Loading...
Anam!

Anam!

Loading...
Anam! Niyə bu qədər çox sevirsən məni, əziz anam? Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu? Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?

Anam!

Mən ac olanda ac olursan, tox olanda tox. Niyə? Sənin öz nəfsinmi yoxdu, ana?! Niyə bu qədər çox sevirsən məni? Səni sənin qədər sevə bilmədiyimi, sənə mənə yandığın qədər yana bilmədiyimi bilə- bilə, niyə bu qədər sevirsən məni?

Gəncəm... “gəncliyini doyunca yaşa, ailə həyatının yükü yorar səni, hələ bacarmazsan” deyirsən. Bəs sən? Sənin gəncliyin olmadımı, ana?! Sən ki, tez aldın o yükü çiyinlərinə, yaşamadın gəncliyini. Yoxsa yenə məni düşündün, mən dünyaya gələm məni sevəsənmi deyə? Yoxsa, dünyaya gəlmədiyim vaxtdanmı sevmişdin məni, mənə qovuşmaq üçünmü mənə yaşatmaq istədiyin gəncliyi özün yaşamadın?

Anam!

Mən də sevdim səni... amma başqasını da sevdim. Səndən çox düşündüm onu, ağladım onun üçün. Gözlərimin dolmasını belə istəmədiyin mən, ağladım... hiss etdin bunu bəlkə də, sən də ağladın. Amma mən başqası üçün, sən mənim üçün ... Niyə?

Ürəyini görmək istərəm, qəlbinə girmək, orda tutduğum yeri görə bilməkçün. Kiməm orda, varlığım sənin üçün nə deməkdir ki, bu qədər çox sevirsən məni, ana! Bilirəm Allah verib bu sevgini sənə, səni mənim üçün yerdə yaşayan mələk olaraq göndərib...

Anam!

İndi yoxsan yanımda... səni istəyirəm, darıxıram sənsiz. Qayğın üçün, mehriban səsin üçün, mənə mərhəmətlə baxan gözlərin üçün, səni incidən də belə mənə sığal çəkən əllərin üçün çox darıxıram, məlhəmim anam!

Bilirəm ki, sən də məni istəyirsən, mənim üçün darıxırsan. Amma mən öz rahatlığım üçün, qollarında cənnəti tapmaqçün istəyirəm səni. Sən yenə mənə rahatlıq vermək üçün, yenə məni düşündüyün üçün istəyirsən məni, ana!

Anam!

Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni... bu qədər sevmə . Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm səni... Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni, ya məndən səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan ANAM!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Dark PrincesSa

9 İyun 2014 11:01

Ürəyini görmək istərəm, qəlbinə girmək, orda tutduğum yeri görə bilməkçün. Kiməm orda, varlığım sənin üçün nə deməkdir ki, bu qədər çox sevirsən məni, ana! Bilirəm Allah verib bu sevgini sənə, səni mənim üçün yerdə yaşayan mələk olaraq göndərib...

Dark PrincesSa

22 May 2014 20:56

Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni
recourse

Starbucks

20 Avqust 2013 20:54

Sitat: Vaska1988
Yazacaqlarımın hamısı mətndə yazılıb. Mən sadəcə olaraq oxyub təşəkkür düyməsindən istifadə edə bilərəm.
--------------------
Follow İnstagram: @anti_standart

Night Wolf

15 Avqust 2013 01:25

ALLAH butun analarin komeyi olsun
Men anami cooooox lap coooooox sevirem
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

PeTTy

24 Mart 2013 00:41

Sitat: ADELE
Allah Anamızı bizə çox görməsin... Amin...

Amin

ADELE

20 Yanvar 2013 21:23

Allah Anamızı bizə çox görməsin... Amin...
--------------------
Hatasız Kul Olmaz

_SUS_

25 İyul 2012 17:36

Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni... bu qədər sevmə . Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm səni... Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni, ya məndən səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan ANAM!...

Ledi Luiza

13 İyun 2012 21:16

recourse no comment fuu bu barede daniwa bilmirem ee

ee fuu bu sefen duwdu recourse
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

Beatrice

13 İyun 2012 21:03

Sitat: Stylish
Allah analarimzin canini sag ömrünü uzun etsin.Amin.Twk...
--------------------
Meleyimmmm loveis loveis loveis

darling

11 Yanvar 2012 02:46

COX GOZELDIR.OXUYARKEN BEDENIM USUDU GOZLERIM DOLDU.YUMRUG BOYDA UREYIMDE DUNYA BOYDA KEDERIM ANAM MENIM rose

cina95

3 Sentyabr 2011 02:16

ANALARIMIZA HEYRAM baby

Milaska89

3 İyul 2011 19:28

Sən bir günəş idin,qürub eylədin....
Ana, qürubuna dözə bilmirəm....
Məni bu dünyada qərib eylədin...
İtirdim qibləmi... Dözə bilmirəm...

...seninem...

14 İyun 2011 02:33

heqiqeten elaa, ureyim bir basqa cur doyundu oxudum
Anam, anam

Duygu

10 İyun 2011 02:27

Sitat: Ruvi
Mən anamla bağlı sehirli sözlər yazmıram. Qorxuram o gözəl sözlər onların ağ səhvəsinə qara yazıyla əks olunsun... O cümlədən də bütün analar haqqında.


hec men de...

her gun bir basqa dusuncede oluram ANAM haqda... yegane varliqdi ki, birce onun uzunde tam sevinc gore bilmedim ister yaxsi gunde, ister pis... ne edesen ki, o xosbext olsun.. ay Ana olanda bilesen, senin xosbextliyin onun xosbextliyidi... ne bilim neler.. ne qeder eziyyet cekir yene de cekir... bilmirem hec ne yaziram, Anam haqda dusunende. yanimda yoxsan amma olanda da bacarmiram senincun nese etmeyi(((((

Gunay_oxatan

25 May 2011 20:05

Mən də sevdim səni... amma başqasını da sevdim. Səndən çox düşündüm onu, ağladım onun üçün. Gözlərimin dolmasını belə istəmədiyin mən, ağladım... hiss etdin bunu bəlkə də, sən də ağladın. Amma mən başqası üçün, sən mənim üçün ... Niyə?
ele toxundu ki bu cumle.ureyimi uwutdu sanki.cunki bu haqda cox fikirlewmiwem ANAMA qurban olum melek

Mamedovich

25 May 2011 01:17

Anama qurban olum.

MASTER-SAN

24 May 2011 22:09

Qeber sadec adamin ureyinde ne varsa ele bil onu deyir .Artiq hecneye izah vere bilmedim heqiqeten :))Tewekkurler
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

FLOR

24 May 2011 20:40

mamalarimiza qurban olaq

Aidan

24 May 2011 20:37

Mənim tək qarşıLıqLı sevgim - Anam :)
--------------------
Dream it.
Wish it.
Do it.

__lovely__

24 May 2011 18:16

anamdan çox heç kəsi sevə bilmərəm... mənə həyat verən bir varlığı necə olar da kimdənsə az istəyəsən... amma heç vaxt da onu o məni sevən qədər sevə bilmərəm... analar övladlarını o qədər çox istəyirlər...

Remember_oNlY_me

24 May 2011 16:43

superdi ellerine sagliq

Mr_RoCCo

24 May 2011 15:21

yazıya görə çoxlu çoxlu təşəkkürlər,Anam mənim hər şeyimdi,ən sevdiyim varlığımdı winked
--------------------
FaceBook
Instagram - ageelvevo

Ruvi

24 May 2011 14:58

Mən anamla bağlı sehirli sözlər yazmıram. Qorxuram o gözəl sözlər onların ağ səhvəsinə qara yazıyla əks olunsun... O cümlədən də bütün analar haqqında.

elena

24 May 2011 14:24

Allah analarimzin canini sag ömrünü uzun etsin.Amin.Twk...

ChocoLatte

24 May 2011 12:59

Təşəkkürlər+5

Vaska1988

24 May 2011 12:44

Sanki bir anlıq beynimə cihaz bağlamısan və o cihaz vasitəsi ilə düşündüklərimi oxumusan. Yazacaqlarımın hamısı mətndə yazılıb. Mən sadəcə olaraq oxyub təşəkkür düyməsindən istifadə edə bilərəm.

Elif_87

24 May 2011 12:11

Çox sevirəm Anamı, yaşama səbəbimdir love ...

Ən əsası odur ki, "Ana"larınıza sevdiyinizi hiss etdirin, ona onu sevdiyinizi söyləyin...

Anam mənim ona olan sevgimdən xəbərdar və xoşbəxtdir...

Emil

24 May 2011 11:51

Ayda yazı superdiye, adam belə bitəhər olur oxuyanda winked Əllərinizə sağlıq.
--------------------

To get away clean, you have play dirty.

Lektra

24 May 2011 11:45

Canim anam menim,meni heyata baglyan varliq anam.