Loading...
Heç vaxt gec deyil

Heç vaxt gec deyil

Loading...

Nə vaxtsa bir gün biz üz-üzə gələcəyik...və sən başa düşəcəksən ki,hələ gec deyil.Hər şey irəlidədir.Bizim keçmiş alınmayan münasibətlərimizə güləcəksən-məni ağlamağa məcbur edən,səni inada salan mübahisələrimiz bizə çox mənasız gələcək.


Bir gün biz hər şeyi yenidən başlayacağıq...və hər şey bütün sevgi hekayələrində olduğu kimi baş verəcək.O xoşbəxt sonluqla bitəcək.Yox,onun sonluğu olmayacaq-o başlayacaq və hər zaman davam edəcək.


Bir gün biz yenə əl-ələ tutub yaz yağışının altında addımlayacağıq...və ya mənim sevimli payızmın qızılı rənglərinə qarışaraq Bakının küçələrini yorulmadan dolaşacağıq.Ya da sənin sevimli qışının bizə bir günlük də olsa hədiyyə etdiyi ağappaq qarda gülüşərək baş-başa qalacağıq.


Bir gün bizim öz evimiz olacaq...və orda sevimli əşyalarımız-kitablar,gitara,kompüter,sənin kino disklərin, mənim sevimli musiqilərim, bizim mətbəximiz, sənin balaca itin və pəncərə qarşısında mənim kövrək,nazlı bənövşələrim.


Bir gün sən məni öpməyə cəsarət edəcəksən...və mən çox sevdiyim simada yaranan bir az utancaq,bir az məğrur ifadəyə gülümsəyəcəm.Bizim kaminin qarşısında cüt yerimiz, qış gecələrində isti çayımız, sənin isti və güclü əllərin...mənim xoşbəxtlikdən işıq saçan gözlərim... Nə vaxtsa bunlar hamısı olacaq.



Bir gün yenə mübahisələrimiz olacaq...kitablardan,filmlərdən,elə-belə-xırdalıqlardan. Mənim yenə ağlayan gözlərim, sənin arxanca çırpıb çıxdığın qapı...və sakit, amma səmimi bağışla kəlməsi. Sən geri qayıdacaqsan, mənim hirsim keçmiş olacaq...və biz onu birlikdə deyəcəyik-Bağışla....Sən mənə,mən sənə.



...Nə vaxtsa biz dənizin sahilində gəzərək bir-birimizə dediyimiz bütün absurd sözləri təbəssümlə xatırlayacağıq...Lap çoxdan dediyimiz.
...Nə vaxtsa bunlar hamısı olacaq.
...Onda başa düşəcəksən ki heç nəyə gec deyilmiş,sadəcə bir az tez imiş.
O zaman ki başa düşəcəksən ki mən səni hələ də sevirəm.
Nə vaxtsa...

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Guller22

28 Aprel 2011 14:06

...Nə vaxtsa biz dənizin sahilində gəzərək bir-birimizə dediyimiz bütün absurd sözləri təbəssümlə xatırlayacağıq...Lap çoxdan dediyimiz.
...Nə vaxtsa bunlar hamısı olacaq.
...Onda başa düşəcəksən ki heç nəyə gec deyilmiş,sadəcə bir az tez imiş.
O zaman ki başa düşəcəksən ki mən səni hələ də sevirəm.
Nə vaxtsa...

Dogurdanda indi basa dusurem ki,onda sadece tez imis.Indi her sey yoluna dusdu artig.

MaVi GoZLeR

15 Aprel 2011 21:41

Tesekkurler maraqlidi :)

Qaralama

15 Aprel 2011 09:09

Bir gün bizim öz evimiz olacaq...və orda sevimli əşyalarımız-kitablar,gitara,kompüter,sənin kino disklərin, mənim sevimli musiqilərim, bizim mətbəximiz, sənin balaca itin və pəncərə qarşısında mənim kövrək,nazlı bənövşələrim.
Hec buna gec qalmaq olar? utan

Qonaq_sevgim

12 Aprel 2011 08:50

Artiq her sey ucun cox gec demek ucun bele cox gecdi(

SabishKa

11 Aprel 2011 18:34

...Nə vaxtsa biz dənizin sahilində gəzərək bir-birimizə dediyimiz bütün absurd sözləri təbəssümlə xatırlayacağıq...Lap çoxdan dediyimiz.
...Nə vaxtsa bunlar hamısı olacaq.
...Onda başa düşəcəksən ki heç nəyə gec deyilmiş,sadəcə bir az tez imiş.
O zaman ki başa düşəcəksən ki mən səni hələ də sevirəm.
Nə vaxtsa...

KaRoLeVa

11 Aprel 2011 18:29

Bəkədə nə vaxtsa.... love Bəlkədə artıq gecdir... recourse
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Vamp

11 Aprel 2011 18:20


Sitat: Londra
Çox sağol klip üçün)

Bəyəndiyinə sevindim.Mən heç vaxt hansısa klipə dəfələrlə baxmıram.Amma bu za duşu əməlli başlı tutub:)
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Kevin

11 Aprel 2011 15:00

Gecdir... həyatda bəzi şeylər var ki, onlara artıq gecdir
--------------------
Моя девушка ведьма

Gitarist

11 Aprel 2011 13:39

Bir gün biz hər şeyi yenidən başlayacağıq...və hər şey bütün sevgi hekayələrində olduğu kimi baş verəcək.O xoşbəxt sonluqla bitəcək.Yox,onun sonluğu olmayacaq-o başlayacaq və hər zaman davam edəcək.

Dior Cherie

11 Aprel 2011 11:20

O zaman başa düşəcəksən ki mən səni hələ də sevirəm...


Sitat: Rufat
amma bugün yox.

amma anan bilmesin)) tongue

Rufat

11 Aprel 2011 11:15

Bəlkə də nə vaxtsa... amma bugün yox.
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Faya

11 Aprel 2011 11:14

Romantikaaaa love
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Elif_87

11 Aprel 2011 11:12

Gözəl çox gözəl bir yazıdır...

Lineage

11 Aprel 2011 07:15

He4 vaxt gec deyil men onun yolunu gozleyirem inaniram bir gun qayidacaq omrume

FLOR

11 Aprel 2011 03:18

Üzünü cevirib bir defe baxdi
ele bil canimda simsekler caxdi
omrumun gunumun bu gozel vaxti
menim sevincimi apardi getdi

mehebbet odunda yandirdi meni
birce baxisiyla dondurdu meni
eside bilseydi konlum deyeni
mende seadet tapardi getdi

seven ureyimi qeme boyadi
bu sevgi bextime qismet olmadi
bu derdi halimi hec sorusmadi
sorussa halima yanardi ,getdi

Vamp

11 Aprel 2011 00:54

Bu yazını oxuduqdan sonra bu klipə baxın
nejnost

Tam yerinə düşdümü??.Klipi 2 gündür o qədər baxmışamki.Bu yazını oxuduqda isə sanki eyni səhnələr canlandı gözümdə.
Nə vaxtsa...Hər şey xoşbəxt sevinclə başlanacaq smile Londra bəyəndim deməyə ehtiyac varmı?Sən klipi bəyəndinmi??
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Remember_oNlY_me

11 Aprel 2011 00:30

...Nə vaxtsa bunlar hamısı olacaq.

artiq cox gec
love

Songena

11 Aprel 2011 00:18

Ты часто шептал мне «Я буду тебя ждать»
Ты же помнишь? А вдруг еще ты ждешь?
Но как я смогу проверить?
Я просто не знаю…

Разрываюсь, сердце теряю,
В руке сжимаю счастливый билет туда,
Откуда так торопилась…
Наверное, оступилась…
Ну, что мне изменить?


NEDENSE MOVZU MEHZ BU MAHNININ SOZLERINI XATIRLATDI MENE... HER SHEYIN OZ VAXTI, OZ ZAMANI VAR. ESAS ODUR KI, DOGRU ZAMANI TUTA BILESEN... UGURLAR!!!

MASTER-SAN

11 Aprel 2011 00:17

Cxo gozel movzudu .Bura ne gozel yazardim .Qoy qalsin yazib bawivizi agratmayim ..Qoy hele mende qalsin feel
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Nilay

10 Aprel 2011 23:26

O zaman ki, basa duseceksen ki men seni hele de sevirem
Ne vaxtsa.... love
eeeh yeqin ki, onu basa dusende gec olacaq dance1

MR.QARRI

10 Aprel 2011 22:57

O zaman ki başa düşəcəksən ki mən səni hələ də sevirəm.
Nə vaxtsa...

o vaxt da gec olacaq artıq............

NellY

10 Aprel 2011 22:41

Romanti4ni movzu...ela! smile

QaRaCa

10 Aprel 2011 21:59

Bir gün bizim öz evimiz olacaq...və orda sevimli əşyalarımız-kitablar,gitara,kompüter,sənin kino disklərin, mənim sevimli musiqilərim, bizim mətbəximiz, sənin balaca itin və pəncərə qarşısında mənim kövrək,nazlı bənövşələrim.

inan ki sadece o gunun xeyalini etmek mene cetin olan anlarda teselli verir....senin ucun darixsam bele,hesretin cetin olsa bele o gunu gozleyecem..
sen ve men..kucucuk metbeximiz..birge seher yemeyini hazirlamamiz..bir gun olacaq..sen menim mende senin ellerinden yeyecem yemeyi..bir gun olacaq musiqini qoyub bir-birimize reqs etmeyi oyredeceyik,bir gun olacaq sen pianoda ifa edeceksen mense dinleyecem...bir gun olacaq yene el-ele tutub yollarda gezeceyik ve bezen uzume baxib gulumseyiwimi gorub yanagimdan opeceksen.Insallah bunlar yeniden olacaq...buna cox umid edirem Sevgilim

Mamedovich

10 Aprel 2011 21:37

Heç vaxt heç nə gec deyil winked

Mr.Sparrow

10 Aprel 2011 21:29

Bu sözü çox tez-tez eşidirəm. Amma sevgi mövzusunda yox dərs oxumaq qəbul olmağ mövzusunda lol sad . Qəbul olmağ heç vaxt gec-deyil kəsilə kəsilə qəbul olacaqsan sözü dash .
Təşəkkür Londra

DReaM

10 Aprel 2011 21:26

Bir gün bizim öz evimiz olacaq...və orda sevimli əşyalarımız-kitablar,gitara,kompüter,sənin kino disklərin, mənim sevimli musiqilərim, bizim mətbəximiz, sənin balaca itin və pəncərə qarşısında mənim kövrək,nazlı bənövşələrim.coooox gozel yazidir heqiqeten ela feel

Aidan

10 Aprel 2011 21:20

BəLkə də, nə vaxtsa...
--------------------
Dream it.
Wish it.
Do it.

Lektra

10 Aprel 2011 21:16

Yene romanticni seyler winked