdü. Ayan günləri sayırdı. Amma Nihat hələdə ona zəng etməmişdi. Bir gün Nihat zəng etdi. Nihatın soyuq danışığı onu çox sarsıtdı. Nihat sənə nə olub?

-Heçnə. Nə olmalıdır ki??

-Bəs bizim dəniz kənarındakı planlarımız?

-Sənə nə olub Ayan sən elə pul xərcləməyi bacarırsan. Səbr elə dedim axı və sağ ol deyib Ayanın sözünü dinləmədən dərhal dəstəyi asdı. Ayan çox sarsıldı. Sanki yuxu görürmüş kimi düşünməyə başladı. Öz-özlüyündə özünü günahkar sandı. Səhərisi gün rəfiqəsi onun qonağı oldu. Ayan səninlə danışmalıyam. Nihat zəng etmişdi.

-Hə?! Nə dedi???!

-Bilmirəm hardan başlayım!

-O daha dönməyəcək!

-Sən dəli olmusan ???!

-Yox sadəcə orada onun başqa biri ilə olduğunu bildim!!!

Sən yalan deyirsən deyə Ayan onu dərhal evdən qovdu. Bütün gecəni səhərə qədər yatmadı. Nihata zəng etmək istədi. Amma Nihat ona nə nömrə, nə də ki adresini vermişdi. Ayan bütün həyatını yada saldı və ağlayaraq mən həqiqətən də yuxu görürmüşəm deyə səhərə qədər sayıqladı. Səhər Nihat zəng etdi

-Nihat əzizim nə vaxt gəlirsən?

-Sən yenə başladın ?

-Demişəm axı işlərim qurtaranda

-Nihat mənə yalan demə

-Ayan bəsdir mən artıq səndən bezmişəm!!!

Sağ ol belə deməmiş dəstəyi asdı. Ayan sanki artıq dəli olurdu. 3 ay keçdi. Hər günü zəhər olmuşdu Ayanın. O hətta neçə dəfə özünə qəsd etmək belə istəmişdi. Amma yalnız və yalnız ümidi onu yaşamağa vadar edirdi. Qapı çalındı. Səhər tezdən Ayan qalxıb qapını açdı. Bu onun rəfiqəsi idi.

-Niyə gəlmisən yenə onun başqasını sevdiyini deməyə?!

-Ayan məni dinləməlisən! Məni dinləməsən də heç olmasa bu zərfi oxu.

Ayan zərfi alıb oxumağa başladı.

Salam mənim əzizim Ayan. Təəccüblənmə bu mənəm Nihat. Bağışla məni. Mən səni bu 3 ayda çox hirsləndirdim. Sənin xətrinə belə dəydim. Mən istəmirdim sən mənim necə əzab çəkdiyimi görüb üzüləsən. Mənim axırıncı müayinəm pis çıxdı. Mənim başımda ki ağrıları xatırlayırsan. Onlar məndə xərçəng xəstəliyinin əlaməti imiş. Məni bağışla sevgilim. Mən sənin üzülməni istəmirdim amma mən sağalacağıma ümid edirdim. Bu gün oktyabr ayının 5-dir. Yəqin ki, sən bu məktubu oxuyanda mən artıq həyatda olmayacağam. Amma hər halda zərfin içindəki açarları götür. O həmin o ağ evin açarlarıdır. Orada restoran açarsan. Bir də yadından çıxmasın ki, sən yaşamalısan. Mən səninlə olacağam. Əlvida mələyim.

Məktubu oxuyacaq Ayan sanki yuxudan ayıldı. Ola bilməz deyə qışqırmağa başladı. Ayan rəfiqəsinin bu sözlərinə inanmayaraq mən Nihatın yanına gedirəm dedi. Rəfiqəsi isə cavabında Ayan, o artıq həyatda yoxdur, onun ailəsinə də xəbər ver!!!

Beləcə illər keçdi. İndi dəniz kənarındakı, ağ evdə tamam başqa bir sevinc var. Bu gün Ayan uşaq evindən götürdüyü oğlu Nihatın ad gününü qeyd edir. Tez-tez dənizə tərəf gedib öz özünə nəsə danışır və sanki o başını kiminsə çiyninə qoyur. Bilmək olmaz dünya qəribədir. Bəlkə də o Nihatla birgədir...

Fikirlərinizi bildirməyi unutmayın!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sweet girl ...

24 İyun 2013 15:16

Oooo axot yoxu ee sorry!!!

_LovelY_

11 Yanvar 2013 14:07

hal qokku oxumaga :P
--------------------


Don't make me sad, Don't make me cry..

ben ve sen

9 Yanvar 2013 15:11

TESEKKURLER

forget-me-not

8 Yanvar 2013 16:25

tsk,amma hamisini oxumadim
--------------------
Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

Princess Jasmin

5 Yanvar 2013 09:10

[quote ChocoLatte]
tesekkurler
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

A_K

12 Dekabr 2012 12:22

maraqliydi
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

İlkay

17 Avqust 2012 11:07

Tewekkurler bezi yerlerini qisaldilmiw formada oxudum
Tewekkurler.

_Aymir_

9 İyul 2012 20:48

oxumaga vaxt yoxdu
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

ToM RiDdle

6 İyul 2012 14:53

Cox maraqli yyazidi..
--------------------
Tural Adrian ♥

GÜLLÜK

13 Aprel 2012 18:46

ÇOX XOŞUMA GƏLDİ.DUYĞULANDIM love

...:::seva:::...

30 Oktyabr 2011 00:53

tewekkurler

NZS

14 Sentyabr 2011 12:18

oxumaga vaxt yoxdu

ChocoLatte

26 May 2010 22:28

tesekkurler

Privacy

16 May 2010 23:43

Twk MAraqlidir!!!

Nahid-19

1 May 2010 02:52

Təşəkkürlər bir balaca oxudum....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

R.A.M.I.K

6 Noyabr 2009 13:58

yerivar

-Jasmin-

18 Oktyabr 2009 21:35

maraql; idi

EHLIKEF

5 Oktyabr 2009 18:26

Teshekkur

LARACROFT

26 İyun 2009 01:24

Çox sağ ol.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

m.Hesenzade

25 Fevral 2009 13:13

maraqli idi!
--------------------
Qara Kitabın Xoş Xatirələri...

GivencY

20 Fevral 2009 19:57

cox maraqli idi.tewekkur

DENTiS

9 Yanvar 2009 07:08

winked

_PANDA_

7 Yanvar 2009 19:58

SAM-SOR tewekkur edirem...dogurdanda chooox ela hekayedi...belkede bunu oxuyandan sonra kimse uzulecek,ozunu pis hiss edecek..ancaq uzulmeyi pis olmaqi bir kenara qoyub temiz sevginin ne oldugunu anlamaqa chaliwsinlar....

monika-03

7 Yanvar 2009 12:01

maraqlidi twk

KiSKA

7 Yanvar 2009 01:27

pis deyildi twkkk

Mayta

6 Yanvar 2009 21:26

Bu mene tanishdi,hardasa oxumusham,teshekkur...

DENTiS

6 Yanvar 2009 21:23

winked

BAKINCI

6 Yanvar 2009 20:52

maraqliydi fellow
TWK 401

XELIL_MASTAGA

6 Yanvar 2009 20:19

TSKR EZIYETE GORE

pussydoll

6 Yanvar 2009 17:46

pram mura6ki po telu pro6lis