Loading...
Evlilik

Evlilik

Loading...
Evlilik


Ağılsızlar evlənir. Ağıllı olanlar isə ərə gedir. Siz heç belə şey eşitmişdiniz? Biz hamımız, əsasəndə kişilər həddindən artıq öz azadlığımıza çox dəyər veririk. Nəyə görə kişilər birini sevib, digəri ilə ailə həyatı qururlar ? Bu sualın cavabını tapmaq üçün qadın baxışları ilə bu suala yanaşmağ lazımdı. Deməli belə, nə üçün və nəyə görə kişilər qadınları sevirlər və öz sevdikləri qadınla evlənmək istəyləri hardan yaranır? Təəsüflər olsun ki, çox vaxt qurulan ailələr sevgi üzərində qurulmur. Bu günümüzdə hüzünlə deməliyəm ki sevgi üzərində qurulan ailələr azlıq təşkil etdiyindən artıq Qırmızı kitaba belə düşməlidir. Statistikaya nəzər yetirsək görərik ki, 100 sevgilidən 10 u nigaha daxil ola bilir. Müasir gənclər hətta bu mövzuda zarafata başlayıblar:
"Ailə qurmaq lotoreya deyil, Lotoreyada sizin şansınız var"


Evlilik


İndiki zamanda tez tez bu sözlərə rast gələ bilərik: “Mən səni sevirəm” “Mən səni həm sevincdə, həmdə kədərdə toya qədər sevəcəm”- yaxud da, “ Hər ömür ölümlə nəticələnmir, hərdən o toyla sona yetə bilər” Bu gülməlidir, razısız?
Bütün bunlara baxmayaraq kişilər evlənirlər, axı onları bu addımı atmağa məcbur edən səbəb nədir? Gəlin baş açmağa çalışaq ki, niyə kişilər birini sevib, digəri ilə yəni sevmədiyi biri ilə evlənir.
Birinci səbəb- Gözəl, varlı və ağıllı xanımla evlənmək
Belə bir aforizm var,"Siz gözəl, varlı və ağıllı xanımla evlənmək istəyirsinizsə, siz üç dəfə ailə həyatı qurmalısınız".



Evlilik


İkinci səbəb- Pula görə bağlanan evlilik çox vaxt belədə olur....
Bəzən kişi seçiminin düzgün olduğuna inanıb evlənir və nəticədə də bu böyük fəlakətlə nəticələnir. Çünki, pula görə bağlanan nigahda kişi imkanlı həyat yoldaşının quluna çevrilir.
Üçüncü səbəb: Bəlkədə oxuculara bu kəlmə tanışdı: “ Birinci dəfə sevgi ilə evlənirsən, ikinci dəfə pula görə, üçüncü dəfə isə vərdişə görə”
Dördüncü səbəb – Anam mənə sevdiyimi almırsa, mən onun sözündən çıxa bilmərəm.
Məncə artıq sözə ehtiyac yoxdu. Siz başa düşdünüz söhbət hansı kişilərdən gedir.
Bir şeyidə unutmayın ay kişilər. Sevgi üzərində qurulan ailə qat qat pula görə qurduğunuz ailədən üstundür. Çünki dünyanın malı dünyada qalır. Sevdiyinizin və sizi həqiqətəndə saf sevgi ilə sevən yarınızın dəyərini bilin!
 
P.S:Dəyərli fikirlərinizi bildirməyi unutmayın..!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_LovelY_

11 Yanvar 2013 15:58

Maraqli idi
--------------------


Don't make me sad, Don't make me cry..

İlkay

2 Yanvar 2013 20:50

Subayligin yerini hec bi wey vermez ki )) Tabiki vaxdi geldikde o, da olmalidir.

Həyat

2 Yanvar 2013 20:48

Üçüncü səbəb: Bəlkədə oxuculara bu kəlmə tanışdı: “ Birinci dəfə sevgi ilə evlənirsən, ikinci dəfə pula görə, üçüncü dəfə isə vərdişə görə”
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

_Aymir_

12 İyul 2012 10:49

Ah bu subayliq...
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

ToM RiDdle

6 İyul 2012 00:55

Maraqli idi..
--------------------
Tural Adrian ♥

nail maharramov

18 Dekabr 2010 21:59

SALAM EZIZ DOSTLAR HAMI HACHANSA EVLENMELIDIR ,NE VAXT EVLENSEN O VAXT BILIRSEN ,BU AILE SEVGI UZERINDE QURULUR, YA DA QISMETDIR , BU VAXTA KIMI HECH KIM BILMIR NECE OLACAQ.,, BU HAQQDA DANISHANLAR SADEC OLARAQ INSANLARIN SEXSI FIKRIDIR ,,UREKDEN SEVMEK VE DERIN MEHHEBETE DUSHMEK HELE HER SHEY DEMEK DEYIL .HER ANIN BIR HOKMU OLUR ,, SAG OLUN TESHEKURLER

ChocoLatte

20 İyun 2010 19:07

Men hele cocukum bu haqda danismaga mamam qoymur... baby mocking

NellY

11 İyun 2010 17:41

oyyy toyumu sebirsizlikle gozluyurem men))

M_A_R_I_K

18 Sentyabr 2009 00:03

En yaxwisi subayliqdi!
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

cenni

29 İyul 2009 14:46

amma yene de bu sualin cvb-i tam achilmadi.
Nəyə görə kişilər birini sevib, digəri ilə ailə həyatı qururlar ?

kukilka_777

8 Mart 2009 21:12

Qismetden de asilidi.Herden ele olur ki sevib aile quranlar ele yere gelib chixirlar ki ele bil hech sevmiyib aile qurublar.Ama ele de olur ki sevmemish aile qururlar axiri chox yaxshi olur.

DOKTOR_G

24 Fevral 2009 14:31

oglanlarin adindan danisa bilmerm ...ancaq bele bir fikir ireli surmek isterem mene bele gelirki, artiq unudaursa sevgisin demeli sevmiyib o adami mence tesekkurler ...

deniz

18 Fevral 2009 21:07

oglanlar gerek tanis olacagi qizi evvelceden tanimalidir.onun kim oldugunu ,ailesi haqqinda melumati olsa pis olmaz.axiri mence yaxsi olar.

LOVE ME

18 Fevral 2009 15:41

BUNA OGLANLAR CAVAB VERSE DAHA YAXSI OLAR.

niko87

31 Yanvar 2009 02:28

MEHEMMED SV PEYGEMBERIMIZ BUYURUB KI/MADI CEHETDEN AILE QURMAYANLAR BIZDEN DEYIL.AILE QURMAQ SAVABDI

Gunel_A.D.U

24 Yanvar 2009 12:28

Evlenmek????????? iki insanin tanri qarsisinda soz verib,,ne bilim e,,pis gunde,yaxsi gunde beraber olmaqa soz vermekdir deyiller...
yox,yox,,yox ele deyil...Evlenmek-ozunu bedbaxt elemekdir,,ha evlendin ha getdin ozunu 16 mertebeli binanin daminnan atmaq

ceburaska

20 Yanvar 2009 19:37

Aylinin urayi doluymus....

Paris

20 Yanvar 2009 18:21

bee

Aze_girl

18 Yanvar 2009 01:43

Hmm hamisi qismetdir

DENTiS

17 Yanvar 2009 03:12

T$K yerivar

$ərh yazmamaqdan


( həqiətleri Soyləyə bilməməkdən)





barmaqlarim tutulmu$duye necə günlərdi..!

Mulatka_S

16 Yanvar 2009 14:32

Bizde bele adet var ki mutleq qohuma getmelisen sevdin sevmedin amma bu duzgun deyil eger oglan sevirse sevdiyini almalidir o,qalacaq sevdiyi insanla birge ailesi qalmayacaq ki xaricde bele sheyler yoxdur teshekkur xebere gore bele xeberler olanda esebleshirem

_SHiRiNe_

16 Yanvar 2009 11:21

ehhhhhhhh.............

Kukuwka

16 Yanvar 2009 08:55

Niye kisiler birini sevir basqasni alir cox vaxt buna sebeb aile de olur valideynlern naraziligi

Lady_Nejnost

15 Yanvar 2009 22:55

Sitat: J_LADY
aaaa bir vaxtlar mənim podruşqam idi mix-da.Salam deyərsən ona,niyə birdən itdi bilmədim))


Baş üstə wink

J_LADY

15 Yanvar 2009 22:51

Sitat: Lady_Nejnost


Aha onu deyirəm)))


aaaa bir vaxtlar mənim podruşqam idi mix-da.
Salam deyərsən ona,niyə birdən itdi bilmədim))


Deyərsən "Jurnalist qız" dan sənə salam var,özü biləcək.
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

Lady_Nejnost

15 Yanvar 2009 22:48

Sitat: J_LADY
Bıy ağez olmaya mix-dəkı bir zamanlar S_NONA_S nı deyirsən?))


Aha onu deyirəm)))

J_LADY

15 Yanvar 2009 22:25

Sitat: Lady_Nejnost
Bu sözün müəllifi elə mənim ən yaxın rəfiqəmdi))))

Bıy ağez olmaya mix-dəkı bir zamanlar S_NONA_S nı deyirsən?))
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

Lady_Nejnost

15 Yanvar 2009 22:22

Sitat: J_LADY
Ehh...!Bir söz yadıma düşdü..."Nifrətineyşın!!!"))


Bu sözün müəllifi elə mənim ən yaxın rəfiqəmdi))))

Tenhaliq_gozeldir

15 Yanvar 2009 21:39

Sevgi manim ucun artiq bos ve anlamsiz bir kelmedir...

S E N S I Z . . .

Dunyada hec neye menimdir dema,
Onlar dunyada qalacaq sensiz.
Menimdir dediyin her bir esyani,
Basqasi ayri cur quracaq sensiz.

Unduacaq seni butun cahanda,
Eziz dostlarinda,dogma ana da,
Sensiz yasamaram deyan cananda,
Qeh- qehe cekerek gulacak sensiz.

jasmin_rad

15 Yanvar 2009 21:36

heleki boyuk bir urekle sevmemisem ona gore deye bilmerem sevgi ile qurulan aile necedi, amma mence insanlar sevgiye aldanmamalidir, o qadar sevirem deyib alcaqliq eliyanler varki, esas HORMETDI,sevib hormeti unudursa bir kopukluk sevgi deyil,hormet edirse her zaman sevir