Loading...

Sənə nifrət etmirəm..
Sevgi
- 07 Fevral, 2011
- 9 131 Baxış
Loading...

Mənə tez-tez məni sevdiyini söyləməyinə baxmayaraq, nifrət etməyimi istədin..
Mənə sənə nifrət etməyim üçün bir səbəb göstər..Məni istəmədiyini qışqır ucadan..
Ürəyimi qazanmaq üçün bir şey etməyin lazım deyil..
Çünki onsuz da şərtsiz səni sevdiyimi bilirsən..
Mən səni ən axmaq halınla belə sevirərəm..

Ən məntiqli halımın sənə axmaq gəlməyi məni incitmir..
Sənə baxanda içimdə günəşi hiss edirəm mən..
Mən sənə yox..Baxışlarının soyuqluğuna nifrət edirəm..
Bütün bunlara baxmayaraq səni hələ özümlə bərabər hiss edirəm..
Ağıllı olmasa da ürəyimi döyündürən əlimi tutmağın fərqlidir..

Və bildim ki, məndə mən sən olmusan..
Etdiklərimə, edəcəklərimə layiq olmursan..
Sevmirsən məni mənim səni sevdiyim qədər..
Dilinin ucunda həmişə bir yalan saxlamısan..
Hər an deyilməyə hazır saxta sözlər..

Amma niyə bilmirəm..Sənə nifrət etmirəm..
İndi mənə sənə nifrət etməyim üçün bir səbəb göstər..
Mən sənə bu qədər təslim olmuşkən..
Özümdən nifrət etməyim üçün bir səbəb göstər..
Səbəbsiz nifrətsizliyinin də səbəbi olmaz bilirəm..
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...