Loading...
Xəyanəti düşünmə...

Xəyanəti düşünmə...

Loading...
Xəyanəti düşünmə...


Xəyanət əslində çox qəribə bir haldır.Bütün ətrafın xəyanətlə dolu olduğu anda bəzən elə özümüzdə xəyanətə uğrayırıq,və hətta dəfələrlə.
Və əlbət elə bir hiss keçirir ki insan o zaman,sanki dünya dağılıb,sanki artıq yenidən nəyisə qurmaq mümkünsüzdü,qəlbində dərin bir acı olur,hər xatırladıqda yenilənən bir ağrı.
Belə bir hissi yaşayan insan fərqli hərəkətlərə əl atır.Bəzən qisas hissini keçirir,bəzən özünə qəsd edir (özünü artıq lazımsız biri saydığından),bəziləri münasibətə aydınlıq gətirir,bəziləri sadəcə ayrılıb gedir.Və əlbət heçdə ayrılıq bu situasiyada ən doğru bir addım deyil.
İlk öncə sakitləşmək (əlbət ki bu heçdə asan deyil) və sonra düşünmək lazımdı:nədən oldu?necə oldu?səbəb nə?
Xəyanətin bir çox səbəbi ola bilər:
1. Ölmüş bir sevginin bədəli.
Əlbət ki bu halda sən qarşındakı insanla sakit halda sönbət etməli və doğrunu öyrənməlisən. Bəzən bir çox insan özündə güc toplayıb qabaqcadan artıq sevginin olmadığını söyləyə bilmir. Və siz onu sadəcə sizə doğrunu demədiyinə görə günahlandıra bilərsiz, əsla sevginin öldüyünə görə deyil.
2. Qarşılıqlı münasibətlərdə problemlərin bədəli.
Qarşılıqlı münasibətdə problemlərin olması heçdə sevginin ölməsi və ya olmaması demək deyil. Bəzən ailədə hansısa səbəbdən problem olduqda öz hirsini xanımında çıxarmamaq üçün bir çox kişilər xəyanətə əl atır. Və sonrada sakit halda evə qayıdır. O öz düşüncəsində problemi həll etmiş olur. Psixoloqlara görə bu tip xəyanəti bəzən mehribanlığın stabilizatorudur. Bu hissi yaşayan ailələr sonra daha çox bir-birinə qayğılı, səbrli və anlayışlı olur, artıq belə bir halın yaşanmaması üçün əlindən gələn hər şeyi edir.
3. İnsanın daxilində ki problemlərin bədəli.
Bu tip problemlər əlbət saysız-hesabsızdır. Bəzən insanlar ciddi münasibətə hazır olmur. Və qarşısındakı insan onu tələsdirdikdə o daxilən sıxılır və xəyanətə əl atır. Bəzən insanlar özlərinə güvənmir. Və onlar intim yolla özlərinə inamı artırmaq istəyirlər. Və bəzəndə bir çox kişi elə düşünür ki, əsl kişinin həm həyat yoldaşı, eyni anda sevgilisidə olmalıdı. Hətta bəzən deyirlər ki, bir insana sadiq qalmaq ondan asılı vəziyyətdə qalmaq anlamını verir. Bu səbəbdən onlar xəyanətə əl atır.
Bütün səbəbləri araşdırdıqdan sonra birdəfəlik ayrılıq bəzən doğru seçim olmur, çünki əgər səbəb hansısa problemlərdisə, onların həllini tapmaqla nəyinki əvvəlki münasibəti yenidən qurmaq, hətta ondanda dərin və gözəl münasibət yaratmaq mümkündür.
Əlbət xəyanət hər zaman tək intim münasibətlə ölçülmür. Xəyanət bəzən fikirlərlə olur, yanında ailən olsada onun qucaqlarkən başqasını düşünməkdə xəyanətdir. İnsan sevdiyi bir insana, ailəsinə xəyanət etməklə sadəcə özünü aldatmış, özünə xəyanət etmiş olur.

Bu səbəbdən gəlin xəyanəti heç düşünməyək...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

11 Sentyabr 2013 03:02

Düşünmürem de, amma qabağıma çıxır ve çox pis oluram, insanlara sadiq olmağımın qarşısında onların mene xeyanet etmesin qebul etmirem

İlkay

22 Avqust 2012 01:32

Cox soz yaza bilerem amma onda gerek sabaha qeder oturam))
Bunu deyirem Allah hec kime xeyaneti qismet etmesin
O,ki qaldi bagiwlamaga baxir harda bagiwlamaq olarda
Xebere gore tewekkur!

Lektra

24 İyun 2011 13:23

Bezen xeyanetide bagislamag olar.

SWEET_GIRL_111

24 İyun 2011 13:15

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

LARACROFT

8 May 2011 18:28

Xəyanəti bağışlaya bilmərəm
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

MASTER-SAN

8 May 2011 18:15

En yaxwisi xeyanetsiz bir heyat yawayasiz.Ister sen xeyanet et ister sen xeyanet etsinler .ikisinide bagiwlamaq mence olmaz. Bu xeyanetinde bir nece novleri olurda
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

pitbull1998

8 May 2011 17:10

insanin aklina gelen basina geler
bilmirem duz dedim ya yox men bele esitmisem
--------------------

Səni Sevirəm

MaVi GoZLeR

8 May 2011 12:31

caprrice_girl_5,
Xeyir xanim sizin xeberde problem vardir.Buyrun girin suallar ve problemleriniz bolmesine orada her sey gosterilir



_BayoneTTa_

8 May 2011 12:27

XƏYANƏTƏ.. angry EDİRƏM

caprrice_girl_5

8 May 2011 11:57

salam bilmey olarmi,men bura 2 xeber gonderdim ama hec birsi acilmir ne ucun yeni hec birisi joy.az da gosterilmir laught

Sevka_(JoY)

8 May 2011 02:52

Yalan danışıb, xəyanət etmə ki, xəyanət görmiyəsən !
Hər şey qarşılıqlıdı !
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

FLOR

8 May 2011 02:33

her seyi bagislamaq olar xeyanetden basqa ,, heyatdabirce xeyaneti bagislamaram

Aidan

7 May 2011 23:21

Hər şey qarşıLığLı oLur... sevgi də, xəyanət də.
--------------------
Dream it.
Wish it.
Do it.

Ayka Ronaldo

7 May 2011 23:17

Sevənlər xəyanəti daha yaxşı başa düşər

Mr_RoCCo

7 May 2011 23:15

nə olursa olsun amma xəyanət yox!
--------------------
FaceBook
Instagram - ageelvevo