Loading...
Hüzn adası, eşq gəmisi..

Hüzn adası, eşq gəmisi..

Loading...
Səni tanıdıqdan sonra həmişə hirslənmişəm zamana, nə tez keçir deyə..
Halbuki indi mən səni sənsizliklə yaşamağa məhkumam..
Nə qədər çətindir səni yalnız yuxularımda yaşatmaq, mənim olmayacağını bilirəm..
İzah edim sevgimi ,eşqimin qarşılıqsız qalacağından qorxuram..

Hüzn adası, eşq gəmisi..

Ağzından çıxacaq bir "Xeyr"cavabı, inan ruhumu bədənimdən ayıracaq..
Yanında kölgə olmuşdum, sən heç bilməmişdin..
Hər səhər yolunu gözlər, dərsdən çıxışını gözləyərdim..
Hər kəs xoşbəxtliyi yaşayarkən mən ayrılıqları əzbərlədim..

Hüzn adası, eşq gəmisi..

Halbuki mən gözlərinə baxıb ürəyinə dalmaq üçün nələr verməzdim..
Heç bu qədər çarəsiz qalmamışdım.. Çatlamış dodaqların suya möhtac olduğu kimi mən də sənə möhtacam..
Hər gecə xəyallar qurardım.. Qurduğum xəyallarda belə mənim olmazdın..
Səhərə qədər yatırtmazdın məni..

Hüzn adası, eşq gəmisi..

Gecə gündüzə qovuşarkən mən hələ sənə qovuşa bilmirdim..
Ürəyimi parçaladığın bəs deyilmiş kimi indi də beynimi gəmirirsən..
Doğulmağı gözləyən günəş kimi gözləyirdim səni..
Bezmişdim daha əzab çəkməkdən və ayrılıqları əzbərləməkdən..

Hüzn adası, eşq gəmisi..

Xoşbəxtliyə həsrət qalmışdı ürəyim, tam beş il olmuşdu ki, qarşılıqsız eşqim başlamışdı..
Heç bir zaman cəsarətli ola bilmədim..
Yenə mən səndən xəbərsiz, mən səni sənsiz yaşayıram novruzgülüm..
İllər tez keçdi mən səni xəyal belə edə bilmirəm.. Xəyalin belə məndən uzaqdır..

Hüzn adası, eşq gəmisi..

Bu yaxınlarda gördüm səni, tam iki il sonra.. Ürəyim dəli kimi çırpındı..
Ayaq üstüdə dayanacaq taqətim belə yox idi.. Uşağını əlində görəndə özümdən keçdim..
Əvvəl gözlərim yaşardı, sonra yavaşca töküldü.. Kirpiklərimin arasından bir neçə damla yaş..
Ümidlərim bir film kimi keçirdi ağlımdan.. Sanki bir kağızın yanıb küləklə sovrulması kimi bütün ümidlərim yox oldu..
Olsun novruzgülüm, bəlkə sənə sahib ola bilməmişdim, amma bunu bilməyini istəyərəm ki, məndə yaratdığın səni məndən kimsə qopara bilməz..
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Princess Jasmin

28 Oktyabr 2012 11:58

məndə yaratdığın səni məndən kimsə qopara bilməz..
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

Remember_oNlY_me

6 İyun 2011 21:34

məndə yaratdığın səni məndən kimsə qopara bilməz..

sen(O) men diyen bir sey yox imis indide yoxdu but sen yeni (O) yox mene laiq olan biri menimle ebedi olacaq.
love

_sabishka_

5 İyun 2011 10:26

bele yazilar meni cox kovreldir, twk yaziya gore recourse

Duygu

5 İyun 2011 03:48

Gozumde dunyaya deyenden beri
Sen menim gozume deymirsen, ... neden?!


Kecmise yigmisam sensiz gunleri
Senli gunlerimi axtardiqca men...

Aidan

5 İyun 2011 03:29

Nə qədər çətindir səni yalnız yuxularımda yaşatmaq...
--------------------
Dream it.
Wish it.
Do it.

♣_EmRe AyDıN_♣

4 İyun 2011 19:37

Tesekkurler

pitbull1998

4 İyun 2011 18:31

twk marqli idi
--------------------

Səni Sevirəm

Mr_RoCCo

4 İyun 2011 17:17

məndə yaratdığın səni məndən kimsə qopara bilməz..
--------------------
FaceBook
Instagram - ageelvevo

DENİZ_

4 İyun 2011 17:03

maraqli yaziydi təssəkkür