Loading...
Soruş məni..

Soruş məni..

Loading...
Soruş məni..

Hər gecə qan-tər içində oyanıram..
Həsrətin atəş olub girir qoynuma..
İslanır kirpiklərim səni hər dəfə xatırlayanda..
Hər düşünəndə sürətlə çırpınır ürəyim..
Sənsiz bir dəfə olsun gülmürəm bu şəhərdə..
Sovruluram küçələrdə, yarpaq kimi ürpərirəm..
Küləklərdən soruş məni..

Soruş məni..

Həsrət atəşləri yağır üstümə..
Kül atəş, atəş alov, alov köz olub yandırır..
Pis olur ürəyim səni xatırlayanda..
Və heç bir qayda tanımır ürəyim..
Qaçmaq istədikcə sənə dönürəm yenə..
Dərmanım qurtarır, hər gün ölürəm..
Sevgilərdən soruş məni..

Soruş məni..

Səninlə tək qalanda..
Mən lal olmuş bülbül, sən gül olursan..
Sözlər boğazımda düyünlənir..
Çıxmır səsim, nəfəsim daralır..
Danışa bilmirəm.. Heç bir söz deyə bilmirəm..
Bir titrəmə başlayır bədənimdə..
Bu dəli könlümdən soruş məni..

Soruş məni..

Həmişə buludlarda, küləklərdə saxlayıram səni..
İçimə düşürsən dənə-dənə hər yağış yağanda..
Susur dənizlər səni düşünəndə..
Gəlib yuxularıma girirsən..
Gecələrdən soruş məni..

Soruş məni..

Damarlarımda sevgi olub gəzirsən..
Nəğmə olub dolursan qulaqlarıma..
Çıxıb çaylarla dərdləşirəm hər gecə..
Ay kimi axırsan ürəyimə ağ tüllər içində..
Tək ulduzlarla paylaşıram səni sevdiyimi..
Sənə izah edə bilmirəm..
Sevən ürəyimdən soruş məni..
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

3 İyun 2013 00:15

Ela şeirdir
--------------------

***
❃❃❃

***

MoNuElLa

9 Fevral 2011 18:10

Sənə izah edə bilmirəm..
Sevən ürəyimdən soruş məni..
give_hea
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(